Bizə yazın

Baku

-°C

USD

-

Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu 

Hadisə 17 İyul 2025, 15:18

371

Qazax rayonunda 68 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

CityPost.az xəbər verir ki, Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən İncəçaydan gələn su dəryaçasına düşüb və o, müvazinətini itirərək suya düşüb boğulub.

Onun nəşi sudan çıxarılıb və Kəmərli kəndində dəfn edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rasim Həmidov saxlanıldı   

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Dünən Rasim Həmidov   Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  saat 11:30-da  Ağcabədi Rayon Məhkəməsində  zal №1-də təqsirləndirilən şəxs  Həmidova  Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025  saylı  cinayət işi üzrə  zərərçəkmiş şəxs  qismində məhkəmə iclasında  iştirak etməli idi.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment...

17 İyul 2025, 16:58

Laçındakı yanğınla bağlı tutulanlar var 

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.CityPost.az   xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri birgə məlumat yayıb.Qeyd edilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası...

17 İyul 2025, 11:50

Ukrayna zərbə endirdi

Ukraynaya məxsus pilotsuz təyyarənin Belqorod vilayətində avtomobilə endirilməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. CityPost.az   xəbər  verir  ki,  bu barədə vilayət rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında məlumat verib.“Ukrayna Silahlı Qüvvələrinin terror aktı nəticəsində bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb”, - nəşr yazır.Qladkov qeyd edib ki, Ukraynaya məxsus pilotsuz uçan aparat Volokonovski rayonunda minik avtomobilini vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.“Yaxınlıqda olan ikinci qurban mina partlayıcısı, çoxsaylı qəlpə yaraları və barotravma alıb”, - deyə rayon rəhbəri əlavə edib.Yaralı xəstəxanaya yerləşdirilib.Bundan əvvəl, iyulun 16-da Ukrayna pilotsuz təyyarələrinin gecə hücumu nəticəsində Voronej xəstəxanasında ölən bir nəfərin öldüyü bildirilirdi.Nigar...

16 İyul 2025, 16:18

8-ci sinif şagirdi vəfat etdi - Foto 

Bərdədə məktəbli qız vəfat edib.CityPost.az    xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünyasını dəyişib.Onun bir müddətdir xəstəliklə mübarizə apardığı bildirilib.

16 İyul 2025, 12:04

Rusiya hərbçiləri  Xarkov vilayətinə hücum ediblər

Rusiya Silahlı Qüvvələri Xarkova silsilə zərbələr endirib.CityPost.az   xəbər  verir    ki, bu barədə “Get və Gör” Telegram kanalı məlumat yayıb.Hadisə şahidi bildirib ki, zərbələr Xarkovun Nemışlyanski rayonunda qeydə alınıb. Bundan başqa, Rusiya hərbçiləri Çuguev, Kupyansk və regionun digər şəhərlərinə hücum edib.Nəşr bildirir ki, silsilə zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin (AFU) infrastruktur obyektləri və yerləşdiyi yerlər vurulub. Reydlərin başqa təfərrüatları barədə məlumat verilmir.İyulun 13-də Ukraynanın iki şəhəri partlayışlardan sonra qismən işıqsız qalıb."Public. Sumy" nəşri Sumı şəhərində partlayış baş verdiyini yazıb. Bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Artem Kobzar qeyd edib ki, bundan sonra məntəqə qismən enerji itirib. Onun sözlərinə görə, Sumunun bəzi...

14 İyul 2025, 13:08

Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı — ŞOK detallar üzə çıxdı 

Bir neçə gündür sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri müzakirə mövzusudur.CityPost.az    Musavat.com-a istinadən xəbər verir ki, həmin qeyri-etik görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyev öz ərizəsi ilə işdən çıxıb.Bu hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Fəxrəddin Quliyev həmin görüntüləri ilə şantaj da edilibmiş.Yayılan görüntülərdən aydın olur ki, video üçüncü bir şəxs tərəfindən yox, şöbə müdiri ilə münasibətdə olan həmin qadının özü tərəfindən çəkilib. Sonra həmin görüntülər müəyyən şəxs və ya şəxslər tərəfindən Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilib.F.Quliyev qarşı tərəflə razılığa gəlmədiyi üçün video...

14 İyul 2025, 12:54