Bizə yazın

Baku

-°C

USD

-

Hadrut qəsəbəsində inşa edilmiş məscidin açılışı olub 

Cəmiyyət 14 Sentyabr 2025, 14:31

291

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

CityPost.az  xəbər verir ki, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, hazırda Hadrut qəsəbəsində "PMD GROUP" tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.

Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən sentyabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

14 Sentyabr 2025, 13:07

Azərbaycanda bu şəxslər pensiya ala bilməyəcək — RƏSMİ 

Azərbaycanda pensiya almaq üçün müəyyən şərtlər var. Bu tələbləri yerinə yetirməyən şəxslər pensiya hüququ qazana bilmir. Mövzu ilə bağlı DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov İTV-yə bildirib ki, əmək stajı, yaş həddi və sosial sığorta ödənişləri əsas meyarlardandır:"Pensiya kapitalı üçün minumum hədd olmayan hallar da var. Məsələn hərbi xidmətdə əlil olan şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya hüququ əldə edə bilər. 1 ay işləsə də, ona qanunvericiliyə əsasən, pensiya təyinatı aparılır. Kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır.Əmək pensiyasının təyin olunması üçün isə vətəndaşın gərək əmək fəaliyyəti olmalıdır. Əmək pensiyasının təyin olunması üçün 25 il iş stajı olmalıdır".Onun sözlərinə görə,...

12 Sentyabr 2025, 14:51

Canavarlar haqqında bilmədiyimiz 40 FAKT 

1.Hava şəraitindən asılı olaraq canavarlar 9 km məsafə olan səsləri eşitmək itidarındadırlar.2.Vikinqlər döyüşdən öncə canavar qanı içirdilər. Bu ənənə vikinqlərdə döyüş ruhunu qaldırırdı.3. 20 000 yaşı olan mağarada canavar rəsmləri tapılmışdır.4.Canavarlar 200 milyondan çox qoxunu ayırd etmək qabiliyyətinə malikdirlər.5.Canavar balaları həmişə mavi göz rəngi ilə doğulurlar.6.Qədim dövrlərdə canavarlar yalnız səhra və tropik meşələrdə yaşayırdılar.7.Ac olan canavar bir oturuşa 10 kq əti təkbaşına yeyə bilir.8.Canavarlar üzməyi bacarır və 13 km dayanmadan üzə bilərlər.9.Qarğalar adətən canavarlar yaşayan yerə yaxın ərazidə məskunlaşırlar.10.Qədim Atseklər canavar ciyərlərindən ruhsalxəstəlikləri müalicə etmək üçün istifadə edirdilər.11.Canavar qırmızı kitaba düşərək nəsli qorunan ilk heyvan olmuşdur.12.Canavarlar daha çox hərəkətə reaksiya...

12 Sentyabr 2025, 12:23

Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub 

Elvin Elmar oğlu Şahverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisinə müavin təyin olunub.Bu barədə  ETX-dən bildirilib.Məlumata görə, bu təyinata qədər ETX-nin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun müdiri, eyni zamanda rəis müavininin vəzifəsini müvəqqəti icra edən Elvin Şahverdiyev informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırma və informasiya texnikası" fakültəsini bitirən rəis müavini peşəkar fəaliyyətinə 2009-cu ildə "ADA-Ticarət" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya texnologiyaları şöbəsində başlayıb. 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin idarə edilməsi və təhlükəsizlik departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən isə fəaliyyətini ETX-də...

12 Sentyabr 2025, 11:32

Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcək 

Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib.Mədəniyyət Nazirliyindən bildirilib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar.“Attestasiyadan daha aşağı nəticə (4/1 və ya 5/0) göstərən müəllimlərin müraciəti əsasında sözügedən kurslarda iştirakına şərait yaradılsa da, onların xüsusi müsabiqədə iştirakı nəzərdə tutulmur. Habelə belə müəllimlərin təşkil ediləcək müəllimlərin ümumi işə qəbulu imtahanlarında iştirak etməsinə hər hansı məhdudiyyət qoyulmayıb”, - qeyd olunub....

11 Sentyabr 2025, 18:42

Həftəsonuna qədər küləkli hava davam edəcək - XƏBƏRDARLIQ 

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənil

11 Sentyabr 2025, 15:31