Azər Qismət: Hikmət Hacıyevin bu sözləri təsadüfi deyildi
Cəmiyyət 29 İyul 2026, 10:25
4373
Hikmət Hacıyev və Tural Sadıqlının dialoqunda bir cümlə xüsusilə diqqətimi çıkdi və bunun açmasını tapmağa çalışdım. Hikmət Hacıyev bildirdi ki, "Həyatda ən pis şey Vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən tam səmimi deyirəm, o statusda yaşayanlara yazığım gəlir". Çox qəribədir. Adətən belə halda "yazığım gəlir" ifadəsinin yerinə "nifrət edirəm", yaxud "qəzəblənirəm" deyilməli idi. Niyə məhz yazığım gəlir? Dərindən düşünəndə görürsən ki, Hikmət Hacıyev bu ifadənin məğzini başa düşərək işlədib. Və bu ifadəni işlətməyə dərin qatda baş verənləri bilməyindən, xəbərdar olmağından irəli gəlir. Doğrudan da xaricə qaçan "dissidentlər" yazıq duruma düşürlər. Nəinki yazıq duruma, onları tələyə salırlar. Və o elə tələdir ki, çırpınsalar da, çıxa bilmirlər, çıxmağa ixtiyarları da yoxdur. Heç dərdlərini digərlərinə söyləyə də bilmirlər ki, tələdəyik.
Citypost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, aparıcı, yazıçı Azər Qismət sosial şəbəkə hesabında yazarkən bildirib.
Azər Qismətin sözlərinə görə, Ölkələrindən qaçan "dissidentlər həm də xaricdəki azadlıqlarını və imkanlarını məhdudlaşdıran mürəkkəb hüquqi, maliyyə, psixoloji və təhlükəsizlik amilləri ilə tələyə salıblar. Ən birinci sıxılma hüquqi və bürokratik maneə, sənədləşmə problemlərində üzə çıxır.Birinci, xaricdən Azərbaycanı söyənlərin əksəriyyətinin Avropaya lazım olan ixtisasları yoxdur: tibb sahəsi, elektronika və s. Budur əsas onlara lazım olanlar. İncəsənət sahəsində də dünya şöhrətli şəxs olmalısan ki, sığınacaq versinlər. Lakin azərbaycanlı dissidentlərin aldıqları təhsil xaricə lazım deyil və onlardan kifayət qədərdir, saylarından minlər yaranıb. İkincisi, xarici pasportun müddətinin bitməsi insanı hüquqi statusdan məhrum edir. Başqa problem də ortaya çıxır: sığınacaq asılılığı. Qaçqın statusunun nəzərdən keçirilməsi illərlə çəkə bilər. Bir çox sahədə - hüquq, media, dövlət qulluğu - diplomlar və iş təcrübəsi xaricdə dəyərsizdir.Diplom keçmir, üstəlik yeni ixtisasa yiyələnməyə də icazə verilmir. Söyüş söyməyi, anti propaqandanı dayandırıb sığındığın ölkəyə lazım olan ixtisası öyrənməyə konkret icazə veriımir: "sən bizə antipropaqanda üçün lazımsan ki, Azərbaycandan istədiyimizi alaq". Bu, təkcə Azərbaycana tətbiq edilmir. İstənilən ölkənin şantajı üçün o ölkələrin dissidentlərini də tələyə salırlar.
Həmçinin oxuyun
Azər Qismət əlavə edib kiI, niyə yazığın gəlinməsi? İxtisas öyrənə bilməzsən. Kənara çəkilib sakitlik əldə etmək qadağandır: "İstənilən vaxt səni ölkənə təhvil verə bilərik". Və yəqin ki, dördüncüsü, təhlükəsizlik xidməti ilə imzalanan sənəd. Bir var ölkənə təhvil vermək, bir də var təhlükəsizlik orqanı ilə əməkdaşlıq. Bunun maddəsi çox ağırdır.O ki qaldı Tural Sadlqlını qınamağa ki, sakit dayandı, yaxşı danışa bilmədi. Gəlin qarşı tərəfi də nəzərə alaq. Hikmət Hacıyev həm də mətbuat xidmətinin rəhbəri postunda çalışıb, hər gün onlarla açıqlama verib, təmas qurub. Lap Tural Sadıqlı qəzəbli, ucadan, qışqırıb danışsaydl belə, Hikmət Hacıyev özünə arxayın idi və belə olmasaydı, yaxınlaşmazdı. Dialoq zamanı bir ifadəni də xatırlayaq. Tural Sadıqlı bildirir ki, dəvət etmək olar.Bəlkə də bir anlıq deyilə bilərdi ki, dəvət edirik. Lakin Hacıyevin hazırcavablığı özünü göstərdi: Bu, sizin seçiminizdir.Və ən sonuncusu: Vətəndən uzaq qalmaq, sosial əlaqələrin pozulması depressiyaya və dərin təcridə səbəb olur. Necə deyərlər, o statusda yaşayanlara yazığın gəlinməsi və mövcud durumlarına halın acıması baş verir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19