Bizə yazın

Baku

-°C

USD

-

Zülfiyyə Qurbanovadan “Narahatsan”la bağlı SƏMİMİ ETİRAF

Sənət aləmi 23 Sentyabr 2026, 09:36

3693

Tanınmış jurnalist Zülfiyyə Qurbanova günlərdir müzakirə olunan Əməkdar artist Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin “Narahatsan” mahnısı və klipi ilə bağlı təəssüratlarını bölüşüb.

Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, mahnının nəqarətini daha əvvəl dinləsə də, klipə bu gün baxmaq imkanı əldə edib. O, ekran işindən təsirləndiyini və göz yaşlarına hakim ola bilmədiyini qeyd edib.

“Bu gün sənətkar Alim Qasımovla Üzeyir Mehdizadənin günlərdir müzakirə olunan “Narahatsan” mahnısını tam dinlədim. Nəqarəti dinləmişdim, xoşuma gəlmişdi. Klipi bu gün izləmək imkanım oldu. Təsirlənmədən, göz yaşlarıma boğulmadan alınmadı”, - deyə Zülfiyyə Qurbanova yazıb.

O qeyd edib ki, mahnının sözləri, ata ilə oğulun dialoqunu xatırladan məzmun, musiqi və klipdəki ata-oğul münasibəti onda xüsusi hisslər yaradıb: “Mahnının sözləri, sanki bu sözlərin fonunda səslənən meditasiya tipli musiqi, ata ilə oğulun sevgi dolu baxışları həmahənglik, harmoniya təşkil edir. Mən belə gördüm, mən belə hiss etdim. Çünki mən qəlbimlə dinlədim, qəlb gözümlə baxdım”.

Qurbanova bu təsirlənməsinin səbəbləri barədə də fikirlərini bölüşüb. O, övladlarına görə bu dünya üçün narahatlığının, həyatın faniliyini və hər şeyin keçici olduğunu daha çox dərk etməsinin, sevdiyi insanlardan ayrılmasının və yaxın bildiyi insanları itirməsinin bu hisslərə təsir etdiyini bildirib.

“Bəlkə balalarıma görə bu dünya üçün narahatlığımdır səbəb. Bəlkə də hər gün bir daha bu dünyanın faniliyini, hər şeyin keçici olduğunu dərk etdiyim üçün, bəlkə də sevdiyim insanlardan bəzən sağ ikən, bəzən də ölərkən ayrılmaq məcburiyyətində qaldığıma görədir. Bəlkə də yaxın bildiklərimi bəzən torpağa, bəzən də qəlbimdə dəfn etdiyimə görə, bəlkə də 40 yaşdan sonra ölümə tələsdiyimə görədir. Bəlkə də... Bu bəlkələr çoxdur, hansını yazım?” – deyə jurnalist qeyd edib.

O, sonda izləyicilərə “qəlbin səsini” dinləməyi tövsiyə edib və Alim Qasımovun ifasının ona həmişə xüsusi təsir etdiyini vurğulayıb: “Ümumiyyətlə, Alim Qasımovun səsi məni həmişə sehrləyib. Həyəcanlanmadan dinləmək mümkün deyil. Türkiyədən Sertab Ereneri, bizdə Alim Qasımovu. Bəli, fərqli janrlardır, fərqli tərzlərdir, müqayisə bir az qəribə gələ bilər”.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dilarə Əliyevaya vəzifə verildi

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.

24 Oktyabr 2026, 15:20

Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı 

Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!

21 Oktyabr 2026, 18:00

Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək

Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az  xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...

20 Oktyabr 2026, 18:19

Xalq artistindən ürəkdağlayan paylaşım: “Sənsiz mənə çox çətindir”

Xalq artisti , teatr və kino aktyoru Məzahir Süleymanov mərhum həyat yoldaşını belə yad etdi: “Sənsiz mənə çox çətindir”Citypost.az xəbər verir ki, Xalq artisti Məzahir Süleymanov ötən aylarda vəfat edən həyat yoldaşı ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.Sənətçi paylaşımında həyat yoldaşının yoxluğunun onun üçün nə qədər ağır olduğunu ifadə edən kövrək sözlər yazıb.“Yanımda necə də yerin görünür. Sənsiz mənə çox çətindir”, – deyə Məzahir Süleymanov qeyd edib.Turan ...

16 Oktyabr 2026, 09:02

Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin səhhəti yenidən pisləşib.Citypost.az axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”. pizza hutZ.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib....

14 Oktyabr 2026, 17:27

Rafael Tağızadə: “Alim Qasımovun səsində bütöv bir xalqın ruhu yaşayır”

İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun yaradıcılığı və Azərbaycan muğam sənətindəki xidmətləri barədə yazıb.Citypost.az xəbər verir ki, Rəfail Tağızadə qeyd edib ki, bəzən bir insanın səsində bütöv bir xalqın ruhu yaşayır. Onun fikrincə, Alim Qasımov məhz belə sənətkarlardandır.“Onun səsi sadəcə muğam oxumur — Azərbaycan torpağının yaddaşını, sevincini, kədərini və sonsuz mənəvi zənginliyini dünyaya çatdırır”, – deyə o bildirib.Rəfail Tağızadənin sözlərinə görə, Alim Qasımovun sənətinin əsas gücü onun muğama gətirdiyi bənzərsiz nəfəsdədir. Xanəndə muğamın əsrlərdən gələn ruhunu qorumaqla yanaşı, bu sənəti müasir dinləyiciyə də sevdirə bilib.Qeyd olunub ki, Alim...

08 Oktyabr 2026, 09:33