Bizə yazın

Baku

-°C

USD

-

22 sentyabr - Ümumdünya Avtomobilsiz Günüdür

Maraqlı 22 Sentyabr 2024, 09:51

1433

1998-ci ildən etibarən hər il sentyabrın 22-də bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur. Həmin ekoloji təqvim gəzinti, velosiped sürmək və ictimai nəqliyyatdan istifadə ideyasını təbliğ etmək məqsədilə keçirilir.

Citypost.az xəbər verir ki, ilk Ümumdünya Avtomobilsiz Günü 1973-cü ildə İsveçrədə keçirilib. O zaman ölkə hakimiyyəti yanacaq böhranı ilə əlaqədar vətəndaşları dörd gün ərzində avtomobillərdən imtina etməyə çağırıb. Avtomobildən istifadənin imtina edilməsi ilə əlaqədar ilk ümummilli kampaniya isə Böyük Britaniyada keçirilib. Bir il sonra isə Fransada təşkil olunub. Avropanın müxtəlif ölkələrində avtomobillərdən imtinaya dair ayrıca kampaniyalar 1997-ci ilə qədər davam edib. O vaxtlar cəmi iki şəhər bu günü qeyd edirdisə, hazırda təqribi hesablamalara görə, hər il dünyanın 1,5 min şəhərində 100 milyondan çox insan həmin ekoloji aksiyada iştirak edir.

Müasir şəraitdə avtomobillərdən tamamilə imtina etməyin sadəcə mümkün olmadığını başa düşən şəhərlərin, o cümlədən müxtəlif təşkilatların rəhbərləri ən azı ildə bir dəfə ictimaiyyətə avtomobil nəqliyyatının özü ilə gətirdiyi problemləri xatırlatmaq istəyirlər.

Avtomobillərin çox olması təkcə böyük şəhərlərin problemi deyil, bu, uzun müddətdir ki, qlobal xarakter daşıyır. Avtomobil nəqliyyatı həm planetin biosferinə mənfi təsir edir, həm də insanların ölümünə səbəb olur. Hesablamalara görə, avtomobillər hər gün 3 mindən çox insanın qatilidir. Hər dəqiqə konveyerdən yeni bir “qatil avtomobil” çıxır. Bütün bunlarla birlikdə istehsalın tempi artmaqda davam edir: avtomobil ən çox reklam edilən mallar arasında ilk yerlərdən biridir.

Bu gün bir çox ölkələrin böyük şəhərlərində avtomobillərdən istifadə azaldılır. Bəzi şəhərlərdə bu gün xüsusi təşkil olunmuş tədbirlər də keçirilir.

Azərbaycanda 1,6 milyon avtomobil qeydə alınıb ki, onun 80-85 faizi paytaxtdadır. Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədər, 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur. Avtomobillərin 7-8 faizinin yaşı isə 40 ili ötüb. Bu isə ətraf mühitə, xüsusilə iri şəhərlərdə, hərəkətin intensiv olduğu yaşayış məntəqələrində atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, ölkədə nəqliyyatdan buraxılan tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artıb. 2019-cu ildə bu rəqəm 945 min ton olub. Bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəqliyyatın atmosferə vurduğu ziyanın qarşısının alınmasında ən effektiv mübarizə üsullarından biri hibrid və elektriklə işləyən avtomobillərin sayının artırılmasıdır. Ötən il Azərbaycana 400-dən çox elektromobil idxal olunub. Bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadəni artıracağına ümidləri artırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğana hədiyyə edilən şirin 3 balası oldu 

Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşir tərəfindən  Türkiyə   prezidenti  Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən  şir balalayıb.CityPost.az  xəbər  verir    ki,  Qaziantep Vəhşi Təbiət Parkında diqqətlə baxılan “Sudan” və “Nil” adlı şirlərin 3 balası dünyaya gəlib.Maraqlı videonu  təqdim edirik:Nigar.

