Bizə yazın

Baku

-°C

USD

-

Məmməd İsmayıl şəxsiyyəti, yardıcılığı Azərbaycanın ədəbi mühitində bir hadisədir

Cəmiyyət 19 Avqust 2026, 13:23

3973

Hər bir insanın dünyaya gəlişində bir missiya var. Lakin bəzi insanlar da var ki, onlar bu dünyaya sadəcə yaşamaq üçün gəlmir; onlar bir torpağın səsini, bir millətin ağrısını və sevgisini çiyinlərində daşımaq, misralara köçürmək üçün doğulurlar. Azərbaycan poeziyasının fədakarı, sözün bütövlüyünü canında yaşadan Məmməd İsmayıl məhz belə sənətkarlardan idi.

"Hərdən üz çevirib taleyə, baxta,

Çıxdığı səfərdən qorxub qaçan var.

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var." 

Ədəbiyyatımızda, poeziyamızda cığır açan kişilərdən biri də 

Tovuzda doğulmuş Azərbaycan şairi, 1989–1993-cü illərdə Xalq hərəkatının fəal iştirakçısı, 1992–1993-cü illərdə  isə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsini tutmuş Məmməd İsmayıl idi. Sabah onun vəfatından düz bir il ötür. O, 19 avqust 2025-ci ildə ağciyər xərçəngindən vəfat etmişdi.

Məmməd İsmayıl şəxsiyyəti, yardıcılığı Azərbaycanın ədəbi mühitində bir hadisədir. 14 yaşından başlanan yaradıcılığı ömrünün sonuna qədər davam etdi:. oxucusunu həmişə öz cazibəsində saxlaya bildi. Türkiyəyə köçdü və orada da yazdı yaratdı. Xalq şairi olmasa da xalqın şairi oldu. Xalqını sevdi, xalqın sevgisini qazandı. Əslində bu sevgi xalqın onun vicdanına verilən qiyməti idi, şair və fikir adamına verilən dəyər idi.

Nə idi onu fərqləndirən xüsusiyyət? Heç nə...Səmimiyyət, sevgi, cəsarət, düzlük-doğruçuluq, bir də bütün tərəfləri ilə vətənə olan məhəbbət... 

Mən onun əldən ələ gəzən ziyalı iyi duyulan "Gənclik" jurnalını yaxşı xatırlayıram. Bu jurnal üçün növbələr də gözümün önündədir. Hər dəfə Məmməd İsmayılın yeni çıxan kitabları, müsahibələri Azərbaycan ədəbi mühitində ədəbi hadisəyə çevrilərək sevilər, ümumi müzakirə mövzusuna çevrilərdi. 

Təsadüfü deyil ki, 2018-ci ildə Rumıniyanın “Mihail Eminescu Akademiyası” tərəfindən M.İsmayılın əsərləri Nobel mükafatına da təqdim olunmuşdu.

Deyilənə görə o, bütün telefon zənglərinə dərhal cavab verərdi. Lakin 19 avqust 2025-ci ildə o, ölüm zənginə cavab verməli oldu...

Aça bilmәyirik nә sırsәn belә

Fәhlәsәn, kәndlisәn, nazirsәn belә.

Kimin çörәyini kәsirsәn belә,

Kimi aldadırsan, ay zalım oğlu?

Bu qulaq nә qәdәr yalan yiyәcәk?

Verәn aldanacak, alan yiyәcәk.

Nә töksәn, onsuz da balan yiyәcәk,

Kimi aldadırsan, ay zalım oğlu?

Şirnikib nәfsini qәsdә çevirmә,

Torpağın altını üstә çevirmә.

Ölәndә üzünә üz dә çevirmәz,

Kimi aldadırsan, ay zalım oğlu?

Әllәri cibindә boş gәzәn oğlan,

Bir sәpib, yerindә beş gәzәn oğlan.

Dayan, ay pamıqla baş kәsәn oğlan,-

Kimi aldadırsan, ay zalım oğlu?

Bu haray mescidin, kilisәnin deyil.

Bu el dә bizimdir kimsәnin deyil.

Bu yalan danışan dil sәnin deyil,-

Kimi aldadırsan, ay zalım oğlu?

O satan kim oldu, bu satılan kim?

Daş atan, dalınca daş atılan kim?

Yaşatan bәllidir, yaşadılan kim,-

Kimi aldadırsan, ay zalim oğlu?

Ay “üç”ün yerinә “beş” yazan kişi,

Boğazı ucundan baş yozan kişi,

Kimin әllәrindә әşyasan, kişi,

Kimi aldadırsan, ay zalım oğlu?

Elә çiçәk çiçәk, gül gülük deyir,

Görünür, hәr yetәn ülgülük deyil.

Bu dünya dediyin tülkülük deyil,-

Kimi aldadırsan, ay zalım oğlu?

Açdınmı açılmaz sirri sәn özün.

Bir bilәk ölüsәn, dirisәn özün.

Yaxanı yan çәkmә biri sәn özün,-

Kimi aldadırsan, ay zalım oğlu?

Nә dil anlıyırsan, nә haqq bilirsәn

Yaxın mәnzilini uzaq bilirsәn.

Әgәr iç üzünü bu xalq bilirsә,-

Kimi aldadırsan, ay zalım oğlu?

Sözardı1.. Məmməd İsmayıl həmçinin Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərmiş, 2015-ci ildə isə partiyadan istefa vermişdir.

Sözardı2. Məmməd İsmayıl 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə isə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat kursunu başa vurub. 1975–1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1988–1992-ci illərdə isə “Gənclik-Molodost” jurnallarının baş redaktoru vəzifəsində çalışıb..1980–1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə isə “İşıq” nəşriyyatının direktoru, 1995–1996-cı illərdə isə “TİKA” və “Türk Dil Qurumu”nun birgə lüğət layihəsində ekspert olub. 

1996-cı ildən isə Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi çalışan Məmməd İsmayıl Avrasiya Yazarlar Birliyi”nin qurucu üzvü, Bogdani Beynəlxalq Yazarlar Birliyinin vitse-prezidenti, “Uluslararası Sanatçılar ve Gazeteciler” birliyinin Türkiyə təmsilçisi olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55