Bizə yazın

Baku

-°C

USD

-

AMB ölkədə mənzillərin qiymətlərinin artmasının səbəblərini açıqlayıb 

İqtisadiyyat 04 Oktyabr 2025, 10:58

1418

Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.

CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.

"2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib", - AMB bildirir.

Bu ilin I yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub, hesabatda qeyd olunur.

"Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir", - hesabat müəllifləri hesab edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.08.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az    xəbər verir ki, avronun məzənnəsi 0,38 % azalaraq 1,9828 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,36 % azalaraq 2,1134 manat təşkil edib.

19 Avqust 2025, 10:02

Bir gündə iki rekord: Bitcoin yüksəlir

CityPost.az  xəbər  verir   ki, Binance ticarət platformasının məlumatlarına görə, bitkoin cümə axşamı Bakı vaxtı ilə saat 7:06-da 123 866 dollara çataraq, bütün zamanların ən yüksək səviyyəsinə çatdı.Qeyd edək ki, bu gecənin əvvəlində kriptovalyuta məzənnəsi artıq rekordu yeniləyərək 123 500 dolları keçib. Son 24 saat ərzində qiymət 3,7%-dən çox artıb.Bundan əvvəlki maksimum iyulun 14-də qeydə alınıb, o zaman Bitcoin ilk dəfə 120 000 dollar həddini keçib və 3,79% əlavə edərək 123 000 dolları keçib. 2024-cü ilin əvvəlində birjada aparıcı kriptovalyutanın dəyəri 50.000 dolları keçməyib.Miri...

14 Avqust 2025, 14:19

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az    xəbər verir ki, avronun məzənnəsi 0,05 % artaraq 1,9762 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,03 % azalaraq 2,1788 manat təşkil edib.

17 İyul 2025, 10:17

Azərbaycan nefti 10%-dək ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 7,96 ABŞ dolları və ya 9,94% azalaraq 72,12 ABŞ dollarına bərabər olub.  Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80,08 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb...

25 İyun 2025, 10:12

Azərbaycanda əhalinin çörək istehlakı azalıb  

Ötən il Azərbaycanda adambaşına 115.9 kiloqram təzə çörək istehlak edilib.

21 İyun 2025, 14:24

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 2,24 ABŞ dolları və ya 2,71% azalaraq 80,34 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,58 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb....

21 İyun 2025, 10:17