Professor Əyyub Əzizovun anadan olduğu gündür
Cəmiyyət 13 Avqust 2026, 13:55
4236
Bu gün BDU kollektivinin sevimlisi, el ağsaqqalı, Respublikanın əməkdar müəllimi, Bakı Dövlət Universitetinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri (1987-2021), professor Əyyub Əzizovun anadan olduğu gündür.
Əyyub Teymur oğlu Əzizov 1934-cü il avqustun 12-də Qərbi Azərbaycanın Zəngibasar rayonu (Üçkilsə) Şöllü Mehmandar kəndində dünyaya gəlmişdir. Yeddinci sinfə qədər doğulduğu kənddə oxuyan Əyyub Əzizov 1948-ci ildə ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur olmuş, əvvəlcə Naxçıvana, oradan Beyləqan rayonunun Daşburun kəndinə, sonra isə Ağcabədi rayonuna gəlmiş, təhsilini əvvəlcə Ağcabədi rayonunun 3 saylı, sonra isə Xəlfərəddin kənd orta məktəbində davam etdirmişir. Orta təhsilini başa vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət və kimya fakültəsinə qəbul olunur. 1957-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirərək orta təhsil aldığı Xəlfərəddin kənd orta məktəbində (hazırda 2 saylı tam orta məktəb) müəllimlik fəaliyyətinə başlayır və 5 ilə yaxın burada kimya fənnindən dərs deyir.
1961-ci ildə AMEA-nın Kimya İnstitutunun aspiranturasına daxil olan Əyyub Əzizov 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edir. Bir alim kimi 1969-cu ildən həyat yolunu Bakı Dövlət Universiteti (BDU) ilə bağlayan Əyyub müəllim 1987-ci ildən Kimyanın tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir. Özünə və başqalarına qarşı son dərəcə tələbkar və humanist olan professor Ə.Əzizovun respublilkamızda, eləcə də əcnəbi ölkələrdə 200-dən artıq elmi, metodiki məqalələri çap olunmuşdur. Həmçinin professor iki dərsliyin, iki dərs vəsaitinin müəllifidir. Eyni zamanda, o, BDU-nun və kimya fakültəsinin elmi şurasının üzvü olmuşdur.
Yalnız dərs deməklə kifayətlənməyən professor Ə.Əzizov həm də kimya elminin aktual problemlərinə dair bir çox sanballı elmi əsərlərin müəllifidir: "Kimyanın tədrisi metodikası", "Kimyadan pedaqoji praktikanın təşkili və keçirilməsi", "Kimyanın öyrədilməsində sinifdənkənar və müstəqil işlər" və sair. Onun eyni zamanda müştərək yazdığı "Kimya tədrisinin müasir problemləri", "Kimyəvi maddələrin təsirindən ətraf mühitin çirklənməsi və onunla mübarizəni şagirdlərə öyrədilməsi" əsərləri bu gün də aktualdır. Əyyub müəllim nəzəriyyə ilə təcrübəni bir-birilə üzvi surətdə əlaqələndirir, tədqiqatlarını bu istiqamətdə aparırdı. Onun yazdığı "Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum", "Kimyanın tarixinə dair materiallar", "Kimyanın tədrisində görkəmli alimlərin həyat və yaradıcılığına dair materialların öyrədilməsi", "Kimya təliminin prinsipləri, üsulları, priomları", "Kimya tədrisi metodikası" I hissə, "Kimyanın tədrisi metodikası" II hissə, "Kimya tədrisi üsulu və praktikumu" və sair kitablar da deyilənlərin əyani təsdiqidir.
Professor Əyyub Əzizov bir insan kimi yüksək mənəvi keyfiyyətləri ilə nəinki qohumlarının, dost-tanışlarının, habelə onu tanıyan bütün insanların səmimi sevgisini qazanıb. İndi Əyyub müəllim ömrünün müdrik çağlarını yaşayır. Arzu edirik ki, hörmətli alimimizin həyatının sonrakı illəri də daim firavan, sağlam və səadət ilə dolu keçsin.
Nəcib və xeyirxah insan, ağsaqqal hacı, sinəsi sözlə dolu, abırlı və ləyaqətli insan olan Əyyub müəllimi ad günü münasibətilə təbrik edir, Köhnə kişilərin nadir nüməyəndələrindən birinə cansağlığı arzulayırıq.
Müəllif: Fikrət Şiriyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55