Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
Cəmiyyət 30 İyun 2025, 10:18

171
Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək.
Bu barədə CityPost.az-a Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.
Həmçinin oxuyun
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın...
30 İyun 2025, 15:53

Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub....
30 İyun 2025, 14:27

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur....
30 İyun 2025, 13:45

Azərbaycan XİN-də yeni idarə yaradılıb
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) yeni idarə yaradılıb.Oxu24.com-un xəbərinə görə, nazirliyin tərkibində İqlim Diplomatiyası İdarəsi təsis edilib.Məlumata görə, İdarə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərəcək.
30 İyun 2025, 11:36

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.06.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 1,03 % artaraq 1,9944 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 2,1616 manat təşkil edib.
30 İyun 2025, 10:03

Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb
Keçmiş deputat Hüseyn Abdullayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.CityPost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, Hüseyn Abdullayevin şikayəti təmin olmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə “Quska” cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək...
30 İyun 2025, 10:01