Devalvasiya və revalvasiya nədir? – Milli valyutanın məzənnəsi necə müəyyənləşir?
İqtisadiyyat 31 Avqust 2026, 17:50
4555
Devalvasiya və revalvasiya ölkənin milli valyutasının xarici valyutalara nəzərən dəyərinin dəyişməsini ifadə edən əsas makroiqtisadi anlayışlardandır. Devalvasiya dövlətin mərkəzi bankı tərəfindən milli valyutanın alıcılıq qabiliyyətinin, məzənnəsinin xarici valyutalara (xüsusilə dollar, avro kimi sərt valyutalara) nəzərən rəsmi şəkildə ucuzlaşdırılmasıdır. Bu addım adətən ixracı həvəsləndirmək, ölkəyə xarici valyuta axınını artırmaq, xarici ticarət kəsirini azaltmaq məqsədilə atılır. Revalvasiya isə devalvasiyanın tam əksidir; yəni mərkəzi bankın qərarı ilə milli valyutanın dəyərinin xarici valyutalar qarşısında rəsmən qaldırılması, gücləndirilməsidir. Bu proses inflyasiya təzyiqini azaltmağa, idxal olunan məhsulların qiymətini ucuzlaşdırmağa xidmət edir.
Citypost.az xəbər verir ki, milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsi ölkədə tətbiq olunan valyuta rejimindən birbaşa asılıdır. İqtisadiyyatda əsasən üç cür məzənnə rejimi mövcuddur: üzən, sabit (fiksasiya olunmuş), idarə olunan üzən məzənnə. Üzən məzənnə rejimində valyutanın qiyməti bazardakı tələb, təklif nisbətinə əsasən müəyyən edilir. Əgər ölkəyə daxil olan xarici valyuta axını çoxdursa, milli valyuta möhkəmlənir; eks halda, tələb təklifi üstələdikdə məzənnə düşür. Bu sistemdə dəyər itkisi devalvasiya deyil, valyutanın ucuzlaşması adlanır.
Sabit məzənnə rejimində isə mərkəzi bank milli valyutanın dəyərini konkret bir xarici valyutaya, yaxud valyuta səbətinə təsbit edir. Məzənnənin müəyyən olunmuş səviyyədə qalması üçün mərkəzi bank öz valyuta ehtiyatlarından istifadə edərək bazara müdaxilə (intervensiya) edir. Devalvasiya, revalvasiya anlayışları məhz bu sabit rejim çərçivəsində rəsmi qərarlarla həyata keçirilir.
Milli valyutanın məzənnəsinə təsir edən digər mühüm amillər sırasına ölkənin xarici ticarət balansı, inflyasiya dərəcəsi, faiz dərəcələri, ümumi daxili məhsulun artım tempi, geopolitik sabitlik daxildir. İxracın idxalı üstələdiyi, xarici valyuta ehtiyatlarının bol olduğu şəraitdə milli valyuta sabitliyini qoruyur. İqtisadi şoklar, xammal qiymətlərinin kəskin düşməsi, kapital axınının zəifləməsi isə valyutanın məzənnəsinə birbaşa təzyiq göstərən əsas faktorlardandır.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
20 Oktyabr 2026, 10:38
Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...
19 Oktyabr 2026, 13:17
Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
14 Oktyabr 2026, 09:47
Azərbaycan neftinin qiyməti 131 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
13 Oktyabr 2026, 09:39
Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.Citypost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən...
12 Oktyabr 2026, 12:49
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
08 Oktyabr 2026, 09:35