Balzakın anım gününə...
Cəmiyyət 19 Avqust 2026, 15:45
3570
...Balzak insan sərrafıdır, nəfsin anatomiyasını, canı yandırıb külə döndərən ehtirasların tərkibini onun qədər dəqiq bilən bir sənətkar tapılmaz. Buna əmin olmaq üçün təkcə elə “Şaqren dərisi” fəlsəfi romanını oxumaq yetər. Vur-tut otuz iki yaşında yazdığı bu əsərdə qədim əşyalar satan 125 yaşlı müdrik qocanın diliylə müəllif belə deyir: “İndi mən sizə bir neçə kəlməylə həyatın ən böyük sirrini açmaq istəyirəm. İnsan saya-hesaba gəlməyən ağılsız hərəkətlərlə özünü üzür, məhz elə bu səbəbdən onun həyat mənbələri tükənir. Ölümün bu iki səbəbinin bütün formaları bu bir cüt sözə calanır – istəmək, bir də almaq. İnsan əməllərinin bu iki qütbü arasında müdriklərin tutduğu başqa bir məqam da var, mənim bunca məsud, uzun ömür sürməyim o məqamın hikmətindəndir. “İstəmək” bizi körükləyir, “almaq” isə yandırıb külə döndərir; fəqət “bilmək” bizim zəif vücudumuza daim öz dincliyini qorumaq imkanı verir. Arzumu, istəyimi mən fikrimlə öldürmüşəm… ömrümün paytaxtını parçalana biləsi qəlbimə, korşalası duyğularıma yox, daim təzə-tər qalan, heç vaxt nimdaşlaşmayan beynimə, şüuruma köçürmüşəm… Ağrı, dəlilik, əzab nədir – ifrata varmış ehtiraslar, sərhədsiz arzular, hüdudsuz həzz almaq istəyi…”
Elə biləsən buddist rahib danışır...
...Fransua Moriakın Marsel Prust haqqında dediyi sözləri Balzaka da aid eləmək olar: onun yaradıcılığında Allah yoxdur. Əvəzində insanları nəhəng çarxıyla əzib keçən, kainata qaranlıq pərdə tutan, dünyanı soyuq məzara çevirən ucsuz-bucaqsız, amansız, imansız fələk var. Ondan yaxa qurtarmağın tək yolu bəşər övladının canına müsəllət elədiyi nəfsi onun özünə qaytarıb boyunduruqdan azad olmaqdır. Hüqodan, Dikkensdən, Dostoyevskidən, Tolstoydan fərqli olaraq Balzak fələkdən Allaha sığınmaq, Tanrıya güvənmək, başqa sözlə, peyğəmbərlik yolu seçmir. Onun təfəkkürü mistik yox, poetik təfəkkürdür, düşüncəsi optimist yox, pessimist düşüncədir. Balzak peyğəmbər deyil, şairdir, onun metodu missionerlik yox, zahidlikdir. Katolik kilsəsinə etiqad bəslədiyini desə də, Balzakın həyata baxışı, dünyagörüşü buddistlərin, stoiklərin idealına yaxındır – ehtiraslara könül verməyən sakit, dinc fərdi yaşayış, təmiz vicdan, saf düşüncə, ruhi müvazinət. Əlli bir illik ömrünün son iyirmi ilini o məhz belə yaşamışdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19