İqtisadi Zonaların İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərə dair yeni səlahiyyət verilib
Cəmiyyət 14 Oktyabr 2025, 10:59

316
Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə digər dövlət qurumları (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azərişıq" ASC-lər) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Həmçinin oxuyun
Həmçinin Agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak etdiyi, dəyərini ödədiyi kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının ödənilməsi üçün tədbirlər görməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq
Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.CityPost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Həmçinin "Qaz...
14 Oktyabr 2025, 10:19

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.CityPost.az xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
13 Oktyabr 2025, 14:34

Prezident bir qrup dəmiryolçunu təltif edib - SİYAHI
Azərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Əmək" ordeni iləCəfərov Şamil Rəcəb oğluQocayev Telman Rza oğluMustafayev İlqar Abdulməcid oğluTalıbov Şəmsəddin İsmayıl oğlu"Tərəqqi" medalı iləBoqolyubova Aleksandra VladimirovnaCabbarov Elxan Məhəmməd oğluCəfərov Kazım Novruz oğluƏfəndi-zadə Məmməd Şamil oğluGülmaliyev Rafiq Məhərrəm oğluHidayətov Arif Ramiz oğluKazımov Kazım Silahdar oğluKərimov Hikmət Şirəli oğluKərimov Pənah Sabir oğluQuliyev Nicat Tofiq oğluMəmmədov Vəfadar Şikar oğluMuradov Elyar Həbib oğluNəzərov Afiq Allahşükür oğluPənahov Məhəmməd Yaqub oğluŞixəmirov Mədəd Aydın oğlu....
13 Oktyabr 2025, 12:38

Sabah yağış yağacaq
Oktyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında duman olacaq, külək əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan olacaqAzərbaycanın...
12 Oktyabr 2025, 13:04

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edilib ki, Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.
11 Oktyabr 2025, 12:22

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq
Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.CityPost.az-ın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub....
10 Oktyabr 2025, 12:17