İlkin Əhmədov da zamanla Mənsum İbrahimovlaşdı
Cəmiyyət 02 Avqust 2026, 13:46
22287
Açığı, İlkin Əhmədovu ilk dəfə muğam müsabiqəsində görəndə sevinmişdim.
Sevinmişdim ki, deyəsən, yavaş-yavaş sənətkar yetişir, məsələn, qulağımız daha Mənsum İbrahimovun qulağa yatmayan səsini eşitməkdən bezar olmayacaq, fərqli səs eşidəcəyik.
Ancaq təəssüf ki, belə olmadı. İlkin Əhmədov da zamanla Mənsum İbrahimovlaşdı.
O həlim, gözəl səsini qışqırığ, hay-küy əvəzlədi.
Məncə, İlkin Əhmədovun ən birinci və ən böyük problemi odur ki, özünü Məhəbbət Kazımova oxşatdı. Yəni məsələ oxşatmaq yox, oxşatmaq istəyinin alınmamasıdır.
Əslində, tək İlkin Əhmədova yox, vaxtı ilə səsi xüsusi eşidilən bir çox ifaçı zamanla manıslaşdı, toybaşlaşdı.
Halbuki o səslər onları dünyasəviyyəli edə, ən azından, Alim Qasımov kultunu belə qıra bilərdilər. Məsələn, başqa bir nümunə kimi Mirələm Mirələmovu da demək olar.
Təəssüf ki, Mirələm Mirələmovun da artıq əlində mikrofon yox, eıə bil, ələm var.
Doğrudur, məsələn, kimsə deyə bilər ki, ifaçı neyləsin? Pul qazanmalıdır, toya getməlidir və s.
Sözsüz, başa düşürəm, kifayət qədər haqlı nüansdır. Ancaq belə məsələlər dinləyicinin və sənətin çox da vecinə deyil.
Hazırlıqlı dinləyici, oxucu hara getdiyini, nə etdiyini bilmir, məhsulu gözləyir. Ciddi sənət bilmir ki, toylarda hansı bozbaş mahnılarla özünü məhv etməyə məcbur qalırsan. Digər tərəfdən, toya gedən, eyni zamanda sənət göstərən müğənni nümunələri də olduğu üçün, bu arqument də təsir gücünü bir qədər itirir.
Bu səbəb, hər nə qədər daşdan keçən nüans olsa da, fakt öz faktlığını, sənət də öz mahiyyətini qoruyur.
Şübhəsiz ki, İlkin Əhmədovun səsi var, ancaq o, artıq o səsdən, səsinin əvvəlki cəsarətindən istifadə edə bilmir. Başqa sözlə, gənc yaşında artıq səsi qorxur, zilə çıxanda səndələməsə də, büdrəyir.
İlkin Əhmədov artıq səsinin bir konfort məqamını tapıb və oradan çıxmaq istəmir, çıxa bilmir, notlar onun üzünə baxır, o da notların.
İlkin Əhmədov indi muğama canlı sənət nümunəsi kimi yox, dövlət əmlakı kimi yanaşır. Adama elə gəlir, artıq hər zəngulədən sonra yuxarılara hesabat göndərirlər ki, narahat olmayın, heç bir improvizasiya baş vermədi, salamatlıqdır.
O, əlindən gələni edir ki, heç bir xüsusi performans olmasın, sənət göstərməsin, ortabablıqla sənət ömrünü başa vursun.
Qəribə bir mənzərə var. Əslində, İlkin Əhmədov bütün notları yerinə düz qoyur. Nəfəsdə, texnikada problem yoxdur, ancaq nədənsə, musiqi yerinə düşmür.
Bu mənada, məncə, muğam düzgün oxunanda yox, doğru hiss olunanda yaşayır.
Görünür, İlkin Əhmədov artıq muğamı doğru hiss edə bilmir.
İmprovizasiya o qədər yoxa çıxıb ki, adam ifa başlayanda yox, bitəndə təəccüblənir.
İndi İlkin Əhmədovun ifalarına ən yaxşı halda belə demək olur:
“Pis deyil”. Di gəl, problem də məhz buradadır.
Təəssüf ki, o səs getdikcə adamı yormağa başlayır.
Günün birində də o səs adamların başına düşəcək, bununla da muğam, o ifalar yenə eksponat mahiyyəti daşıyacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55