Ziddiyyətli adam idi: həm çox sədaqətli, etibarlı dost, eyni zamanda...
Cəmiyyət 07 Avqust 2026, 18:43
4263
Allah rəhmət eləsin Rəfael Allahverdiyevə. Ziddiyyətli adam idi: həm çox sədaqətli, etibarlı dost, eyni zamanda yazdığınız kimi, Bakının əksər ərazisini dədə malı kimi satır, çadırlar, metroların giriş-çıxışını belə, satmışdı. Mənim də rəhmətliklə konfliktim olmuşdu, amma mənim ucbatımdan yox. Demək, 1998-ci ildə Motodromda məskunlaşmış 338 məcburi köçkün ailələsini zorla, polis gücünə çıxartdırmaq istəyirdi. Xəbər tutan kimi, Milli Məclisin iclasında məlumat verdim və getdim ora. Təsəvvür edin, zavallı köçkünlərin üstünə sanki müharibəyə gəlmişdilər. 200-dən çox polis, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, xeyli sayda mülki şəxslər, “Kamaz”lar, ekskvatorlar, buldozerlər əmrə müntəzir. Kəlbəcərdən, Füzulidən, Ağdamdan, Cəbrayıldan, Zəngilandan zorla qovulmuş köçkün ailələri çıxılmaz vəziyyətdə idilər. Bakı Baş Polis İdarəsinin rəis müavini əməliyyata rəhbərlik etməli idi. Görüşdüm, təbii ki, sərt dialoqumuz oldu, gördüm bunlar R. Allahverdiyevin əmrini gözləyirlər ki, hərəkətə keçsinlər. Rafael müəllim həm də deputat idi. Zəng vurub bu məsələni zorla yox, danışıqlarla, bütün köçkünlərin razılığı ilə həll etməyi xahiş etdim, gördüm adam qətiyyətlə öz fikrinin üstündə dayanır, dedim tələsməyin, gəlirəm Milli Məclisə, orada danışarıq. Dedi heç bir danışıqdan söhbət gedə bilməz, oradan çıxmalıdırlar. Prezident Heydər Əliyev həmin vaxt Gürcüstanda rəsmi səfərdə idi, dedim a kişi, heç olmasa, Prezidenti gözlə gəlsin, nə desə, o olsun. Alınmadı, girdim camaatın arasına, dedim yolu kəsməkdən başqa yolunuz yoxdur, siz yolu— Bakı-Sumqayıt yolunu kəsin, mən Məclisə gedib danışacam. Yol bağlandı və təcili Məclisə qayıtdım, iclasda hansısa qanun layihəsinin müzakirəsi gedirdi. Söz istədim vermədilər, ayağa qalxıb təkidlə söz istədim və məcburən mikrafonumu açdıranda dedim, hörmətli sədr və millət vəkilləri, Motodrom ərazisində acınacaqlı vəziyyət yaranıb, həmkarımız Rafael müəllim o ərazini ərəb şirkətinə 250 min dollara satıb ( dəqiq məlumat almışdım), ağır vəziyyətdə yaşayan məcburi köçkünləri oradan zorla çıxartmaq istəyir. Təklif etdim ki, köçkün rayonların deputatlarını oraya dəvət edirəm. Çıxıb qayıtdım ora, gördüm ki, polislər yavaş-yavaş dağılışır, başa düşdüm ki, zəng vurub deyib ki, bir az gözləyin. İndi deputatlardan danışım, təkcə Ağdamdan seçilən kişi qeyrətli Çimnaz xanım Əliyeva köməyimizə gəldi…Binəqədi rayonunun İcra başçısı Hüseyn müəllimlə sərt söhbətimiz oldu və sonda Prezident Heydər Əliyev xəbər tutan kimi, Rafaili danlayıb ki, seçkiqabağı camaatı niyə hökumətdən narazı salırsan, qoy o köçkünlər yerlərində qalsın. Nə isə, köçkünlər yerlərində qaldılar və bugünədək də orada yaşayırlar. İnşallah, Qarsbağda evlər tikiləndə hamısı qayıdacaq. İnsaf naminə deməliyəm ki, Ulu öndərin Moskvadan Bakıya qayıtdığı gün Rafael müəllim həyatını riskə atıb özcşəxsi maşını ilə aeroportun ərazisinə girib Heydər Əliyevi təyyarədən götürüb gətirmişdi. Yəni Heydər Əliyevə çox sadiq adam olub. Sonralar nə oldu, hansı səhvinin qurbanı oldu, ondan xəbərsizəm. Allah günahlarını bağışlasın.
Əlövsət Ağalarov
Sabiq millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19