"Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı" — Deputat Zaur Şükürov
Cəmiyyət 07 Avqust 2026, 15:01
5360
Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişmişdir. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunması yalnız hərbi-siyasi üstünlük anlamına gəlmir, bu qələbələr eyni zamanda region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı - münaqişə dövrü başa çatdı, sülh və əməkdaşlıq üçün real imkanlar yarandı.
Bunu CityPost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.
"Bir il öncə, avqustun 8-də son dərəcə vacib tarixi hadisəyə şahidlik etdik. Belə ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.
Heç şübhəsiz, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə olan Azərbaycan münaqişəni qalibiyyətlə bitirdikdən sonra Prezident İlham Əliyev sülh təşəbbüsü ilə çıxış etdi. Sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən 5 əsas prinsip Ermənistana təqdim edildi. 2025-ci ilin mart ayında yekun olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlandı.
Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərə dair bəndin layihəyə salınmasını təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial şəkildə bu məsələnin ölkənin daxili işi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin mümkünsüzlüyünü qarşı tərəfin diqqətinə çatdırırdı.
Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə mane olurdu.
Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsi kimi tarixə düşdü və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtləri ilə razılaşdı - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitisiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasının zəruriliyini qəbul etdi. Birgə Bəyannamənin 1-ci bəndində də qeyd olunan: “....Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik.... ” ifadəsi də məhz bunu ehtiva edir. Unutmayaq ki, Vaşinqton Zirvəsinə qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar.
8 avqust görüşündən sonra Zəngəzur dəhlizinin açılması da artıq reallığa çevrildi. Yenə də, həmin Bəyannamənin 3-cü bəndinə istinad edə bilərik: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Həmçinin oxuyun
Bir il sonra mənzərə nədən ibarətdir? Sənəd hələ də imzalanmayıb, lakin sahədə vəziyyət kökündən dəyişib: atəşkəs möhkəmlənib, ticarət başlayıb, sərhəd delimitasiyası institusional məcraya keçib və Dövlət Komissiyaları müntəzəm olaraq görüşür, "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Lakin, sülhün rəsmiləşdirilməsi qarşısında duran əsas hüquqi maneə — Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları hələ də aradan qalxmayıb.
Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı vəziyyəti belə qiymətləndirdi: “... Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza minnətdarıq ki, onlar Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin edirlər. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq”.
Prezident tərəfindən açıqlanan ölkəmizin bu mövqeyi rəsmilərimiz tərəfindən də davamlı olaraq səsləndirilib. Belə ki, bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a müsahibəsində də mövqeyimiz bir daha diqqətə çatdırılıb.
2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Paşinyan hökumətinin qalib gələcəyi təqdirdə, bu hökumətin bəyanatlarına uyğun olaraq, proseslərin sürətlənəcəyinə müəyyən ümidlər var idi. Lakin nəticə ikili xarakter daşıyır. Bir tərəfdən, Paşinyanın partiyası parlament çoxluğunu qoruyub saxlayıb və hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb — bu, sülh kursunun davam etdiriləcəyinin siyasi mandatı kimi qiymətləndirilir. Digər tərəfdən, partiya Konstitusiyanı müstəqil dəyişdirmək üçün zəruri olan konstitusion çoxluğu (mandatların üçdə ikisi) əldə edə bilməyib. Bu nəticə, Konstitusiya dəyişikliyinin parlament yolu ilə deyil, məhz referendum yolu ilə həyata keçiriləcəyi anlamına gəlir. Paşinyan noyabr 2025-də bildirmişdi ki, referendum 2026-cı il seçkilərindən sonra keçiriləcək, sonrakı açıqlamalarda isə referendumun 2027-ci ilə planlaşdırıldığı bildirilib. Paşinyanın həqiqi niyyəti ətrafında Ermənistan daxilində və regional ekspert mühitində fərqli qiymətləndirmələr mövcuddur.
Hadisələrin gedişi Ermənistanda konstitusiya dəyişikliyinin bu il həyata keçirilə biləcəyini müəyyən mənada istisna edir. Ehtimal ehtimal etmək olar ki, Paşinyan hələ daxili auditoriyanı, xüsusən revanşist əhval-ruhiyyəli seqmenti prosesə hazırlamaq üçün, həm də siyasi risklərdən qorunmaq məqsədilə vaxt qazanmağa çalışır.
Bütün bunlarla yanaşı, zənnimcə, Paşinyan hökuməti sülh prosesinin yekunlaşdırılmasında maraqllıdırsa, daha qətiyyətli mövqe və siyasi iradə nümayiş etdirməlidir. Əks halda, regionda daimi maraqları olan xarici qüvvələr öz niyyətlərini həyata keçirmək üçün yenə də Ermənistandan istifadə edərək, prosesləri müəyyən qədər ləngidə bilər.
Bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində formal sülh sazişi olmasa da, mahiyyət etibarilə əvvəllər mürəkkəb görünən psixoloji, iqtisadi və institusional baryerlər aşılıb. Tam atəşkəs, Ermənistan tərəfndən sərhəddə əvvəllər törədilən təxribatların hazırda müşahidə edilməməsi, ticarət əlaqələri, vətəndaş cəmiyyətlərinin ilk birbaşa təmasları və delimitasiya prosesinin institusionallaşması — bütün bunlar sülhün sadəcə kağız üzərində deyil, real həyatda formalaşdığının göstəricisidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "de-fakto sülh" formulu bu baxımdan təsadüfi deyil: rəsmi imzalanma gecikə bilər, lakin münaqişənin əsas elementi — silahlı toqquşma artıq keçmişdə qalıb.
Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbayanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı",-deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55