Qələbəyə gələn yolun qadın siması: Mehriban Əliyevanın dövlətçilik missiyası
Cəmiyyət 18 Avqust 2026, 12:15
13273
Zahid
Orucdan salnamə kimi məqalə…
Azərbaycanın
son otuz ildən artıq siyasi tarixi bir-biri ilə bağlı böyük dönüşlərdən ibarətdir.
Sovetlər Birliyinin süqutundan sonra müstəqillik yolunda yaşanan hakimiyyət
böhranı, Qarabağda hərbi məğlubiyyət, idarəetmə institutlarının yenidən
qurulması, iqtisadi müstəqilliyin təmin olunması, ordu quruculuğu, beynəlxalq
mövqelərin möhkəmləndirilməsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən
müharibəsi, 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası və
azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycanın məğlubiyyətdən
qalib dövlətə və Qələbəyə qədər keçdiyi yolun tarixidir.
2020-ci
ilin parlaq uğurunu yalnız 44 müqəddəs günün hərbi nəticəsi kimi görmək şərəfli
tarixi yolun miqyasını kiçiltmək olardı. Bütövlük uğrunda çox illik mübarizənin
mərkəzində Ulu öndər ideallarına söykənən Prezident İlham Əliyevin liderliyi,
onun ətrafında qurulan dövlət sistemi və milli məqsədlər naminə səfərbər edilən
xalq dayanır. Azərbaycan Ordusu torpaqları döyüş meydanında azad etdi və Qələbənin
hərbi-strateji müəllifi Müzəffər Ali Baş Komandandır. İkinci Dünya müharibəsindən
sonra Konrad Adenauer bölünmüş Almaniyada xalqını məğlubiyyət sindromundan
çıxarmağa çalışırdı. Azərbaycanda da Qarabağ məsələsinin milli yaddaşda
saxlanılması, cəmiyyətin ərazi bütövlüyü ideyası ətrafında birliyinin qorunması
və beynəlxalq platformalarda mövqeyinin müdafiəsi Birinci şəxsin uzunmüddətli
mübarizəsinin mühüm hissəsi idi.
Lakin
xalqımızın qazandığı tarixi Zəfərin ayrıca araşdırılmalı başqa bir siyasi
siması da var: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva.
Mehriban Əliyevanın siyasi fəaliyyəti müxtəlif dövrlərdə fərqli titul, vəzifə və missiyaları əhatə edib. Lakin protokol siyahısı siyasi portreti tam ifadə etmir, gerçək obrazı yaratmır.

Uzun
illər Birinci xanım institutunda, sonradan dövlətin ikinci şəxsi statusunda fəaliyyət
göstərən Mehriban Əliyeva Azərbaycanın Zəfərə gedən yolunda əvəzolunmaz siyasi
missiyanı daşıyırdı və tarixi Qələbədən sonra tükənməz enerjinin, ali məramın hədəfində
yeni zirvələrə çatmaq dayanır.
İyirmi
ildən artıq fəaliyyətin istiqamətləri və daşıdığı vəzifələr fərqlidir, lakin əsas
qayəsi dəyişməyib: güclü Azərbaycan quruculuğu, xalqla dövlət arasında etimadın
möhkəmlənməsi, milli mədəniyyətin və Qarabağ həqiqətlərinin dünyada müdafiəsi,
Prezident İlham Əliyevin dövlət kursunun sosial, humanitar, mədəni və
diplomatik sahələrdə tamamlanması. Xanım liderin siyasi tərcümeyi-halını bir
anlayışla ifadə etmək gərək olarsa, həmin söz Vətəndir.
Qadın
liderliyi: Şərqdən müasir dövlət siyasətinə
Qadının
siyasi liderliyi nə Qərbin ixtirası, nə də müasir dövrün kəşfidir. Siyasi tarix
qadının ailə daxilindəki müqəddəs vəzifələrinin onun dövlət həyatındakı fəal
iştirakını, yüksək status qazanmasını istisna etmədiyini dəfələrlə göstərib.
