Bizə yazın

Baku

-°C

USD

-

Prezident nekroloq imzaladı 

Cəmiyyət 04 Avqust 2025, 15:32

820

Azərbaycan Prezidenti İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

CityPost.az  xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!”

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyada  Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb

Rusiyada  “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az  xəbər  verir   ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...

07 Avqust 2025, 19:10

Fikrin gül ayələri - Sərvaz HÜSEYNOĞLU 

Ədəbi qənaətim və təcrübəm daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada, imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan Gülayə o xoşbəxtlərdəndir ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.Bu anlayanlar, dəyər verənlərin sırasında Xalq şairi Fikrət Qocanın adı başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə" kitabına yazdığı ön sözdə onun səmimi, poetik fikrin mükəmməl ifadəsilə izlənən şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi ki: "Bu misralar elə bil yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bərisən. Gülayənin şeirlərinin havası,...

07 Avqust 2025, 14:24

Rasim Həmidov Fuad Ələsgərovla görüşdü  

O,ətrafında baş verənlərlə bağlı geniş məlumat verib. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  iddiasına görə onun Xızı Rayon Polis Şöbəsində müstəntiq  Əsəd Məmmədovun və rəis müavini Məhəmməd Qarayevin iştirakı ilə  döyülməsi,işgəncələrə məruz qalması və aldığı zərbələr nəticəsində sağ qolunun  sındırılması ilə bağlı məlumat vermişdik.Rasim Həmidov və atası 92 yaşlı Həmid Həmidov baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya, İnsan Haqları Üzrə Müvəkkil,Ombudsman Səbinə Əliyevaya ,Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə Xızı Rayon Polis Şöbəsində işgəncə verərək onunla qeyri-insani rəftar edənlərin tapılaraq qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunmaqla...

07 Avqust 2025, 14:20

Bakıda lift idarəsi ilə "JEK" birləşib binanın liftini "satdılar" -  PROBLEM 

Bakının mərkəzində yaşayan  bir  qrup  sakin  şikayət edir.Söhbət Səbail rayonu,Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yaşayan sakinlərdən gedir. Binada yaşayan sakinlər mənzillərinə rahatlıqla  daxil ola bilmirlər.Binanın pilləkənləri təmir adıyla sökülüb,pilləkənlərin   tutacaqları çıxarıldığı üçün  mənzillərə qalxmaq  təhlükəli  hal  alıb.Həmçinin binanın lifti də sakinlərin əlindən alınıb.CityPost.az   xəbər  verir   ki, bu barədə Oxu24.com-a  bina sakinləri məlumat verib.“Artıq 15 günə yaxındır ki, bu vəziyyətlə üz-üzəyik.Pilləkənlərin dəmir  məhəccərləri sökülüb.Buradan qalxmaq bizim üçün əzabdır.Yaşlı anam var.Bu pilləkənlə qalxıb,düşə bilmir.Bundan əlavə binanın lifti "özəlləşdirilib".Yuxarıda yerləşən bir sahibkarın mənzilinə verilib. Liftdən yalnız onlar istifadə edə bilərlər.Sakinlər çıxılmaz duruma düşüb. "JEK"-ə də şikayət etmişik.Ancaq  tədbir görülməyib. Biz liftin kartının digər...

07 Avqust 2025, 12:44

Bakıda 40 dərəcə isti olub 

Azərbaycanda avqustun 7-si saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 37-41 dərəcə isti qeydə alınıb.

07 Avqust 2025, 10:28

İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, mətndə deyilir:"Hörmətli cənab Baş nazir,Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram"....

06 Avqust 2025, 12:08