Bizə yazın

Baku

-°C

USD

-

AKİ-də sədr seçkisi mübahisəsi böyüyür

Cəmiyyət 29 İyul 2026, 18:36

12848

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra qurumda yeni sədr seçkisi ilə bağlı yaranmış vəziyyət ətrafında müzakirələr davam edir.

Citypost.az Manset.az-a istinadən xəbər verir ki, AKİ-nin bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq, seçki prosesi, İttifaqın idarə olunması və maliyyə fəaliyyəti ilə bağlı mövqelərini açıqlayıblar. Bəyanatda bildirilir ki, mərhum sədr Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Sənəddə qeyd olunur ki, İttifaqın “icraçı katibi” Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünü sədr elan etsə də, sonradan Ədliyyə Nazirliyi həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini, kvorumun təmin olunmadığını və digər prosedur pozuntularının olduğunu müəyyən edib. 

Manset.az sözügedən bəyanatı təqdim edir:

"Azərbaycan Respublikasının Hesablama Palatası İttifaqın maliyyə fəaliyyətini araşdıran zaman sədr səlahiyyətlərini mənimsədiyi bildirilən “icraçı katib”in rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitlərin bir hissəsi İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərcləndiyi üzə çıxıb. Hesablama Palatasının təqdim etdiyi arayışda konkret faktlar əsasında dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və digər məqsədlərə yönəldildiyi göstərilib.

Bütün bunlarla əlaqədar 14.07.2026-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, Katibliyin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvlərinin iştirakı ilə geniş toplantı keçirilib. Aparılan müzakirələrin yekununda iştirakçılar yekdilliklə qərara alınıb ki, “icraçı katib” Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Odur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunub.

Təəssüflə qeyd edirik ki, “icraçı katib” və bir neçə tərəfdarı yenə də proseslərdən nəticə çıxartmayaraq, dövlət qurumlarının rəyini qəbul etmir, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar edir, təcrübəli kino xadimlərinin və ziyalıların çağırışlarını nəzərə almır və yenidən hüquqazidd cəhdlərini davam etdirirlər. Onların sosial mediada mütəmadi olaraq qarşı tərəfə ünvanlanmış qeyri-etik, təhqiramiz yayımları, təcili sədr seçkisilərinin vaxtını təyin etmək üçün 30 iyul 2026-cı il tarixinə AKİ İdarə Heyətinin iclasını çağırmaq təşəbbüsləri və s. belə cəhdlərdəndir.

Bizi Instagramda izləyin

<<

Bir daha bəyan edirik ki, hazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarında zəruri araşdırmaların aparıldığı bir vaxtda parallel olaraq AKİ İdarə Heyətinin iclasının çağırılması, lazımi hazırlıq işləri aparılmadan tələm-tələsik sədr seçkisi üçün ümumi yığıncağın vaxtının təyin olunması məqbul deyildir. Odur ki, cinayət tərkibli əməlləri  şübhə doğurduğu üçün istintaqı aparılan tərəflə birlikdə heç bir ümumi toplantıya qatılmayacağımızı, o cümlədən təyin etdikləri İH-nin iclasında iştirak etməyəcəyimizi qətiyyətlə bildiririk.

Bəyan edirik ki, yalnız baş vermiş hallara hüquqi qiymət veriləndən, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq nəticələri barədə qanuni tədbirlər görüləndən sonra, təxminən payız aylarında sədr seçkisi mövzusuna qayıtmağı doğru hesab edirik".

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranıb. Seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlərin kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət daşıdığı bildirilmiş, AKİ-nin bir qrup tanınmış kino xadimi və ziyalıları birgə bəyanat yayaraq aidiyyəti dövlət qurumlarından seçki prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv şəkildə keçirilməsinə dəstək göstərilməsini xahiş etmişdilər.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19