Uzaq
tarixə qayıtsaq, Kleopatranın siyasi fəaliyyətinin arxasında Roma gücü
qarşısında Misirin manevr imkanlarını qorumaq dayanırdı. Azərbaycan dövlətçilik
tarixində Sara Xatun Ağqoyunlu hökmdarı Uzun Həsənin ən mühüm diplomatik vasitəçilərindən
biri kimi xarici münasibətlərdə iştirak edirdi. Sara Xatun göstərirdi ki, Şərqin
patriarxal siyasi çərçivəsi daxilində də qadın üçün real diplomatik xidmət məkanı
yarana bilər.
Nizaminin
"İsgəndərnamə"sindəki Nüşabə isə tarixi şəxsiyyətdən daha çox
siyasi-mədəni arxetipdir. Düşmən qarşısında ağlını və dövlət ləyaqətini itirməyən
qadın hökmdar obrazının Azərbaycan ədəbi və ictimai fikrində əsrlərdir yaşayır.
Sara Xatun, Nüşabə, Xurşidbanu Natəvan kimi simalar hakimiyyətdə tutduqları
yerdən asılı olmayaraq, Azərbaycan cəmiyyətində qadının ictimai nüfuzuna dair
tarixi yaddaş formalaşdırıblar.
XX
əsrin və müasir dövrün qadın liderləri də müxtəlif siyasi nümunələr yaradıblar.
Qolda Meirin bioqrafiyasını İsrailin ağır müharibə illərindən, Marqaret
Tetçerin irsini Britaniya beynəlxalq rolunun güclənməsindən, iqtisadiyyatda struktur
dəyişikliklərindən və Folklend adaları uğrunda qətiyyətli qərarlarından ayırmaq
mümkün deyil.
Sun
Meylinin siyasi fəaliyyəti də oxşar milli çağırışlar qarşısında diqqətəlayiq
addımlardır. Çan Kayşinin həyat yoldaşı rəsmi statusundan daha geniş siyasi çəkiyə
malik idi. Müharibə aparan Çinin ABŞ-dakı ən güclü ictimai-diplomatik
simalarından birinə çevrilərək Amerika siyasi elitasında ölkəsi üçün dəstəyin səfərbər
olunmasına ciddi təsir göstərmişdi.
Mehriban
Əliyeva dünyada xanım liderlərin heç birinin təkrarı deyil. Onun siyasi yolu ərazi
itkisinə qarşı mübarizə, müharibənin ağır sosial nəticələri və Qələbəyə aparan
uzun hazırlıq illərinin içərisindən keçib. Qarabağ savaşı həm də məcburi köçkün
və qaçqın qadınların, şəhid həyat yoldaşlarının, anaların, bacıların və
qızların taleyini müəyyənləşdirib.
Heydər
Əliyev məktəbi – məsləkdaşlıqdan siyasi irsin qorunmasına doğru
Mükəmməl
təhsil kamillik məktəbinin yalnız bir hissəsidir. İnsan müşahidə etdiyi qərarlardan,
yaşadığı çətinliklərdən, ailəsində gördüyü davranış üsulundan və mənsub olduğu
intellektual mühitdən daha dərin siyasi düşüncə əldə edir.

Mehriban
Əliyevanın siyasi formalaşmasını 2004-cü ildə Heydər Əliyev Fondunun
yaradılmasından başlamaq düzgün olmazdı. Onun dövlətçilik təcrübəsinin kökləri
Azərbaycanın müstəqilliyinin ən ağır illəri və Heydər Əliyevin idarəetmə məktəbi
ilə birbaşa bağlıdır.
Mehriban
Əliyeva 1990-cı illərin dövlətçilik böhranını, hakimiyyət uğrunda silahlı
mübarizələri, milyona yaxın qaçqın və məcburi köçkünün ağır humanitar vəziyyətini
siyasi tarix kitablarından öyrənməyib. Xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıdan bir şəxsiyyətin ümummilli lider statusuna yüksəlişini, dövlətin
dağılmaq təhlükəsindən necə çıxarılmasını, böhran vəziyyətində qərarvermə tərzini,
daxili siyasi qarşıdurmaların idarə edilməsini, xarici siyasi manevrləri, atəşkəs
qərarını, neft strategiyasını və böyük dövlətlərin ziddiyyətli maraqları
arasında Azərbaycanın müstəqil kursunun qurulmasını yaxından müşahidə edib, bəzən
məsləhətçi, məsləkdaş və silahdaş olub.
