Zahid Oruc: "Xaricdə yaşayan siyasi miqrantlardan casus şəbəkəsi kimi istifadə olunur"...
Cəmiyyət 04 Avqust 2026, 20:32
11470
Son
illərdə Azərbaycanın təhlükəsizlik mühiti göstərir ki, ölkəmizə qarşı təsir
mexanizmləri klassik casusluq fəaliyyəti ilə məhdudlaşmır. Radikal dini
qruplar, informasiya şəbəkələri, xaricdə yaşayan siyasi mühacirlər, sosial
media platformaları və müxtəlif qeyri-hökumət strukturları üzərindən həyata
keçirilən əlaqəli təsir əməliyyatları hibrid müharibənin yeni elementlərinə
çevrilib. Əməliyyat məkanı kimi Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin
fəaliyyət qərargahların yaradılması və onların müxtəlif siyasi kampaniyalarda
istifadə olunması ayrıca təhlükəsizlik problemidir.
Azərbaycanın
son illərdə əldə etdiyi siyasi, hərbi və diplomatik uğurlar, xüsusilə də ərazi
bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizə qarşı istifadə olunan təsir
vasitələrinin xarakterini də dəyişdirib. Əgər əvvəl əsas diqqət hərbi-siyasi təzyiqlərə
yönəlirdisə, indi informasiya mühiti, sosial şəbəkələr, beynəlxalq media və
xaricdə fəaliyyət göstərən müxtəlif siyasi qruplar üzərindən təsir imkanları
daha çox diqqət çəkir.
Ölkəmizin
peşəkar təhlükəsizlik orqanlarının hesabatlarında və bəzi beynəlxalq
araşdırmalarda xarici xüsusi xidmət orqanlarının, o cümlədən İranla əlaqəli
strukturların xaricdə yaşayan mühacir və siyasi miqrantlarla əlaqələr qurmağa
çalışdığı barədə məlumatlar
mövcuddur.
Belə fəaliyyətlərin əsas məqsədlərindən biri ictimai rəyin antidövlət və
antimilli maraqlar üzərində formalaşdırılması, insan hüquqları, dini azadlıqlar
və demokratik institutlarla bağlı müzakirələrin geosiyasi alətə çevrilməsi təşkil
edir.
Beynəlxalq
münasibətlər praktikası göstərir ki, dini-siyasi mühacir qrupları əsasən xarici
dövlətlərin informasiya siyasətinin tərkib hissəsi kimi çalışır. Son illərdə
Avropa ölkələrində Rusiya, İran, Çin və digər dövlətlərlə bağlı aparılan
araşdırmalarda da xarici təsir əməliyyatları, diaspor strukturları və
informasiya şəbəkələri təhlükəsizlik gündəliyinin mühüm mövzularından biri kimi
qiymətləndirilir.
44
günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı istifadə olunan vasitələr də dəyişib.
Azərbaycanın təhlükəsizlik orqanlarının açıqlamaları, son illərdə aparılan
cinayət işləri və ictimaiyyətə tıqdim olunan mühüm materiallar İranla əlaqəli kəşfiyyat
şəbəkələrinin Avropada yaşayan bəzi siyasi mühacirlərlə əlaqələr qurmağa,
onları müxtəlif təsir və informasiya əməliyyatlarında istifadə etməyə çalışdığının
inkaredilməz sübutudur.
Təcrübə
göstərir ki, xarici xüsusi xidmət orqanları yalnız öz agent şəbəkələri ilə işləmir,
müxtəlif səbəblərdən ölkələrini tərk etmiş şəxslərə, siyasi mühacirlərə,
radikal dini dairələrə, media fəallarına və sosial şəbəkə təsirçilərinə də
maraq göstərirlər. Onlardan hərbi sirr əldə etməkdən daha çox, informasiya
mühiti formalaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək, beynəlxalq təşkilatlarda
siyasi təzyiq yaratmaq və ölkə daxilində ictimai fikrin parçalanmasını təmin
etməkdir.
Londonda
Azərbaycanın səfirliyinə qarşı 2022-ci ildə Mehdinin Xidmətçiləri İttifaqı adlı
transmilli təşkilatın əli ilə törədilən hücum göstərdi ki, radikal dini şəbəkələr,
informasiya platformaları və siyasi motivli qruplar koordinasiyalı şəkildə fəaliyyət
göstərir. Hadisə yalnız diplomatik nümayəndəliyə qarşı hüquqazidd əməl deyildi.
O, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa hesablanan hibrid qəsd idi. Qərb-Azərbaycan,
Qərb-Türkiyə münasibətləri fonunda bir neçə dövlətin gizli əli və o dövrdə İranın ölkəmizə qarşı fitnəkalığı
hadisədə mühüm rol oynamışdı.
Xaricdə
yaşayan siyasi mühacir, bloqer, ictimai fəal və ya sosial media istifadəçisi
belə müəyyən geosiyasi məqsədlər üçün istiqamətləndirilə bilər. Təcrübə göstərir
ki, insan hüquqları, dini etiqad azadlığı və demokratik dəyərlər kimi universal
prinsiplər legitim hüquq müdafiəsi fəaliyyətindən kənara çıxarılaraq geosiyasi
təsir alətinə çevrilir.
Həmçinin oxuyun
Qələbəmizdən
sonra Azərbaycanın milli təhlükəsizliyi yalnız sərhədlərin, hərbi obyektlərin və
dövlət sirrinin qorunması ilə məhdudlaşmır. Xarici xüsusi xidmət orqanlarının təsir
əməliyyatları, siyasi mühacirlərdən istifadə cəhdləri, informasiya
manipulyasiyası, radikal dini şəbəkələrin fəallaşdırılması və ictimai rəyə yönələn
koordinasiyalı kampaniyalar da təhlükəsizlik mühitinin ayrılmaz hissəsidir.
Buna görə dövlətimizin cavabı da yalnız hüquq-mühafizə tədbirləri ilə bitmir
diplomatik fəaliyyət, strateji kommunikasiya, əks-kəşfiyyat, informasiya təhlükəsizliyi
və milli həmrəyliyin gücləndirilməsi ilə kompleks şəkildə qurulur.
Eyni
zamanda, xaricdə yaşayan milyonlarla azərbaycanlının fəaliyyətini ayrı-ayrı
siyasi qrupların və ya konkret şəxslərin fəaliyyəti ilə eyniləşdirmək də düzgün
olmazdı.
Azərbaycan
diasporunun böyük hissəsi yaşadığı ölkələrin qanunlarına hörmət edən, Azərbaycanın
milli maraqlarını müdafiə edən və dövlətimizin beynəlxalq nüfuzunun
artırılmasına töhfə verən insanlardan ibarətdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55