Azərbaycanda qızıl istehsalı 63%-dən çox artıb
İqtisadiyyat 17 İyun 2025, 15:19

240
2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda 1297.8 kq qızıl, 1686.9 kq isə gümüş istehsal edilib.
CityPost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.9%, gümüş istehsalı isə 23.8% artıb.
Həmçinin oxuyun
Qeyd edək ki, 2025-ci il iyun ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 119.4 kq və 583.6 kq təşkil edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
2025-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3706,1 milyon manat təşkil edib ki, onun da 2838,9 milyon manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
17 İyun 2025, 14:53

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
2025-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 34104 milyon manat və ya hər nəfərə orta hesabla 3332,9 manat olub.Bu barədə
17 İyun 2025, 14:42

Azərbaycan neftinin qiyməti 75 dollara enib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1,85 ABŞ dolları və ya 2,38% azalaraq 75,79 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti 77,64 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
17 İyun 2025, 11:21

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....
12 İyun 2025, 10:32

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 70.79 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Aprel ayının 4-dən etibarən yerli neftin qiyməti 70 dollardan aşağı olub. “Azeri Light”ın son üç gündə isə ticarət qiyməti 70 dolları ötüb....
11 İyun 2025, 10:26

Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, 2025-ci il iyun ayının 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0434 manata, Rusiyanın 100 rublu 2,1689 manata, Avro isə 1,9406 manatadək bahalaşıb.
11 İyun 2025, 09:55