Heydər
Əliyev məktəbinin, siyasətinin və idealının ən ağır, tamamlanmamış məsələsini
Qarabağ konfliktinin həlli təşkil edirdi. XIX əsrin əvvəllərindən Cənubi
Qafqazın siyasi xəritəsini dəyişdirən Kürəkçay anlaşması, ardınca Gülüstan və
Türkmənçay müqavilələri regionun tarixi coğrafiyasını yenidən cızdı, xalqımızın
taleyinə iki əsrdən artıq zərbə vurdu. XX əsrin sonlarında Qarabağın işğalı
itkilər silsiləsinin davamı və hələ tam formalaşmayan milli dövlətin qarşısında
dayanan ən ağır vəzifələrdən biri oldu. Ona görə də iki xalq arasında davam
edən çoxəsrlik münaqişə milli dövlət uğrunda mübarizənin, tam suverenliyin, məcburi
köçkün həyatının, milli yaddaşın, ordu quruculuğunun, beynəlxalq hüququn və gələcək
nəsillər qarşısında məsuliyyətin kəsişdiyi yoldur. Mehriban Əliyevanın fəaliyyətinin
əsas mahiyyətini və istiqamətlərini öyrəndiyi, uğurla keçdiyi siyasi irsin
davamı təşkil edir.
Birinci
xanım institutu: protokoldan siyasi missiyaya
İlham
Əliyevin 2003-cü ildə Prezident seçilməsi ilə Mehriban Əliyevanın ictimai fəaliyyətində
yeni mərhələ başlandı. Azərbaycanda Birinci xanım institutunun əvvəlki dövrlərdən
qalma oturuşmuş ənənəsi yox idi. SSRİ-nin ilk prezidentinin həyat yoldaşından fərqli
olaraq, o, təkəbbürlə deyil, həqiqi şəfqəti ilə cazibə qazandı və ictimai şüurda ədalətli, qətiyyətli, həm də
qəlbli bir qadının ideal, qüsursuz obrazı yarandı, hakimiyyət və sərt məmuriyyət sinfini köklü dəyişdirdi.
Sovet
siyasi sistemində dövlət rəhbərlərinin həyat yoldaşları adətən ictimai-siyasi fəaliyyətin
önündə görünmürdülər. Akademik Zərifə Əliyevanın nümunəsi isə başqa idi: o,
dövlət rəhbərinin həyat yoldaşından əvvəl mənsub olduğu nəslin tərcümeyi-halı, sadəliyi,
təvazökarlığı və yaratdığı elmi məktəblə nüfuz qazanmışdı.
Mehriban
Əliyeva Birinci xanım statusunu formal protokol tələbləri çərçivəsində saxlaya
bilərdi. Lakin keçdiyi siyasi məktəb və daxilində formalaşan millətə xidmət
idealı onun fəaliyyətinə başqa məzmun verdi. Hökumətlə xalq arasında körpü
olmaqla, o, “Hökmdar” əsərindəki ideoloji doqmaları və bəzən Şərqə xas
mövhumatı, dünyəvilikdən uzaq klerikal normaları, məscidin – kilsənin siyasətə
müdaxiləsini istisna etdi, insan simalı hakimiyyət obrazını gücləndirdi, siyasi
fəlsəfəsi ilə idarəetməyə sadəlik, əlçatanlıq və xeyirxahlıq gətirdi. Yüz minlərlə
vətəndaşın ona müraciəti bürokratik aparatdan yorulan adamların Prezidentdən
sonra ən çox üz tutduğu və ədalət tapdığı ünvan oldu. Xanım Əliyeva ənənə
və müasirlik arasında yaratdığı balansla, ona bənzəməyə çalışan milyonlarla
insanın rəğbətini hökumət və xalq arasında körpüyə çevirməklə özünə böyük mənəvi hakimiyyət qazandı.
