Bizə yazın

Baku

-°C

USD

-

Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb 

Cəmiyyət 30 İyun 2025, 10:01

248

Keçmiş deputat Hüseyn Abdullayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.

CityPost.az   xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin olmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5,5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam 

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub....

30 İyun 2025, 14:27

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək 

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək.CityPost.az   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur....

30 İyun 2025, 13:45

Azərbaycan XİN-də yeni idarə yaradılıb 

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) yeni idarə yaradılıb.Oxu24.com-un xəbərinə görə, nazirliyin tərkibində İqlim Diplomatiyası İdarəsi təsis edilib.Məlumata görə, İdarə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərəcək.

30 İyun 2025, 11:36

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək 

Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək.Bu barədə CityPost.az-a  Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər....

30 İyun 2025, 10:18

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.06.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 1,03 % artaraq 1,9944 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 2,1616 manat təşkil edib.

30 İyun 2025, 10:03

Nazirlik: Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir 

Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.Bu barədər  Mədəniyyət Nazirliyindən bildirilib."Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir", – məlumatda qeyd olunub.Bildirilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və...

29 İyun 2025, 13:21