"Sirlər gözdən uzaqda yox, aşkarda gizlədilir..." – Həmid Herisçidən sirli Xəzər təhlili
Cəmiyyət 20 Avqust 2026, 22:00
3882
Sirlər, sehirlər, məxfi mövzular, şifrələr-şriftlər adətən gözdən uzaqda yox...aşkarda gizlədilir.
Yəni, göz önündə.
Sirləri, məxfi mövzuları, gizli elmi təcrübələri adətən kinofilmlərdə, kitablarda gizləyərlər. Elə bircə “kitab, kitab içində, film, film içində” duası bildinmi, bəsindi. Bütün sirləri adi filmlərin, kitabların içindən üzə çıxarmağı bacaracaqsan.
Mücərrəd danışmıram. Nağdı götürürəm bakılı, rusdilli sovet yazarı Aleksandr Nasibovun “Divanələr” romanını ( 1968-ci ildə bu romanın süjetiylə “Doktor Abstın təcrübəsi” filmi çəkilib).
1939-89-cu illərdə Xəzər adalarında keçirilən məxfi torpedo silahları istehsalı, sınaqları ( bax: https://m.youtube.com/watch?v=TK31zIF5hVY...) bu romanda fərqli coğrafiyaya-faşist Almaniyası ərazisinə, Baltik dənizindəki adalara köçürülüb. Yəni, zaman-məkan anlayışları dəyişsə də, şükür, mövzu, gizli silah təcrübələri əsərdə, filmdə tam əks olunub.
1939-89- cu illərdə, Xəzərdə, Bakı sahillərində torpedo silahlarının təcrübəsi, istehsalı projesi çox şahəliydi. Aleksandr Nasibovun romanına inansaq, təcrübələr, təkcə odlu silah növləriylə məhdudlaşmırdı. Psixoloji zombiləşdirmə epizodunu da əhatələyirdi. Romanda “Transorbital lobotomiya” adlanan bu tibbi təcrübələr yaddaşı sıfırlayır, qurbanlarında dərin amneziya yaradırdı.
Tibbi, hərbi təcrübələr, qanundu, bir yox, adətən iki ünvanda realaşdırılır deyə, Xəzərdəki bu torpedo bazalarının oxşarını axtarmağa girişdim.
Tezliklə ikinci tam oxşar, dublikat ünvanı Almaniyada, Baltik sahillərindəki nasistlərdənqalma “Hexengrund” dəniz bazasında aşkarladım ( bax: https://m.youtube.com/watch?v=h_20sBWXwRY ). Xəzərdəki, Baltikadakı hər iki müəssisə eyni memarlığı, tikinti planını bölüşür. Görünür burdakı psixoloji təcrübələr də eyni “transorbital lobotomiya” mövzusunda keçirilib. Torpedo silahlarını, zombi-sürücülər idarə edib. Belə kamikadze-sürücülərə "kaytens" də deyirdilər.
Bu tibbi, hərbi təcrübələr o vaxtlar, 40-89-cu illərdə SSRİ-də, Almaniyada sinxron keçirilib. Nəticələr, sənədləşdirilib, kinolentlərə köçürülərək arxivlərə göndərilib.. Məncə, 1949-cu ildə məşhur kinosəlnaməçisi Roman Karmenin Xəzr səfəri də, bu mövzu ilə bağlıydı. Çəkdiyi “İnsan məskən salır” qısametrajlı filmi, iki nüsxəli, iki hissəliydi. Birinci-neftçıxarmaya həsr edilmiş hissə, kinoekranlarına, geniş tamaşaçı kütləsinin müzakirəsinə çıxarılıb.
İkinci-torpedo silahlarını, tibbi təcrübələri əhatələyən kinosəhnələr isə arxivlərdə gizlədilib.
İndi, Xəzərdə hərbi qarşıdurmaların miqyası böyüdükcə, bu bazaların mirası, tarixi, təcrübələri mənim diqqətimi cəlb etdi.
ƏLAVƏ QEYD: Oxşar psixoloji təcrübələr həmin 40-50-ci illərdə ABŞ-da,Okean adalarının birində də keçirilib. Orda da “transorbital lobotomiya” əsasında zombiləşdirmə təcrübələri tirajlanıb. Mövzuya sonradan rejissor Martin Skorseze özünün “Shutter Island” –“Lənətləndirilmişlər adası” müraciət edib. Filmin ssenarisi ABŞ yazarı Dennis Liheylin eyniadlı romanı əsasında qələmə alınıb.
Gördüyünüz kimi, Xəzərdəki elmi-hərbi təcrübələrin miqyası, əhatəsi çox genişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...
26 Oktyabr 2026, 17:55