Vatikan
kilsəsindən Qarabağ məscidlərinə: dini narrativdən mədəni etimada
Mehriban
Əliyevanın Vatikanla qurduğu uzunmüddətli əlaqələrin nəticəsi torpaqların
azadlığından sonra daha aydın görünməyə başladı. 2025-ci ildə o, Müqəddəs Pyotr
Bazilikasında aparılan bərpa işləri ilə tanış oldu, Apostol Kitabxanasını ziyarət
etdi.
İrəvan uzun illər Avropa ictimai və siyasi dairələrində özünü "xristian Ermənistan" narrativi üzərindən təqdim etməyə və münaqişəyə dini-etnik çalar verməyə çalışırdı. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinin qorunmasına töhfə verməsi isə şəbəkəli, qərəzli və mahiyyətcə işğalı qorumağa xidmət edən təbliğata əməli cavab idi. İsanın müqəddəs ayələrini dünyaya bir fərqli dinin daşıyıcısının çatdırması torpaq bütövlüyünün daha uzaqgörən humanitar mübarizə cəbhəsini təşkil edirdi.

Romadakı
katakombaların və dünyada ehtiram qazanmış xristian irs nümunələrinin bərpasının
siyasi nəticələrini 44 günlük müharibənin yekunu daha aydın göstərdi. Qarabağ
azad olunandan sonra illərlə yığılan mənəvi kapital, beynəlxalq tərəfdaşlar və
aparılan əməli təbliğat Qələbəmizin legitimliyinin qəbulunda müstəsna rol
oynadı. Ağdamın, Şuşanın, Zəngilanın və digər ərazilərin dağıdılmış məscidləri,
qəbiristanlıqları və tarixi abidələri dünyaya yayılanda Azərbaycan başqa dinlərin
irsinə münasibətini artıq əyani sübut etmişdi.
Papa
XIV Leo ilə görüş uzunmüddətli münasibətin yeni mərhələsi oldu. Roma
katakombaları ilə Qarabağın məscidləri arasında ayrılmaz ilahi əlaqə var:
tarixi irs dini mənsubiyyətindən asılı olmayaraq qorunmalıdır.
UNESCO:
beynəlxalq təşkilat daxilində Qarabağ mübarizəsi
Mehriban
Əliyevanın uzun illər UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti mədəni
diplomatiyanın daha mürəkkəb sahələrindən biri olub. UNESCO humanitar layihələrin
keçirildiyi platforma olmaqla yanaşı, mədəni irsin qorunmasına dair beynəlxalq
prinsiplərin formalaşdırıldığı əsas institutlardan biridir.
İşğal
altındakı torpaqlarda tarixi və dini abidələrin dağıdılması, onların mənsubiyyətinin
dəyişdirilməsi və mədəni yaddaşın silinməsi binası Parisdə qərarlaşan beynəlxalq
təşkilatla əməkdaşlığı Qarabağ məsələsinə bağlamağı tələb edirdi.
Lakin
işğaldan sonra daha bir beynəlxalq qurumun mahiyyəti qarşımızda açıldı. Əvvəlki
sədr İrina Bokova ilə yüksək münasibətlər quran ölkəmizin xoşməramlı səfiri
Yeliseyin yardımı ilə sədrliyə gələn Odri Azulayın üzərindən rəsmi Bakı əleyhinə
aparılan qərəzli kampaniyaya qarşı sərt və cəsarətli addımı ilə cavab verdi.
Mehriban Əliyevanın 2022-ci ilin noyabrında uzun illər daşıdığı xoşməramlı səfir
statusundan imtinası Fransa Senatının qəbul etdiyi 20 noyabr 2020-ci il tarixli
ikinci erməni dövləti qurmağa dair qətnamənin yaratdığı siyasi atmosfer də nəzərə
alınanda ən düzgün cavab reaksiyası sayıla bilər.
