Bizə yazın

Baku

-°C

USD

-

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

Cəmiyyət 09 Oktyabr 2025, 12:43

927

Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib.

CityPost.az   xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin fəaliyyətinin bu Qərarla təsdiq edilən meyarlar əsasında illik qiymətləndirməsinin nəticələrini təsdiqedici sənədlərlə birlikdə hər növbəti təqvim ilinin yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 17 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.

Nazirlər Kabineti bəyan edib ki, qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir. Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.CityPost.az  xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

13 Oktyabr 2025, 14:34

Prezident bir qrup dəmiryolçunu təltif edib - SİYAHI 

Azərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Əmək" ordeni iləCəfərov Şamil Rəcəb oğluQocayev Telman Rza oğluMustafayev İlqar Abdulməcid oğluTalıbov Şəmsəddin İsmayıl oğlu"Tərəqqi" medalı iləBoqolyubova Aleksandra VladimirovnaCabbarov Elxan Məhəmməd oğluCəfərov Kazım Novruz oğluƏfəndi-zadə Məmməd Şamil oğluGülmaliyev Rafiq Məhərrəm oğluHidayətov Arif Ramiz oğluKazımov Kazım Silahdar oğluKərimov Hikmət Şirəli oğluKərimov Pənah Sabir oğluQuliyev Nicat Tofiq oğluMəmmədov Vəfadar Şikar oğluMuradov Elyar Həbib oğluNəzərov Afiq Allahşükür oğluPənahov Məhəmməd Yaqub oğluŞixəmirov Mədəd Aydın oğlu....

13 Oktyabr 2025, 12:38

Sabah yağış yağacaq 

Oktyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında duman olacaq, külək əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan olacaqAzərbaycanın...

12 Oktyabr 2025, 13:04

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib 

Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edilib ki, Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.

11 Oktyabr 2025, 12:22

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq 

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.CityPost.az-ın  xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub....

10 Oktyabr 2025, 12:17

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.CityPost.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.09:57Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib.CityPost.az  xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət başçısını qarşılayıb.

10 Oktyabr 2025, 10:56