Bizə yazın

Baku

-°C

USD

-

MÜBARİZ ƏHMƏDOĞLU HƏYASIZLIĞINA QISA CAVAB  

Cəmiyyət 13 Avqust 2026, 12:03

3954

Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır.  Səfəvi məsələsində qardaş Türkiyəmizə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapmışlar. Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq şəkildə ifadə edən Fazil Mustafaya  xüsusi həyasızlıqla bu cür böhtanlar yönəldilməsi təsadüfi deyil. Qonşu dövlətin xüsusi xidmət orqanlarının şəxsimə qarşı 2023-cü ildə düzənlədiyi sui-qəsdi törədənlər etiraf edirdilər ki, onlara sosial şəbəkədə Fazil Mustafa ilə bağlı FETO böhtanının atılmasını xüsusi olaraq tapşırmışdılar. Bu istintaqda təsdiq olunan ifadələrdir. İndi baxıram ki, bu gopçu politoloq Mübariz Əhmədoğlu və digərləri həmin ittihamın sifarişini sanki terrorçularla eyni mənbədən almışlar. Maraqlıdır ki, biz Elçibəy məktəbni keçmiş insanlar üçün hansı müstəvidə oluruqsa olaq, Azərbaycanın dövlət maraqlarınından uca heç bir məqam tanımırırq. Bir Azərbaycan vətəndaşının bir Hizbullaçı, bir İŞİD-çı, bir FETO-çu, bir Qumçu, bir Gülənçi, PKK-çı, YPQ-çi olması və yaxud Azərbaycan və qardaş Türkiyənin maraqlarına qarşı çıxan digər məzhəbçi və təriqətçi olması şəxsən mənim anlayışıma görə Vətənin namusunu satmaq deməkdir. Dövlət də, millət də bizim bu Vətən üçün hansı fədakarlığı etdiyimizi, hətta canımızı necə ortaya qoyduğumuzu dəqiqliklə bilir. Belə namussuzluğu bəlkə də Mübariz Əhmədoğlu və başqa ona bənzərlər rahatlıqla edə bilərlər və yenə də onların qarşısında bu dövlətin marağını bizlər qoruyacağıq. Bu şəxslərin xəstə düşüncələrini istənilən platformada darmadağın etmək mənim üçün qətiyyət çətinlik yaratmır, ancaq bunlar müzakirə yerinə üzərimizə böhtan və təhqirlə gəlirlər. Yazdığım, söylədiyim bütün fikirlərin arxasındayam, lazım bildiyim bütün platformalarda da Azərbaycan Respublikasının ali maraqlarının qorunması üçün yenə də vəzifəmdən, ictimai mövqeyimdən asılı olmadan ardıcıl mübarizə aparacağam. Yeni kitabımın Mübariz Əhmədoğlu və onun kimi geriçi  ünsürlərin bütün içiboş nağıllarının ifşasını və dövlətimiz üçün zərərini daha aydın şəkildə göstərəcəkdir.

Milli Məclisin deputatı Fazil Mustafa

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55