2017-ci
il: uzunmüddətli fəaliyyətin dövlət statusuna çevrilməsi
21
fevral 2017-ci ildə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin olunması uzun illər ərzində qazanılmış nüfuz və məsuliyyətin
ilk dəfə rəsmiləşməsi idi. Həm siyasi elita, həm də cəmiyyət tərəfindən ölkənin
faktiki "ikinci şəxsi" kimi qəbul edilən xanım lider mənəvi,
intellektual və əxlaqi uyğunluq baxımından tək namizəd idi. O, nə tarix, nə
də xarici rəqiblərlə vuruşurdu, əksinə yalnız bir amalla çalışır, millətinə
xidmətin yeni meyarlarını yaradırdı.
Prezident
özünün əlamətdar qərarını - Üçüncü Respublikanın tarixində Birinci
vitse-prezidentin təqdimatını Aprel müharibəsindən sonra Təhlükəsizlik
Şurasının keçirdiyi ikinci iclasında verirdi. Qərarın fövqəladiliyi səbəbsiz
deyildi.
Müharibə
təhlükəsinin aradan qalxmadığı, ölkənin mürəkkəb geosiyasi mühitdə yerləşdiyi
dövrdə dövlətin ikinci sütunu daxili və xarici risklərdən qorunmanın təminatçısı
kimi çıxış edirdi. İqtisadi, regional və müxtəlif qrup maraqları ətrafında
paralel təsir mərkəzlərinin yaradılması hakimiyyətin qərarvermə qabiliyyətini zəiflədən
hadisədir. Makiavelli hələ 15-ci əsrdə daxili qruplaşmaların geniş nümunələrini
göstərmişdi. Müasir Türkiyədə əvvəlcə Balyoz, daha sonra Ergenekon əməliyyatını
təşkil edib AKP-yə sadiq qüvvələri iqtidardan təmizləyəndən sonra 2016-cı ilin
iyul çevrilişinə əl atan qüvvələr sübut etdilər ki, güclənən bir dövləti ələ
keçirmək üçün hər zaman Feto layihəsinə bənzər ssenarilər həyata keçirilir.
Xüsusilə də, 2013-cü ilin Milyarderlər İttifaqı adı altında Rusiyada müəyyən
dairələrin Azərbaycan əleyhinə qurduğu siyasi işğal planı bütün layihələri zərərsizləşdirən
qərarları tələb edirdi. Mehriban Əliyevanın ikinci şəxs statusu Prezidentin
kursuna alternativ mərkəz yaratmaq planlarını iflasa uğratdı, siyasi
komandanın vahid kurs və amallar ətrafında monolitliyinə, strateji məqsədlər
naminə çalışmasına töhfə verdi. 1990-cı ilin acı təcrübəsi göstərirdi ki,
xarici düşmənlə savaşdan öncə hakimiyyət komandasının birliyi bir nömrəli vəzifədir.
Yeni
Hakimiyyət quruculuğunun anonsuna çevrilən təyinat kadr, struktur və
institusional dəyişikliklərin leytmotivi oldu. Ölkə iki əsrlik savaşa
hazırlığın son mərhələsindəydi. Vətən müharibəsi İlham Əliyevin uzaqgörən qərarının
doğruluğunu sübut etdi. Yalnız ailə bağları amilinə istinad edib beynəlxalq
kampaniya təşkil edən Nyu York Tayms və eyni səngərdə əleyhimizə vuruşanlar
düşmənlə birgə məğlub oldular.
O,
sübut etdi ki, hakimiyyəti və siyasi nüfuzu prezident ailəsindəki imtiyazına
görə qazanmayıb, əksinə şəxsi keyfiyyətləri və mübarizəsi ilə haqq etdiyi yüksək
mövqeyi ilə idarəetməyə mərhəmət gətirib. Xalqın ona sevgisinin əsasında məhz ədalətli
olması dayanır. Respublikanın coğrafi, etnik və milli camiası üçün də,
regionçuluq ittihamı ilə hakimiyyətə müxalif olanlar da onun obrazı ətrafında
birləşə bilirdilər.
Prezidentin
yanında tam etibar etdiyi ikinci siyasi şəxsin olması qərarların
koordinasiyasını və hakimiyyətin vahidliyini gücləndirdi. İki xarizmatik
lider üzərində dövlət qurulurdu. İlham Əliyev hakimiyyətin onurğa sütunu və
beynəlxalq zəmanətli imzası idisə, Mehriban Əliyeva həm daxildə, həm də xaricdə
heyran edilən parlaq siması idi.
