Müdrik insanın köçü
Cəmiyyət 07 Avqust 2026, 13:36
21034
Adil MİNBAŞI
Bu dünyada şərəfli əməyi ilə zirvədən-zirvəyə yüksələn İkram Heydər oğlu Kərimov saf-xeyirxah əməlləri ilə bu yüksəklikdən Haqq dünyasına da üzüağ, alnıaçıq köçdü. Onun yoxluğu təkcə ailə üzvləri, qohumları üçün deyil, dostları, onu yaxından tanıyan insanlar üçün də uzun illər unudulmayacaq ağır itki olaraq qalacaq.
Mən İkram Kərimov haqqında, onun Siyəzən və Xaçmaz rayonlarınada apardığı istintaq işləri barədə hələ tələbə olduğum illərdə eşitmişdim. O vaxtlar Xaçmaz rayonunun prokuroru olan qohumum Əyyub Fətəliyev istirahət və bayram günlərində Bakıya gələrkən həmkarları və dostları ilə onun evində toplaşardılar. Sohbət cinayət işlərindən, istintaqdan düşərkən rəhmətlik Əyyub müəllim tez-tez İkram Kərimovun adını çəkər, onun haqqında xoş sözlər deyərdi: "Onun aça bilməyəcəyi cinayət yoxdur" deməsi məndə böyük maraq doğurmuşdu. Sonralar mənim hakim işlədiyim rayonlarda dəfələrlə görmüşdüm ki, prokurorlar ağır cinayət işinin istintaqı zamanı müstəntiqləri məsləhət üçün İkram Kərimovun yanına göndərərdilər. Mən birinci seçki müddətində hakim işləyərkən İkram müəllim Bakı Şəhər məhkəməsinəsinə sədr gəldi. Təbii ki, Ədliyə Nazirliyinin tədbirlərində, kollegiya iclaslarında hər ikimiz iştrak edirdik. Amma onunla tanış olmaq istəyimə baxmayaraq, yaşca və imicinə görə məndən yüsəkdə olan şəxsə yaxınlaşıb "Sizinlə tanış olmaq istəyirəm" deməyi etik qaydalara zidd hesab edirdim. Bu mənada mənim İkram müəllimlə tanışlığım qiyabi xarakter daşıyırdı.
Sonradan səmimi dostluğa çevrilən ilk tanışlığım 1989-cu ildə oldu. Mən Azərbaycan hüquqşünaslar İttifaqına birinci müavin seçilərkən Bakı Şəhər məhkəməsinin sədri İkram Kərimov da İdarə Heyətinə üzv seçilmişdi. Onun hər bir tədbirdə iştrakı ağıllı və müdrik məsləhətləri ilə müzakirə olunan problemin həllinə mütləq müsbət bir təkan verirdi. Onun zəkasına heyran qalırdım. Hamımız onu savadlı hüquqşünas, güclü istintaqçı və ədalətli hakim kimi tanıyır, belə də qəbul edirdik. Amma mən müşahidə edirdim ki, bütün məsələlərin həllində onun qəbul etdiyi ən düzgün qərarları verməsi təkcə yuxarıda qeyd etdiyim keyfiyyətlərlə tamamlanmır. Bunların arxasında daha fərqli, daha güclü bir amil dayanır - MÜDRİKLİK.
Fikrimi misallarla izah etməyə çalışacağam: Onun rəhbərlik etdiyi böyük kollektivlərdə çox fərqli xarakterli, fərqli əxlaqlı, hətta tamamilə neqativ qiymətləndiriləcək insanlar da olurdu. İkram müəllim onları fərdi və psixoloji yanaşmalarla elə ustalıqla idarə edir və yönəldirdi ki, hər iş nizam-intizamla onun istədiyi istiqamətdə gedir və müsbət nəticə alınırdı. İkram müəllimin rəhbərlik etdiyi kollektivdə kimsə işdən çıxırdısa, o, mütləq yüksək vəzifəyə getməsi ilə əlaqədar işdən çıxırdı.
Cəmiyyətdə sevilən hörmətli və ləyaqətli bir şəxsin mülki və ya cinayət işinə Bakı Şəhər Məhkəməsində baxılırdısa, İkram müəllim bu işin gedişatını elə qururdu ki, sonunda nəticə həmin şəxsin xeyrinə həll olunurdu və hər şey qanun çərçivəsində baş verirdi.
