Bizə yazın

Baku

-°C

USD

-

Əli Əsədovdan yeni qərar  

Siyasət 14 May 2025, 11:08

620

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiqlənib.

Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyri-rezident fiziki şəxslərə dair tələblərə gəlincə, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezident fiziki şəxslər akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına “İnzibati icraat haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada ərizə (əlaqə məlumatları göstərilməklə) təqdim edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport, şəxsiyyət vəsiqəsi və s.) surəti;

- biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);

- müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;

- qeyri-rezident fiziki şəxsə xarici ölkədə verilmiş aşağıdakı sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti:

- ali təhsil haqqında sənəd (diplom);

- 3 illik iş stajına malik olmasını təsdiq edən sənəd;

- məhkumluq barədə sənəd;

- qeyri-rezident fiziki şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi haqqında sənəd;

- qeyri-rezident fiziki şəxsə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd.

Qeyri-rezident fiziki şəxsin müraciətinə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar qeyrirezident fiziki şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi qeyri-rezident fiziki şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya qeyri-rezident fiziki şəxs tərəfindən təmin edilir.

Akkreditasiya olunmaq üçün qeyri-rezident fiziki şəxslərin müraciəti, sənədlərin və ya məlumatların tamlığı akkreditasiya orqanı tərəfindən 3 gün müddətində yoxlanılır (bu Qaydanın 4.3-cü bəndinin tələbləri nəzərə alınmaqla) və təsdiq edildikdən sonra qeyri-rezident fiziki şəxsin müraciəti qeydə alınır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan və Paşinyan mühüm bəyanat yayıb 

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm bəyanatla çıxış edib.

18 İyun 2025, 13:00

İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb 

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az  xəbər verir ki, müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.

18 İyun 2025, 10:48

Ceyhun Bayramov və Böyük Britaniyanın XİN başçısı arasında telefon danışığı baş tutub  

17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyindən 

17 İyun 2025, 21:39

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

17 İyun 2025, 11:45

İlham Əliyev iki ölkənin səfirini qəbul etdi  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

15 İyun 2025, 12:33

DTX 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb 

Dövlət Təhlükəsizliyi Xidmətinin sosial şəbəkə səhifələrində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşılıb.

15 İyun 2025, 12:00