30 İyun 2025, 14:00

Vatsapda bu da olacaq - YENİLİK 

WhatsApp messenceri söhbətlərdə oxunmamış mesajları qısaca ümumiləşdirmək üçün nəzərdə tutulmuş Mesaj Xülasələri AI funksiyasını işə salıb. CityPost.az     xəbər  verir   ki, bu barədə şirkətin bloqunda deyilir.Alət istifadəçilərə hər bir mesaja baxmadan süni intellektin köməyi ilə qısa xülasə oxumağa imkan verir. Yenilik Meta AI modelindən  AI və şəxsi emaldan istifadə edir ki, bu da məlumatların üçüncü tərəflərə, o cümlədən Meta və WhatsApp-ın özünə ötürülmədən xülasənin yerli nəslini təmin edir. Çatdakı həmsöhbətlərin də bu xülasələrə çıxışı olmadığı da qeyd edilir.Funksiya defolt olaraq işləmir və istifadəçilərin AI alətlərindən istifadə etməyə icazə verilən söhbətləri seçə biləcəyi qabaqcıl söhbət məxfiliyi bölməsi vasitəsilə konfiqurasiya edilir.Hazırda Mesaj...

26 İyun 2025, 12:55

Trampın imzalı smartfonu sadələşdirilmiş spesifikasiyalar və yeni şüar alır

“Trump Mobile” Amerika istehsalına vurğudan imtina edərək, T1 smartfonunun marketinq mövqeyini dəyişdi. CityPost.az    xəbər verir ki, ABŞ-də  istehsal olunan smartfona dair bütün istinadlar brendin rəsmi saytından, o cümlədən “Made in USA” etiketi olan bannerdən silinib.İndi Trump Mobile T1 "Amerika dəyərləri ilə hazırlanmış" və "Amerika əlləri ilə yaradılmış" bir məhsul kimi təbliğ olunur. Cihazın təsvirində "Amerika qüruru ilə dizayn" kimi daha az konkret ifadələr də var, lakin yığılma yeri və ya komponentlərin mənşəyi haqqında dəqiq məlumat yoxdur.Bundan əlavə, smartfonun texniki xüsusiyyətləri dəyişib. Əgər əvvəllər 6,78 düymlük AMOLED displey və 12 QB əməli yaddaş haqqında məlumat verilirdisə, indi operativ yaddaşın həcmini...

26 İyun 2025, 12:35

Alimlər dinozavrda xərçəng tapdılar: Bu kəşf insan həyatını xilas edə bilər

Dinozavr qalıqları və müasir xərçəng araşdırmaları ilk baxışdan iki çox fərqli sahə kimi görünə bilər, lakin yeni araşdırmalar göstərdi ki, milyonlarla ildir qorunan yumşaq toxumalar xərçəngin necə əmələ gəldiyi və müalicə oluna biləcəyi ilə bağlı qiymətli ipuçları verə bilər.

20 İyun 2025, 18:00

Sükut insanı sağaldır - TƏDQİQAT

Yeni bir araşdırma sükutun sadəcə səsin olmaması deyil, beyni dəyişdirə və ümumi sağlamlığı yaxşılaşdıra bilən aktiv bir qüvvə olduğunu müəyyən etdi. Cəmi üç günlük qəsdən sükutdan sonra insan beyni uzunmüddətli meditasiya və ya idrak təlimi ilə müqayisə edilə bilən fiziki və funksional dəyişikliklərə məruz qalır.

20 İyun 2025, 15:30

 İnsan əzaları yenidən böyüyə bilər? -ARAŞDIRMA

İnsan bədəninin itirilmiş əzalarını bərpa etmək qabiliyyəti artıq xəyal olmaya bilər. Alimlər meksikalı salamandr aksolotlunun ("Ambystoma mexicanum") bu qeyri-adi qabiliyyətinin sirrinə bir addım da yaxınlaşıblar ki, bu da öz üzvlərini və hətta orqanlarını yenidən böyüdə bilir.

19 İyun 2025, 18:18