İkram müəllim həm də çox cəsarətli hüquqşünas idi. Onun iş təcrübəsində bu fikrimi təsdiqləyəcək çox misallar gətirmək olar, amma mən bir misalla kifayətlənəcəyəm. Moskvada, SSRİ Prokurluğunun Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərinə qarşı apardığı cinayət işinin məhkəmə baxışı zamanı bütün təzyiqlərə və gözlənilən təhlükələrə baxmadan İkram müəllimin rəhbərlik etdiyi Bakı Şəhər Məhkəməsində onların hamısının haqqında bəraət hökmü çıxarılmışdı. Yeri gəlmişkən, qeyd edim ki, həmin dövr bu kateqoriyadan olan cinayət işlərinə Moskvada və ya digər fərqli respublikalarda baxılırdı. Bu təcrübənin qanuna zidd olduğunu, həmin cinayət işlərinin məhkəmə baxışının "cinayətin işlənmiş" hesab edildiyi respublikada baxılmalı olmasını da SSRİ Prokurorluğu qarşısında İkram Kərimov qaldırmış və qeyd etdiyim cinayət işinin Azərbaycan məhkəməsində baxılmasına nail olmuşdu.
Həmçinin oxuyun
İkram müəllim yüksək peşəkarlığı ilə bərabər, eyni səviyyədə yüksək əxlaqa və mənəvi dəyərlərə sahib insan idi. Qətiyyən maddiyyata bağlı insan deyildi. Əsassız ittihama görə birinin cinayət işinə baxılarkən ona bərəat verilirdisə və ya digər cinayət işində kiməsə həbslə əlaqədar olmayan cəza verilməsi imkanı varsa, onu həbsə almırdısa, bu yaxşılığına görə heç vaxt təmanna ummazdı. Hətta etdiyi yaxşılığı mütavazi tərzdə elə kiçiltməyə çalışırdı ki, qarşısındakı adam özündə bir minnət və borcluluq hissi keçirməsin - sanki hər şey özü-özlüyündə belə də olmalıymış!
İkram Kərimov tanıdığı insanlarla münasibətdə sadiqqədəm idi və bu münasibəti həmişə qoruyub saxlayardı. İnsanlara sevgi və hörmətlə yanaşırdı. Hətta tanımadığı şəxs ona yaxınlaşıb hər-hansı bir ehtiyacı olduğunu söyləyərdisə, imkanı daxilində mütləq köməklik göstərməyə çalışırdı. Dostluqda çox sədaqətli və etibarlı idi. Dostların problemlərini öz problemi kimi qəbul edər, bütün gücü ilə onun həllinə çalışırdı. İşdən çıxmış və ya vəzifədən uzaqlaşmış dostlara isə daha həssas və qayğı ilə yanaşardı...
İkram Kərimiovun müsbət keyfiyyətlərini saymaqla bitməz. Onun xatirələri ilə bağlı yazdığı "Zirvədən-zirvəyə" dördcildliyinin hər cildinin hazırlanmasında iştrak etdiyim üçün bilirəm ki, belə bir kitabın hazırlanmasından xəbər tutanlar redaksiya qrupuna İkram müəllim etdiyi yaxşılıqlardan, insani keyfiyyətlərdən, yüksək peşəkarlığından bəhs edən yüzlərlə minnətdarlıq məktubları göndərmişdilər. Kitabın birinci cildi nəşr olunduqdan sonra isə bu məktubların sayı-hesabı bitmirdi. Əgər bu məktubların hamısı kitaba daxil edilsəydi, ən azı 10 cildi aşan külliyyat ortaya çıxardı. Ona görə də bu məktubların çox az bir hissəsi dördcildliyə daxil edildi.
İkram Kərimov öz övladlarına, nəvə-nəticələrinə mal-pul, sərvət qoyub getmədi, çünki buna sahib deyildi, amma onlara həmişə qürur duya biləcəkləri ŞƏRƏFLİ AD qoyub getdi.
Bu qədər yüksək mənəvi dəyərlərin bir fərddə birləşməsi hər kəsə nəsib olmur. Mən bələ insanları Allahın sevdiyi bəndə adlandırıram.
...Dünyadan köçməsindən iki gün əvvəl idi, telefonla danışdıq. Xəstə olduğumu, həkimlərə və dava-dərmana laqeyd münasibətimi bildiyindən mənə həkimə getməyimi, yazılan dərmanları mütləq qəbul etməyimi bərk-bərk tapşırdı: "İsmayıllıdayam, 2-3 günə qayıdacağam. Bakıya gələn kimi görüşək". "İnşallah" deyib sağollaşdıq. Sən demə, bizim bu dünyada görüş limitimiz artıq bitbmiş. Biz isə bundan xəbərsizmişik.
Olsun! Görüşənə qədər, əziz dost! Ruhun şad, məkanın Cənnət olsun!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55