Bu rayonlara yağış yağdı
Cəmiyyət 17 İyun 2025, 12:00

244
İyunun 17-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Həmçinin oxuyun
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda 16, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 30, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Gədəbəy rayonuna prokuror təyin edilib
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə
17 İyun 2025, 16:07

Azərbaycanda ölüm göstəricisi azalıb
Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlanıb.
17 İyun 2025, 15:55

Ölkədə nikahların sayı artıb
Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
17 İyun 2025, 14:30

Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb.
17 İyun 2025, 14:15

Yanvar-aprel aylarında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb
Yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb.
17 İyun 2025, 14:00

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.DİN-dən CityPost.az-a verilən məlumata görə, müraciətdə deyilir:"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır. İyunun 16-da bir sıra şəxslərin bank hesablarından 3146, 900, 400, 318, 240, 70 manat və 15 dollar kiber üsulla oğurlanıb.Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir...
17 İyun 2025, 11:11