Bizə yazın

Baku

-°C

USD

-

Sabah iki rayonda qaz olmayacaq  

Cəmiyyət 03 İyun 2025, 18:53

276

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

CityPost.az xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb  

Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.CityPost.az-ın əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib."Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.

05 İyun 2025, 18:59

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam  

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla Təşkilat Komitəsi aşağıdakı tərkibdə formalaşıb:Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoruSahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziriFərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər...

05 İyun 2025, 16:15

Bu rayona sərnişinlər sürətli qatarlarla gedəcək – İlk dəfə  

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.CityPost.az xəbər verir ki, bilet satışına 5 iyun tarixindən start veriləcək və Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə...

05 İyun 2025, 16:00

Bu il 400 ekoloji təmiz avtobus istismara veriləcək  

Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə işləyən və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Qeyd edilib ki, bu il Çinin “BYD” şirkəti ilə birlikdə elektrobusların yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur.Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 km-ə çatdırılması hədəflənib.Bildirilib ki, taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin mühafizəsi...

05 İyun 2025, 15:46

Sabah Bakıya leysan yağacaq – Xəbərdarlıq  

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

05 İyun 2025, 15:17

Sabah bu qurum xidmət göstərməyəcək  

Sabah saat 10:00-dan 24:00-a qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsinin (https://www.e-taxes.gov.az/, https://new.e-taxes.gov.az) təqdim etdiyi elektron xidmətlərdən istifadə etmək mümkün olmayacaq.CityPost.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyib.

05 İyun 2025, 15:00