Bizə yazın

Baku

-°C

USD

-

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Siyasət 03 İyun 2025, 16:44

421

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Nayrobidəki Ofisinin Baş direktoru Zainab Hava Bangura ilə görüş keçirib.

CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici siyasətində Afrika qitəsinin əhəmiyyəti və bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə, xüsusilə onun Nayrobi ofisi vasitəsilə əməkdaşlığın mühüm rolu qeyd edilib.

Azərbaycan XİN başçısı həmçinin münaqişədən sonrakı regional vəziyyət, eləcə də Azərbaycanın regionda yenidənqurma, minatəmizləmə və sülh təşəbbüsləri barədə məlumat verib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan yenidən BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib  

İyunun 5-də BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.Bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda ölkəmizlə birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin...

05 İyun 2025, 19:16

Suriyadan daha 13 nəfər Azərbaycana gətirilib  

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasına getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.XİN-dən CityPost.az-a verilən xəbərə görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur."Azərbaycan Respublikasının hökuməti...

04 İyun 2025, 19:09

Prezident sərəncam imzaladı  

Prezident İlham Əliyev Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.CityPost.az sərəncamın mətnini təqdim edir:1. Yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.2. Azərbaycan...

04 İyun 2025, 12:59

Bir sıra məhkəmələrə hakimlər təyin edildi  

Bir sıra birinci instansiya məhkəmələrə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri dəyişdirilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:hərbi məhkəmələr üzrə:Füzuli Hərbi MəhkəməsiQuliyev Seymur Səhyəddin oğluTərtər Hərbi MəhkəməsiŞəfiyeva Könül Səməd qızıNaxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:Naxçıvan Şəhər MəhkəməsiHeydarov Aslan Nazim oğluŞərur Rayon MəhkəməsiZeynalov İlkin Cəlal oğluBakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Binəqədi Rayon MəhkəməsiRzayev Anar Nurəddin oğluBakı şəhəri Xətai Rayon MəhkəməsiNağıyev Vüqar Güloğlan oğluBakı şəhəri Xəzər Rayon MəhkəməsiƏsgərov Natiq Fərhad oğluBakı şəhəri Qaradağ Rayon MəhkəməsiFətəliyev Emin Mirzə oğluBakı şəhəri Nərimanov Rayon MəhkəməsiBabayev Kamal...

03 İyun 2025, 19:08

Prezident İlham Əliyev Tokayevi təbrik edib  

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:"“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.Qardaş ölkə və etibarlı...

03 İyun 2025, 14:10

Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub - FOTOLAR

Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Keniyanın Baş naziri və xarici işlər naziri Musalia Mudavadi səfirliyinin açılış mərasimində iştirak edib.

03 İyun 2025, 14:04