Aprel
2016: siyasi rəhbərlik cəbhə xəttində
2016-cı
ilin Aprel döyüşləri Vətən müharibəsinə aparan yolda ayrıca mərhələdir. Azərbaycan
cəmiyyəti 1994-cü ildən sonra ilk dəfə ordunun işğal edilmiş mövqelərin bir
hissəsini geri ala bildiyini gördü. Döyüşlər əvvəlki status-kvonun toxunulmaz
olmadığına dair ilk ciddi hərbi sübut idi.
Lələtəpə
strateji yüksəklik olmaqla yanaşı, cəmiyyətdə məğlubiyyət kompleksinin,
qorxunun və daimi itkilər silsiləsinin sındırıldığı simvollardan birinə
çevrildi.
Döyüşlərdən
dərhal sonra Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Tərtər-Xocavənd
zonasına getməsi xüsusi məna daşıyırdı. Müasir müşahidə vasitələri və uzaqvuran
silahlar təmas xəttinə yaxın ərazidə dövlət rəhbərliyinin fiziki iştirakına təhlükəsizlik
riskləri yaradırdı. Lakin əyani görüşün cəmiyyətə verdiyi mesaj istənilən bəyanatlardan
daha güclü oldu: Ali Baş Komandan savaş coğrafiyasında əsgərinin, Birinci xanım
isə vətəndaşının yanındadır, vahid səngəri və taleyi bölüşürlər. Üstündən illər
keçəcək, eyni səhnələr daha böyük miqyasda dəfələrlə təkrarlanacaq. “Mən sizin
kimi qardaşlarımla fəxr edirəm” nidası ilə qazilərə müraciət edən Mehriban
Əliyevanın dövlətə səngər yoldaşı və döyüşçü kimi baxan gələcək orduya ən güclü
təsir vasitəsi sayıla bilər. Hökumət şəhid ailəsinin və yaralı hərbçinin sosial
təminatını həll edə bilər, lakin övladını itirmiş ananın ağrısını və ya torpağı
azad etmək duyğusunu inzibati mexanizmlə verə bilməz. Dörd ildən sonra Vətən
müharibəsi insani münasibəti bütün ölkə miqyasında sınağa çəkdi.
Vətən
müharibəsi: dövlətin bütün imkanlarının sınağı
27
sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin əvvəlki
onilliklər ərzində topladığı bütün imkanları nümayiş etdirdi. Ordu döyüşürdü.
Prezident
İlham Əliyev Ali Baş Komandan kimi hərbi əməliyyatların strateji rəhbərliyini həyata
keçirir, paralel olaraq beynəlxalq televiziya kanallarına verdiyi müsahibələrlə
dövlətin hüquqi və siyasi mövqeyini
müdafiə edirdi. Mehriban Əliyeva isə müharibənin insan talelərinə düşən
yükünü bölüşür, yaralı əsgərin, şəhid ailəsinin və arxa cəbhənin rəhbərliyində
dayanırdı.
Qələbənin
qadın siması
Svetlana
Alekseyeviç məşhur əsərinə "Müharibənin qadın üzü yoxdur" adını
vermişdi. Azərbaycanın Vətən müharibəsi isə başqa bir həqiqəti göstərdi: Qələbənin
xanım siması var.
Zəfəri
Silahlı Qüvvələrimiz döyüş meydanında qazandı, onun strateji rəhbəri Ali Baş
Komandan İlham Əliyevdir. Lakin müharibə aparan millət yalnız səngərdəki əsgərlərdən
ibarət deyil. Azərbaycan qadını müqəddəs 44 gündə ana, həkim, müəllim,
jurnalist, könüllü, dövlət qulluqçusu, şəhidin həyat yoldaşı, qazinin anası və
bacısı kimi müharibənin bütün sosial qatlarında iştirak edirdi.
Savaş
günlərində Azərbaycan qadınının daşıdığı mənəvi yükün dövlətin zirvəsində görünən
siması Mehriban Əliyeva idi.
