Azərbaycanın müdafiə xərcləri artıb
İqtisadiyyat 27 May 2025, 11:30

3262
Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2024-cü ildə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində vəsait yönəldilib.
CityPost.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və digər ehtiyat vəsaitlərdən ayrılmış 99,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində və ya 6661,3 milyon manat məbləğində vəsait yönəldilib.
2024-cü ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6562,2 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur. Bu xərclər ÜDM-in 5,2 faizini (2023-cü illə müqayisədə 0,4 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 17,4 faizini (2023-cü illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil edib.
Həmçinin oxuyun
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait ayrılmış və həmin vəsait hesabına (Bakı şəhəri, Hövsan Yaşayış Kompleksi və Sumqayıt şəhəri, Sumqayıt Yaşayış Kompleksi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan cəmi 512 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.
2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,0 milyon manat və ya 29,9 faiz çoxdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bir gündə iki rekord: Bitcoin yüksəlir
CityPost.az xəbər verir ki, Binance ticarət platformasının məlumatlarına görə, bitkoin cümə axşamı Bakı vaxtı ilə saat 7:06-da 123 866 dollara çataraq, bütün zamanların ən yüksək səviyyəsinə çatdı.Qeyd edək ki, bu gecənin əvvəlində kriptovalyuta məzənnəsi artıq rekordu yeniləyərək 123 500 dolları keçib. Son 24 saat ərzində qiymət 3,7%-dən çox artıb.Bundan əvvəlki maksimum iyulun 14-də qeydə alınıb, o zaman Bitcoin ilk dəfə 120 000 dollar həddini keçib və 3,79% əlavə edərək 123 000 dolları keçib. 2024-cü ilin əvvəlində birjada aparıcı kriptovalyutanın dəyəri 50.000 dolları keçməyib.Miri...
14 Avqust 2025, 14:19

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,05 % artaraq 1,9762 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,03 % azalaraq 2,1788 manat təşkil edib.
17 İyul 2025, 10:17

Azərbaycan nefti 10%-dək ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,08 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb...
25 İyun 2025, 10:12

Azərbaycanda əhalinin çörək istehlakı azalıb
Ötən il Azərbaycanda adambaşına 115.9 kiloqram təzə çörək istehlak edilib.
21 İyun 2025, 14:24

Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 2,24 ABŞ dolları və ya 2,71% azalaraq 80,34 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,58 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....
21 İyun 2025, 10:17

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,17 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....
20 İyun 2025, 09:55