Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib, onu gətirən təyyarə Laçın aeroportuna enib
Siyasət 28 May 2025, 11:17

584
Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
CityPost.az xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentini hava limanında qarşılayıb.
Həmçinin oxuyun
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.Citypost.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb....
30 May 2025, 20:51

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcəkdir.Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal...
30 May 2025, 14:53

Milli Məclisin yaz sessiyası başa çatıb
Milli Məclisin yaz sessiyası başa çatıb.CityPost.az-ın məlumatına görə, yaz sessiyasına parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
30 May 2025, 14:45

Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır.Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında...
30 May 2025, 12:24

Milli Məclis Müstəqilik Günü münasibətilə Prezident və Birinci xanıma təbrik məktubları ünvanlayıb
28 may Müstəqilik Günü münasibətilə Milli Məclis adından Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
30 May 2025, 11:22

Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası başlayıb
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası başlayıb.CityPost.az-ın xəbərinə görə, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
30 May 2025, 11:16