Xanım
liderin hərbi forma geyinməsi də milli ruhda ən güclü təsir yaradan hadisələrdən
biri oldu. Dövlətin ikinci şəxsi siyasi titullarını arxa plana keçirərək özünü
döyüşən ordunun mənəvi sırasında görürdü, səngərdə əsgərlə, təqaüdünü Orduya
verən nənə ilə, həyat yoldaşının cisminə çiyin verən qadınla eyni insani
ağrının və iradənin içində olduğunu nümayiş etdirirdi.
Mehriban
Əliyevanın müharibə günlərində əsgər və zabitlərin həyatı üçün dua etməsi, hər
kəsi Böyük Qələbəni yaxınlaşdırmaq üçün öz sahəsində “əsgər” olmağa çağırması əsl
dövlət adamı və vətəndaş mövqeyi idi. Hakimiyyət
zirvəsində dayanan azərbaycanlı qadın özünü mənən Ordudan ayırmır, itkilərin
yükünü və insan ağrısını xalqla birlikdə daşıyırdı.
Şuşa
Zəfəri – Qələbənin qadın obrazının kulminasiyası
Şuşanın
azad olunması xəbərinin xalqa çatdırıldığı 8 noyabr 2020-ci il uzun siyasi və mənəvi
yolun kulminasiyası oldu. Prezident İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə əvvəlcə
Fəxri xiyabanda Ulu öndərin qarşısında qürurla hesabat verdilər, daha sonra Şəhidlər
xiyabanına gəldilər və Şuşanın azad edilməsi xəbərini Prezident Sarayından, adətən
əmrlərini və döyüş tapşırıqlarını verdiyi Baş Qərargah binasından deyil, məhz müqəddəs
məkandan xalqına açıqladı. Dövlətçilik irsi, şəhidlərin qanı və Şuşa Zəfəri həmin
gün eyni tarixi mənzərədə birləşirdi. Mehriban Əliyevanın Qələbənin elan
olunduğu anda Prezidentin yanında olması isə Azərbaycanın torpaq bütövlüyü
uğrunda kişilərlə çiyin-çiyinə mübarizə aparmış qadınlarının dövlətin zirvəsindəki
ən parlaq obrazlarından birini göstərirdi. Şuşanın azadlığı müharibənin yükünü
Həmçinin oxuyun
Şəhid
portreti və dövlətin mənəvi borcu
Şəhidlərin
xatirəsinə həsr olunmuş ümumxalq yürüşündə Prezident İlham Əliyevin və Mehriban
Əliyevanın hər birinin ayrı şəhid portreti ilə xalqın içərisində addımlaması
millətimizin siyasi yaddaşının ən güclü görüntülərindən biridir. Mərasimə
ruhların qalibiyyət paradı adını verənlər yanılmırdılar. Dünya tarixində belə səhnələr
nadir hallarda baş verir. Zəfər xiyabanlarının ətrafında qurulan izdiham Qələbədən
sonra paytaxtın baş meydanında qalib ordunun nizami keçidini xatırladırdı.
Dövlətin
birinci və ikinci şəxsi vətəndaş kimi şəhidin şəklini, ruhunu, gerçəyə çevrilən
arzularını daşıyırdı. Hər portretin arxasında ayrıca insan, fərqli ailə,
lakin eyni tale dayanırdı. Şəhidlərin canlı yürüşünün mənası daha böyük idi:
torpaq uğrunda canını qurban verən hər bir azərbaycanlı övladının arxasında ailəsi
ilə yanaşı, dövləti dayanır.
Şuşadan
Xankəndiyə: Qələbənin dövlət quruculuğuna çevrilməsi
8
noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Qarabağ müharibəsinin zirvəsi oldu. Yeni
əsrin texnoloji savaşı əcdadların arzuladığı döyüşləri aparmağa imkan verdi.
Birinci cəbhədə ordu, onunla birlikdə Ali Komandan informasiya, diplomatiya və
bütün meydanlarda birbaşa döyüşürdü. İki gün sonra milyonlarla insanın küçə və
meydanlarda sevinc törəni bir neçə formasiyalıq məğlubiyyətə son qoyulmasının təntənəsiydi.
