Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.
Bu barədə Citypsot.az Bolqarıstanın təbii qaz tədarükçüsü “Bulqarqaz” şirkətinin bəyanatına istinadən xəbər verir.
“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, - şirkət yanvarın 20-də bildirib.
Xəbər verdiyimiz kimi, “Bulqarqaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı.