Naxçıvan: Azərbaycanın yeni geosiyasi üfüqünə açılan qapı -Sayman Aruz yazır
Cəmiyyət 12 Avqust 2026, 16:44
14712
Naxçıvan haqqında danışarkən sadəcə Azərbaycanın qədim və ayrılmaz tərkib hissələrindən birindən danışmırıq. Naxçıvan Azərbaycan dövlətçiliyinin tarixi yaddaşı, milli iradənin mühüm dayaqlarından biri və bu gün ölkəmizin qarşısında açılan yeni geosiyasi imkanların ən mühüm məkanlarından biridir.
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri də məhz bu baxımdan adi bir region səfəri kimi qiymətləndirilə bilməz. Səfərin proqramına nəzər saldıqda bunun həm iqtisadi, həm sosial, həm hərbi, həm mədəni, həm də strateji istiqamətləri əhatə edən kompleks bir yanaşma olduğu aydın görünür. Dövlət başçısı Naxçıvan Sənaye Parkının təməlini qoydu, dəmir yolu infrastrukturunda aparılan işlərlə tanış oldu, yeni günəş elektrik stansiyalarına baxdı, Əlahiddə Ümumqoşun Ordunun yeni komando hissələrinə döyüş bayraqları təqdim etdi, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanış oldu, Möminə xatun türbəsində bərpa işlərini nəzərdən keçirdi və bir sıra sosial layihələrin təməlini qoydu. Bütün bunların bir yerdə baş verməsi təsadüfi deyil.
Uzun illər Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı düşmüş, Ermənistan ərazisi ilə kəsilən kommunikasiya səbəbindən faktiki nəqliyyat blokadası şəraitində yaşamış bir diyar idi. Bu xüsusiyyət Naxçıvanın təhlükəsizlik və iqtisadi inkişaf məsələlərini Azərbaycanın digər bölgələrindən fərqləndirirdi.
İndi isə vəziyyət dəyişir. Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra regionun geosiyasi xəritəsi dəyişib. Naxçıvanın Azərbaycan ərazisinin əsas hissəsi ilə quru əlaqəsinin bərpası artıq təkcə regional məsələ deyil, daha geniş beynəlxalq nəqliyyat və ticarət arxitekturasının bir hissəsinə çevrilib.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Zəngəzur istiqamətində formalaşacaq bağlantı Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, ölkəni Türkiyə və daha geniş Avropa-Asiya nəqliyyat sisteminə bağlayacaq. 2026-cı ilin fevralında Prezident Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artıq yalnız yollar və dəmir yolları ilə məhdudlaşmadığını, enerji və fiber-optik bağlantıların da bu strategiyanın bir hissəsinə çevrildiyini qeyd edib.
Deməli, Naxçıvanın coğrafi təcridindən danışmaq artıq keçmişin ifadəsidir. Qarşıda duran əsas məsələ Naxçıvanın regional bağlantı mərkəzinə çevrilməsidir.
Naxçıvanın strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri onun Türkiyə ilə birbaşa sərhədidir.
Azərbaycan-Türkiyə münasibətlərində Naxçıvan xüsusi simvolik və geosiyasi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsində də Azərbaycanla Türkiyəni Naxçıvan üzərindən birləşdirəcək nəqliyyat bağlantısının əhəmiyyəti ayrıca qeyd olunub.
Bu baxımdan Naxçıvanı Azərbaycanın Türkiyəyə açılan qapısı adlandırmaq sadəcə siyasi ifadə deyil. Bu coğrafiya Azərbaycan-Türkiyə əlaqələrinin gələcək nəqliyyat, enerji, ticarət və kommunikasiya sistemində mühüm halqaya çevrilə bilər.
Zəngəzur bağlantısının reallaşması ilə Azərbaycan ərazisinin qərb hissəsindən Naxçıvana, oradan isə Türkiyəyə uzanan daha bir birbaşa marşrut formalaşacaq. Prezident İlham Əliyev 2026-cı ilin mayında Zəngəzur istiqamətində qurulan bağlantının Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcəyini və Zəngilan-Naxçıvan istiqamətinin gələcək nəqliyyat sistemində mühüm yer tutacağını bildirib.
Bu, Azərbaycan üçün sadəcə yol deyil.