Artıq Qarabağın mədəni paytaxtı, Natəvanın şəhəri, Azərbaycan muğamının əsas mərkəzlərindən
biri yenidən ölkənin real siyasi və mədəni coğrafiyasına qayıdırdı.
Zəfərdən
sonra Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərləri
başladı. Mehriban Əliyevanın ziyarətlərin əksəriyyətində Prezidentlə
çiyin-çiyinə addımlayaraq, savaşı qalibiyyətə gətirən əsgərlə eyni yolu keçdilər, döyüş əmrlərinin nəticələrini
yerində yoxladılar və müharibənin sənədli salnaməsini yaratdılar.
Azad
torpaqların vizual arxivi
Şərq
cəmiyyətləri tarix boyu böyük hadisələr yaşayıb, yaradıb, lakin savaşın, itkinin,
Qələbənin, quruculuğun və qayıdışın ardıcıl vizual sənədləşdirilməsi həmişə
mümkün olmayıb.
Mehriban
Əliyevanın çəkdiyi Xudafərin, Həkəri, Şuşaya aparan yollar, dağıdılmış
yaşayış məntəqələri, avtomobildə Prezidentin söylədiyi səmimi nitqlər və azad vətəndə
qurulan yeni həyat bir neçə ilin içində işğaldan quruculuğa keçidin ardıcıl
vizual tarixidir, Prezidentin Qələbə salnaməsinin canlı arxividir. Əvəzsiz
kadrlar bir anın əfsanələşəcək görüntülərdir, zaman keçdikcə sosial şəbəkə
paylaşımı statusundan çıxaraq xilas edilmiş yurdların ilkin pasportuna çevrilir,
Prezidentin birinci səfərlərini, uzun ayrılıqdan sonra ziyarətlərdə yaşanan insani
həyəcan və sevinci, dağıntıdan quruculuğa keçidi göstərən tarixi mənbələrə
dönür, hard diskləşir. Yaddaşdan kənara insan və millət yoxdur.
Azərbaycan
qadınının keçdiyi yol
Birinci
Qarabağ müharibəsinin qadın obrazı böyük ölçüdə itki ilə bağlıdır: şəhid anası,
qaçqın qadın, məcburi köçkün ana, ağır sosial şəraitdə ailəsini qorumağa
çalışan insan. 2020-ci ildə davamlı ağrı yeni obrazla əvəzləndi - qalib əsgər
yetişdirən Azərbaycan qadını!
İndi
dövlət protokolunun, ictimai həyatın və yaradıcı dünyamızın əsas surəti odur. Qalib
ordu yetişdirən qadının güclü siması dövlətin ən yüksək pilləsində Mehriban
Əliyevanın millət sevdasında, döyüşlərin dördüncü günü yaralı əsgərləri ziyarətində
gizlətdiyi qəlbən ağrısında, şəhid yadigarlarına əzizləri kimi bağrına
basmasında və nəhayət, mənsub olduğu xalqın qalibiyyətinə sonsuz inamında təzahür
edir.
Yekun:
Qələbənin xanım siması
Keçmiş
məcburi köçkünlər öz torpaqlarına qayıdırlar.
Azərbaycanın
işğaldan Qələbəyə, Zəfərdən Böyük Qayıdışa keçdiyi tarixi dövrdə Mehriban
Əliyevanın yeri də millətimizin taleyi ilə müəyyənləşir. Ailəyə sədaqət və mənəvi
dayaq onun siyasi fəaliyyətində də həmişə öndə olub.
Prezident
İlham Əliyevlə çiyin-çiyinə keçilən şanlı bir yolun əvvəlində işğal altında torpaq,
ən ağır nöqtəsində müharibə, zirvəsində Qələbə, sabah isə qurulan Qarabağ və
inşa olunan Yeni Vətən dayanır!
Avqust
Mehriban Əliyevanın təvəllüdü ilə İlham Əliyev hakimiyyətinin başlandığı tarixi
aydır!
Qələbəyə
gələn yolun xanım siması indi Azərbaycanın başladığı Qalib Yüz İlin də siyasi
müəlliflərindən biridir!
Zahid
Oruc, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55