Əhmədzadənin həbsinin şok pərdəarxası:Rusiya kəşfiyyatı ilə...
Cəmiyyət 22 Sentyabr 2025, 10:42

2344
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.
CityPost.az "AzPolitika" ya istinadən xəbər verir ki, məhkəmədə elan olunan ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.
Neft qalmaqalı və beynəlxalq rezonans
Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
"Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur", - deyə musavat. com bildirilib.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixrac dayandırılmışdı. "BP-Azərbaycan" həmin iddiaları təkzib etsə də, Rumıniya mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinad edərək, neftə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığı barədə məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.
Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.
İndi isə Adnan Əhmədzadənin məhz bu prosesdə iştirak etməsi və “Azeri Light” neftini digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması, həmin vaxtdan bəri şübhə doğuran məqamları daha da gücləndirib.
Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələri olub?
Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdır. Hətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.
Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.
Həmçinin oxuyun
Enerji sektorunda təmizlənmə: xarici təsirlərin ifşası və bəzi güc mərkəzlərinin çöküşü
Hadisə təkcə bir şəxsin həbsi ilə məhdudlaşmır. Hökumət dəhlizlərində bu prosesi ölkənin enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim edirlər. Çünki son illər Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarı həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Məlumdur ki, Azərbaycan nefti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi mühüm rol oynayır. Bu səbəbdən də enerji sektorunda baş verən hər hansı korrupsiya, sui-istifadə və ya təxribat faktı ölkənin beynəlxalq mövqelərinə birbaşa təsir göstərir.
Əhmədzadənin həbsi həm də Azərbaycan-Rusiya münasibətlərinin fonunda diqqətlə izlənilir. Çünki ittihamların mərkəzində Moskvanın xüsusi xidmət orqanlarının izi dayanır.
Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes dairələri ilə əlaqələr qurub. Onun dəbdəbəli həyat tərzi, şou-biznes və idman aləmi ilə sıx münasibətləri dəfələrlə medianın gündəminə çıxıb.
Lakin bu dəfə ictimaiyyət onun adını tam fərqli kontekstdə eşidir. Artıq söhbət bahalı tədbirlərdən və şəxsi imicdən yox, dövlətin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xəyanət ehtimalından gedir.
Adnan Əhmədzadənin həbsi Azərbaycanın enerji sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin, eyni zamanda xarici təsirlərin yeni mərhələdə ifşası kimi qiymətləndirilir. Bu hadisə həm daxili korrupsiya ilə mübarizə, həm də xarici təhlükələrin neytrallaşdırılması baxımından mühüm siqnal hesab olunur.
Növbəti günlərdə açıqlanacaq yeni faktlar bu qalmaqalın hüdudlarını daha da genişləndirə bilər. Əgər Rusiya kəşfiyyatı ilə əlaqələr rəsmi şəkildə sübuta yetirilərsə, bu, təkcə bir iş adamının deyil, Azərbaycanın enerji sektorunda illərlə möhkəmlənmiş bəzi güc mərkəzlərinin də çöküşünü sürətləndirə bilər.
Rəsmi Bakı hansı mesajları verəcək?
Eyni zamanda, Adnan Əhmədzadənin həbsi həm də regional geosiyasi oyunların bir fraqmenti kimi qiymətləndirilə bilər. Hadisənin mümkün nəticələri bir neçə istiqamətdə özünü göstərə bilər.
Əvvəla, rəsmi Bakı enerji bazarındakı etibarlı partnyor imicini bir daha təsdiqləmiş olacaq. Azərbaycan uzun illərdir Avropanın mühüm enerji tərəfdaşıdır. “Azeri Light” neftinin keyfiyyətinə dair şübhələr və təxribat iddiaları beynəlxalq bazarlarda ölkəyə inamı zəiflədə bilərdi. Lakin hökumətin sərt addımlar atması və bu məsələdə rolu olan məsul şəxsləri ifşa etməsi, əksinə, tərəfdaşlara Azərbaycanın şəffaflıq və etibarlılıq siyasətinə sadiqliyini göstərmək imkanı yaradır.
İkincisi, ittihamlarda Moskvanın xüsusi xidmət orqanlarının adının hallanması, Azərbaycan-Rusiya münasibətlərini yeni gərginlik mərhələsinə daşıya bilər. Əgər ittihamlar sübut olunarsa, bu, Kremlin regiondakı nüfuzuna ciddi zərbə olacaq. eyni zamanda Azərbaycanın istənilən məsələdə kənar müdaxiləri neytrallaşdırmaq qüdrətində olduğunu göstərəcək.
Üçüncüsü, Əhmədzadə və onunla birgə hərəkət edən dəstənin ifşası fonunda Azərbaycan Avropa ölkələrinə və beynəlxalq enerji şirkətlərinə "təhlükəsizlik və etibarlılıq” mesajı verməyə çalışacaq. Bu, Qərblə əməkdaşlığı dərinləşdirə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu gücləndirə bilər.
Dördüncüsü, əgər istintaq nəticəsində digər yüksək vəzifəli şəxslərin də məsuliyyəti üzə çıxarsa, bu, daxili siyasi mühitdə kadr dəyişiklikləri və yeni anti-korrupsiya dalğası ilə nəticələnə bilər. Rəsmi Bakı bununla bir daha heç kimin toxunulmaz olmadığı, dövlətə xəyanət edənlərin kimlərə və haralara bağlı olmasından asılı olmayaraq həbsdən yaxa qurtara bilməyəcəyi mesajını verə bilər.
Hər halda müxtəlif mənbələrin yaydığı məlumatlar yaxın günlərdə Rusiyanın toruna düşmüş başqa "balıqların" ifşasını və həbsini də gözləməyə əsas verir. Gözləyək!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.CityPost.az xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
13 Oktyabr 2025, 14:34

Prezident bir qrup dəmiryolçunu təltif edib - SİYAHI
Azərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli "Əmək" ordeni iləCəfərov Şamil Rəcəb oğluQocayev Telman Rza oğluMustafayev İlqar Abdulməcid oğluTalıbov Şəmsəddin İsmayıl oğlu"Tərəqqi" medalı iləBoqolyubova Aleksandra VladimirovnaCabbarov Elxan Məhəmməd oğluCəfərov Kazım Novruz oğluƏfəndi-zadə Məmməd Şamil oğluGülmaliyev Rafiq Məhərrəm oğluHidayətov Arif Ramiz oğluKazımov Kazım Silahdar oğluKərimov Hikmət Şirəli oğluKərimov Pənah Sabir oğluQuliyev Nicat Tofiq oğluMəmmədov Vəfadar Şikar oğluMuradov Elyar Həbib oğluNəzərov Afiq Allahşükür oğluPənahov Məhəmməd Yaqub oğluŞixəmirov Mədəd Aydın oğlu....
13 Oktyabr 2025, 12:38

Sabah yağış yağacaq
Oktyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında duman olacaq, külək əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan olacaqAzərbaycanın...
12 Oktyabr 2025, 13:04

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edilib ki, Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.
11 Oktyabr 2025, 12:22

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq
Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.CityPost.az-ın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub....
10 Oktyabr 2025, 12:17

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.CityPost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.09:57Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib.CityPost.az xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət başçısını qarşılayıb.
10 Oktyabr 2025, 10:56