Bu, coğrafiyanın siyasi və iqtisadi üstünlüyə çevrilməsidir. Naxçıvanın gələcək əhəmiyyətini Zəngəzurdan ayrı təsəvvür etmək mümkün deyil.
Bu gün Azərbaycanın qərb rayonlarında qurulan avtomobil və dəmir yolu infrastrukturu gələcəkdə Naxçıvana qədər uzanan daha böyük bir bağlantı sisteminin hissəsi kimi nəzərdən keçirilir. Azərbaycan Prezidentinin rəsmi məlumatlarında Zəngəzur dəhlizinin Naxçıvanla birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının bir-birinə bağlanmasında strateji halqa rolunu oynaya biləcəyi vurğulanır. Burada mühüm bir məqam var: Naxçıvan artıq “Azərbaycanın əsas hissəsindən ayrı düşmüş eksklav” kimi deyil, Azərbaycanın regional nəqliyyat sisteminin mühüm qovşaqlarından biri kimi düşünülür.
Bu dəyişiklik yalnız iqtisadi deyil, siyasi baxımdan da böyük əhəmiyyət daşıyır.
Prezidentin son səfərində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, dəmir yolu infrastrukturunun inkişafı, günəş elektrik stansiyalarında işlərin aparılması, yeni hotel kompleksinin yaradılması və Naxçıvan şəhərinin 2044-cü ilədək inkişaf planının təqdim olunması göstərir ki, Naxçıvana münasibət artıq yalnız mövcud problemlərin həlli çərçivəsində qurulmur.
Burada daha uzunmüddətli inkişaf modeli formalaşdırılır.
Bu, çox vacib məqamdır.
Çünki strateji coğrafiyanın əhəmiyyəti yalnız xəritədə yerləşmə ilə ölçülmür. Həmin coğrafiyanın nəqliyyat, enerji, sənaye, turizm, insan kapitalı və təhlükəsizlik infrastrukturu nə qədər güclüdürsə, onun geosiyasi çəkisi də bir o qədər artır.
Bu baxımdan Naxçıvan Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın gələcəkdə yalnız tranzit məkan deyil, həm də istehsal və investisiya mərkəzi olması üçün iqtisadi baza yaradıla bilər.
Enerji təhlükəsizliyi də Naxçıvanın yeni strategiyasının hissəsidir. Naxçıvanın tarixində enerji məsələsi xüsusi yer tutur. Uzun müddət onun Azərbaycanın əsas hissəsi ilə birbaşa enerji bağlantısının olmaması ciddi problemlər yaradıb.
Bu gün isə yanaşma tamam fərqlidir. Naxçıvanda günəş elektrik stansiyalarının inkişaf etdirilməsi, enerji infrastrukturunun yenilənməsi və bərpaolunan enerji potensialından istifadə regionun gələcək iqtisadi modelinin mühüm istiqamətlərindən birinə çevrilir. Prezidentin avqustun 11-də “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması da bunu göstərir.
Beləliklə, Naxçıvan gələcəkdə həm nəqliyyat, həm də enerji bağlantılarının üzərində yerləşən bir region ola bilər.
Naxçıvan həm də təhlükəsizlik qalamızdır. Naxçıvanın strateji əhəmiyyətindən danışarkən hərbi amili də unutmaq olmaz. Azərbaycanın İran və Türkiyə ilə sərhədləri üzərində yerləşən, eyni zamanda Ermənistanla həmsərhəd olan Naxçıvan ölkənin təhlükəsizlik sistemində xüsusi mövqeyə malikdir.
Prezidentin səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarını təqdim etməsi də bu baxımdan mühüm mesajdır.
Bu mesajın mahiyyəti aydındır: Naxçıvanın iqtisadi və nəqliyyat baxımından inkişafı onun müdafiə qabiliyyətinin gücləndirilməsi ilə paralel aparılır.
Yəni yeni Naxçıvan modeli yalnız “inkişaf edən region” modeli deyil.
Bu, güclü iqtisadiyyatı, müasir infrastrukturu və etibarlı müdafiə sistemi olan strateji region modelidir.
Naxçıvanın əhəmiyyətini yalnız iqtisadi və hərbi terminlərlə ifadə etmək mümkün deyil.
