Qarabağ Universitetinə ayrılan vəsait açıqlanıb
İqtisadiyyat 27 May 2025, 10:00

3273
Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.
CityPost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Həmçinin oxuyun
Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bir gündə iki rekord: Bitcoin yüksəlir
CityPost.az xəbər verir ki, Binance ticarət platformasının məlumatlarına görə, bitkoin cümə axşamı Bakı vaxtı ilə saat 7:06-da 123 866 dollara çataraq, bütün zamanların ən yüksək səviyyəsinə çatdı.Qeyd edək ki, bu gecənin əvvəlində kriptovalyuta məzənnəsi artıq rekordu yeniləyərək 123 500 dolları keçib. Son 24 saat ərzində qiymət 3,7%-dən çox artıb.Bundan əvvəlki maksimum iyulun 14-də qeydə alınıb, o zaman Bitcoin ilk dəfə 120 000 dollar həddini keçib və 3,79% əlavə edərək 123 000 dolları keçib. 2024-cü ilin əvvəlində birjada aparıcı kriptovalyutanın dəyəri 50.000 dolları keçməyib.Miri...
14 Avqust 2025, 14:19

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,05 % artaraq 1,9762 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,03 % azalaraq 2,1788 manat təşkil edib.
17 İyul 2025, 10:17

Azərbaycan nefti 10%-dək ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,08 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb...
25 İyun 2025, 10:12

Azərbaycanda əhalinin çörək istehlakı azalıb
Ötən il Azərbaycanda adambaşına 115.9 kiloqram təzə çörək istehlak edilib.
21 İyun 2025, 14:24

Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 2,24 ABŞ dolları və ya 2,71% azalaraq 80,34 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,58 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....
21 İyun 2025, 10:17

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,17 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....
20 İyun 2025, 09:55