Bizə yazın

Baku

-°C

USD

-

COP29: Təşkilat Komitəsinin 7-ci iclası keçirildi

İqtisadiyyat 01 Oktyabr 2024, 18:45

676

Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.

Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.

Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.

Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.

Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.

Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.

Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.

Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb.

İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti 10%-dək ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 ABŞ dollarına bərabər olub.  Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,08 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb...

25 İyun 2025, 10:12

Azərbaycanda əhalinin çörək istehlakı azalıb  

Ötən il Azərbaycanda adambaşına 115.9 kiloqram təzə çörək istehlak edilib.

21 İyun 2025, 14:24

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 2,24 ABŞ dolları və ya 2,71% azalaraq 80,34 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,58 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....

21 İyun 2025, 10:17

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,41 ABŞ dolları və ya 4,13% artaraq 82,58 ABŞ dollarına bərabər olub.  Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,17 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....

20 İyun 2025, 09:55

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək  

İşğaldan azad olunan ərazilərdə su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır.

19 İyun 2025, 13:05

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.  CityPost.az-ın məlumatına görə, 2025-ci il iyun ayının 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0430 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1656 manatadək bahalaşıb, Avro isə 1,9496 manata kimi ucuzlaşıb.1 ABŞ dollarıUSD1,71 AvroEUR1,94961 Avstraliya dollarıAUD1,1031 Belarus rubluBYN0,56761 Bolqarıstan leviBGN0,99681 BƏƏ dirhəmiAED0,4629100 Cənubi Koreya vonuKRW0,12331 Çexiya kronuCZK0,07861 Çin yuanıCNY0,23651 Danimarka kronuDKK0,26141 Gürcüstan larisiGEL0,6241 Honq Konq dollarıHKD0,21661 Hindistan rupisiINR0,01961 Britaniya funt sterlinqiGBP2,279910 000 İran rialıIRR0,02611 İsveç kronuSEK0,1761 İsveçrə frankıCHF2,07381 İsrail şekeliILS0,48681 Kanada dollarıCAD1,24021 Küveyt dinarıKWD5,5492100 Qazaxıstan tengəsiKZT0,32751 Qətər RealıQAR0,46631 Qırğızıstan somuKGS0,0194100 Macarıstan forintiHUF0,48341 Moldova leyiMDL0,09941 Norveç kronuNOK0,1702100 Özbəkistan somuUZS0,0135100 Pakistan rupisiPKR0,59961 Polşa zlotısıPLN0,45591...

19 İyun 2025, 09:55