Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Sənət aləmi 14 Sentyabr 2026, 09:23
3452
İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.
Mədəniyyət Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri” devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirir.
Bu məqsədlə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti İsveçrənin Montrö şəhərinə səfər edib.
Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.
Montrönün məşhur “Auditorium Stravinski” səhnəsində keçirilən konsertdə ansamblın ifasında “Mənim Azərbaycanım” və “Vətən” süitaları, “Qavalla rəqs”, “Qazaxı”, “Toy”, “Sarı gəlin”, “Şalı”, “Nağaraçılar”, “Ağ çiçəyim”, “Yaylıqlarla rəqs”, “Qaytağı” və “Naz eləmə” rəqsləri nümayiş etdirilib.
Milli xoreoqrafiyamızın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan “Septembre Musical Montreux–Vevey” İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.
Həmçinin oxuyun
Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik “Auditorium Stravinski” də musiqi tarixinin maraqlı məkanlarındandır.Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.
Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. “Azerbaijan: The Rhythms of Heritage” konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.
Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də “Auditorium Stravinski”də keçiriləcək “Azerbaijan Culture” qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.
Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. “İrsin ritmləri” əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.
Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dilarə Əliyevaya vəzifə verildi
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.
24 Oktyabr 2026, 15:20
Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı
Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!
21 Oktyabr 2026, 18:00
Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək
Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...
20 Oktyabr 2026, 18:19
Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”
Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:02
Zaur Rzayevin vəziyyəti ağırdır
Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....
14 Oktyabr 2026, 17:27
Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...
08 Oktyabr 2026, 09:33