“Qarabağ” Azərbaycan kubokunun finalına çıxdı
İdman 23 Aprel 2025, 19:56

143
Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.
CityPost.az xəbər verir ki, hər iki görüş bu gün baş tutub.
İlk oyunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.
Meydan sahibləri böyükhesablı qələbəyə sevinib - 3.0.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ın qonağı olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
Avrokubokların 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişməyib.
18 Aprel 2025, 10:18

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - YENİLƏNİB
Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.Citypost.az xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.***12:00II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi...
13 Aprel 2025, 16:36

II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir - FOTOLENT
II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir.Citypost.az-ın yerli müxbirinin xəbərinə görə, marafon iştirakçıları səhər saatlarından başlayaraq işğaldan azad olunmuş Ağdam şəhəri istiqamətindən Xankəndi şəhəri xətti üzrə davam edirlər.Qaçış iştirakçıları Xocalı rayonu ərazisində davam edirlər.(apa)
13 Aprel 2025, 12:00

Azərbaycan yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisinin aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.Citypost.az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.Oyunların təqvimi:14 aprel15:30. Moldova – Azərbaycan“Zimbru” stadionu16 aprel12:00. Azərbaycan – GürcüstanMoldova Futbol Federasiyasının Texniki Mərkəzi19 aprel12:00. Estoniya – AzərbaycanMoldova Futbol Federasiyasının Texniki Mərkəzi...
08 Aprel 2025, 22:54

Azərbaycan millisi FIFA reytinqində geriləyib
Azərbaycan millisi FIFA reytinqində geriləyib.Citypost.az xəbər verir ki, yığma komandamız hazırda 1160 xalla 119-cu sırada qərarlaşıb. Komanda bundan öncə 117-ci pillədə idi.Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.Qeyd edək ki, son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb.
03 Aprel 2025, 12:46

Azərbaycan çempionatında yeni rekord qeydə ALINDI
Misli Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.Citypost.az xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb....
30 Mart 2025, 16:46