Bir kadrda 5 məşhur sənətçi – Onlardan yalnız biri sağdır
Sənət aləmi 14 Sentyabr 2026, 09:09
3929
Azərbaycan kinosunun və teatrının görkəmli nümayəndələrinin illər əvvəl çəkilmiş fotosu sosial şəbəkələrdə maraq doğurub.
Citypost.az Fotoda Xalq artisti Hacı Murad Yagizarov, İnquşetiyanın Xalq artisti, aktrisa Tamara Yandıyeva, Xalq artisti, kino rejissoru Eldar Quliyev, Xalq artisti Ənvər Həsənov və Əməkdar artist Hamlet Xanızadə yer alıb.
Fotoya baxarkən sənət adamlarının hər birinin Azərbaycan kino və teatr tarixində özünəməxsus iz qoyduğu diqqət çəkir. Lakin zaman keçdikcə həmin simaların əksəriyyəti həyatdan köçüb.
Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 3-də Almaniyada vəfat edib. Azərbaycan kinosunun tanınmış rejissorlarından olan Eldar Quliyev isə 2021-ci il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində dünyasını dəyişib.
Xalq artisti Ənvər Həsənov da 2025-ci il martın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib.
Həmçinin oxuyun
Əməkdar artist Hamlet Xanızadənin taleyi isə daha əvvəl, 1990-cı ildə faciəvi şəkildə sona çatıb. 20 Yanvar hadisələri sənətkarı dərindən sarsıdıb və həmin hadisələrdən sonra səhhəti kəskin pisləşib. O, 1990-cı il fevralın 3-də, şəhidlərin 40 mərasiminə belə çatmadan dünyasını dəyişib.
Fotoda yer alan sənətçilərdən hazırda yaradıcılıq fəaliyyətini davam etdirən isə İnquşetiyanın Xalq artisti, tanınmış aktrisa Tamara Yandıyevadır.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dilarə Əliyevaya vəzifə verildi
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.
24 Oktyabr 2026, 15:20
Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı
Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!
21 Oktyabr 2026, 18:00
Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək
Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...
20 Oktyabr 2026, 18:19
Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”
Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:02
Zaur Rzayevin vəziyyəti ağırdır
Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....
14 Oktyabr 2026, 17:27
Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...
08 Oktyabr 2026, 09:33