İqtisadçıdan bank kartları ilə bağlı MÜHÜM AÇIQLAMA
İqtisadiyyat 25 Sentyabr 2026, 08:48
3168
“Hər müştəriyə yalnız bir bank kartı veriləcək” xəbəri doğru deyil. Ümumiyyətlə, belə bir məhdudiyyət də düzgün olmazdı.
Əslində real məsələ başqa cürdür.
Yeni yanaşmaya əsasən, hər bankın hər bir kart məhsulu üzrə bir müştəriyə manatla 1 kart, hər bir xarici valyutada isə 1 kart verilməsi baza qayda kimi müəyyən edilir.
Yəni bu, bir şəxsin həmin bankda yalnız bir kartının ola biləcəyi demək deyil. Bankın müxtəlif kart məhsulları varsa, müştəri onların hər biri üzrə ayrıca kart əldə edə bilər.
Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, eləcə də sahibkarlıq və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır.
Bundan başqa, bu limit də mütləq deyil. Müştərinin əlavə karta ehtiyacı əsaslandırıldıqda və bank əməliyyatlarda risk görmədikdə əlavə kartın verilməsi mümkündür.
Yəni söhbət bank kartlarının sayının ümumi şəkildə məhdudlaşdırılmasından deyil, eyni kart məhsulu üzrə kartların sayına risk əsaslı yanaşmanın tətbiqindən gedir.
Məsələn, bir müştərinin eyni bankda manatla debet kartı, kredit kartı, dollarla debet kartı, əməkhaqqı kartı, depozit hesabına bağlı kartı və digər fərqli kart məhsulları ola bilər. Başqa sözlə, qaydalara uyğun olaraq bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür.
Üstəlik, ölkədəki 20-yə yaxın bankdan oxşar kart məhsullarını əldə etmək imkanını nəzərə alsaq, nəzəri olaraq bir şəxsin hətta 100-dək bank kartının olması da mümkündür.
Eldəniz Əmirov
İqtisadçı-ekspert
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
20 Oktyabr 2026, 10:38
Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...
19 Oktyabr 2026, 13:17
Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
14 Oktyabr 2026, 09:47
Azərbaycan neftinin qiyməti 131 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
13 Oktyabr 2026, 09:39
Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.Citypost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən...
12 Oktyabr 2026, 12:49
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
08 Oktyabr 2026, 09:35