Bu torpaq Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycan tarixində xüsusi yer tutur. 1990-cı illərin əvvəllərində Naxçıvanda qəbul edilmiş qərarlar və görülmüş işlər sonrakı Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb.
Elə buna görə Prezidentin səfər zamanı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə Möminə xatun türbəsindəki bərpa işlərinə diqqət yetirməsi eyni siyasi xəttin iki tərəfi kimi görünür. Bu dövlətçilik yaddaşı və gələcəyə yönəlmiş inkişaf strategiyasının bariz nümunəsidir.
Naxçıvanın tarixi-mədəni irsinin qorunması da bu baxımdan sadəcə mədəniyyət məsələ kimi dərk edilməməlidir.. Bu, Azərbaycanın tarixi yaddaşının, milli kimliyinin və dövlətçilik ənənəsinin qorunması məsələsidir.
2044-cü ilin Naxçıvanı
Bəlkə də səfərin ən mühüm məqamlarından biri “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”ın təqdim olunmasıdır. Çünki burada dövlətin Naxçıvana münasibətinin zaman miqyası görünür. Söhbət bugünkü problemləri həll etməkdən yox, Naxçıvanın növbəti onilliklərdə necə bir şəhər və necə bir regional mərkəz olacağından gedir.
Bu baxımdan Naxçıvanın inkişafını Azərbaycanın Böyük Qayıdış siyasətindən də müəyyən mənada fərqləndirən bir xüsusiyyət var: burada söhbət dağıdılmış şəhərlərin yenidən qurulmasından daha çox, mövcud tarixi şəhərin yeni regional funksiyalarla gələcəyə hazırlanmasından gedir.
Prezidentin səfəri niyə məhz indi xüsusi əhəmiyyət daşıyır?
Bu suala cavab vermək üçün xəritəyə bir daha baxmaq kifayətdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Zəngilan, Ağbənd və digər ərazilərdə nəqliyyat infrastrukturu inkişaf etdirilir. Azərbaycanın Orta Dəhlizdə rolu genişlənir. Türkiyə ilə müttəfiqlik münasibətləri yüksək səviyyədədir. ABŞ ilə strateji tərəfdaşlıq sənədlərində regional bağlantı və Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantı məsələsi də yer alır. Belə bir mərhələdə Naxçıvanın əhəmiyyəti təbii olaraq daha da artır.
Əgər əvvəl Naxçıvan Azərbaycanın müdafiə edilməli strateji sərhəd bölgəsi idisə, indi onun qarşısında daha böyük missiya dayanır:
Naxçıvan Azərbaycanın Qərbə, Türkiyəyə və daha geniş Avrasiya məkanına çıxışının əsas geosiyasi halqalarından birinə çevrilmək potensialına malikdir.
Prezident İlham Əliyevin 11 avqust səfərinin əsas siyasi mesajını mən belə ifadə edərdim:
Naxçıvan artıq Azərbaycanın kənarında yerləşən strateji ərazi deyil; Azərbaycanın yeni geosiyasi mərkəzlərindən birinə çevrilməkdə olan strateji məkandır.
Burada tarix var. Burada dövlətçilik var. Burada Türkiyə ilə qardaşlıq bağları var. Burada İran (Cənubi Azərbaycan) və Ermənistanla sərhədlər, regional təhlükəsizlik məsələləri var. Burada Zəngəzur bağlantısı, Orta Dəhliz və Avrasiya nəqliyyat xəritəsi var. Burada enerji və sənaye potensialı var. Bütün bunların üzərinə Azərbaycan dövlətinin uzunmüddətli inkişaf iradəsi gəlir. Elə buna görə Prezidentin Naxçıvana səfərini yalnız açılışlar və görüşlər silsiləsi kimi qiymətləndirmək düzgün olmaz. Bu səfər, əslində, Naxçıvanın Azərbaycanın gələcək siyasi, iqtisadi və geostrateji xəritəsində tutacağı yerə verilən yüksək dövlət əhəmiyyətinin nümayişidir.
Bu gün Naxçıvana baxarkən təkcə keçmişimizi görməməliyik. Naxçıvanda Azərbaycanın gələcəyinin bir hissəsini də görməliyik.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55