NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib
Cəmiyyət 17 İyun 2025, 10:46

243
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
Mərkəzdən CityPost.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır. Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Həmçinin oxuyun
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görünüş dairəsində bu ilin yanar-may ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir".
Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Gədəbəy rayonuna prokuror təyin edilib
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə
17 İyun 2025, 16:07

Azərbaycanda ölüm göstəricisi azalıb
Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlanıb.
17 İyun 2025, 15:55

Ölkədə nikahların sayı artıb
Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
17 İyun 2025, 14:30

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb.
17 İyun 2025, 14:15

Yanvar-aprel aylarında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb
Yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb.
17 İyun 2025, 14:00

Bu rayonlara yağış yağdı
İyunun 17-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
17 İyun 2025, 12:00