Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım...

Cəmiyyət 20 Avqust 2026, 23:39

4756

Heç şübhəsiz, Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım.

Çingiz İldırım elə bir insan idi ki, xainlikdə Ayna Sultanovagildən, Əliheydər Qarayevlərdən, Bünyadzadədən heç də geri qalmırdı. 

Hətta bir çox məsələlərdə onlar Çingiz İldırımın əlinə su da tökə bilməzdilər. 

Bəs necə başlamışdı bu xainliklər?

Çingiz İldırım bəy nəslindən idi, ancaq ömür uzunu bolşevik köləsi oldu. 

Hələ 1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğuna gəldiyi ilk günlərdən elə general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi. 

Bəy nəslindən olduğu və həm də təhsilli obrazına görə, əvvəllər bu qəfil yüksəliş heç kimin diqqətini çəkməmişdi. Ancaq sonradan bunların xainlik üçün bir pillə olduğu aydın oldu. 

Və beləliklə, Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu. 

O, hətta imkan düşdükcə bolşevikləri silahla təmin edir, polisin əlinə keçən bolşevikləri isə azad etdirirdi.

Ancaq çox keçmir ki, Çingiz İldırım daha böyük çirkin əməllərə imza atmaq üçün, ayaq yeri qoyduğu xain xidmətlərinin qiymətləndirilməsi niyyətinə Bakıya çağırılır. 

Əlbəttə, ona bundan sonra daha yüksək vəzifələr də vəd edilir.  

Plana görə, həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğu üçün, Bakı və Sovet Rusiyası arasındakı yollar bağlı idi. 

Ona görə də, Bakıda gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı-Həştərxan dəniz yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə yaratmağı qarşılarına məqsəd qoymuşdular. 

Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi.

Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi. 

Bu cür bir məsul xainlik əsl onun əyninə biçilmişdi. 

Beləliklə, ona eyni zamanda iki vəzifə verildi: 

- Bakı limanı rəisinin baş köməkçisi və Hərbi donanmanın rəis müavini. 

Bir neçə aydan sonra isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi də ona tapşırıldı.

Başqa sözlə, Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz İldırımın səlahiyyətində idi.

Deyərdim, Çingiz İldırımın bolveşiklərin, Kirovun göstərişləri etdiyi iyrənc əməllərin heç bir izahı yoxdur. 

Məsələn, o, Mikoyan və Frunzenin vasitəsiylə Orta Asiyadan və Həştərxandan Bakıya silah gəlirdi. Çingiz İldırım da onları gizlədirdi. O silahlar məhz Azərbaycana, azərbaycanlılara doğrulduralacaqdı və elə doğruldu da. 

Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan Azərbaycan ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim etmişdi Çingiz İldırım. 

Bəli, o, 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -"2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!" adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoyulmasına yardım etmişdir.

Məhz Çingiz İldırımın göstərişi ilə o zaman orduda və əsas donanmada gizli bolşekiv şəbəkələri yaradılmışdı. 

Nəhayət, bolşeviklər Azərbaycanı ələ keçirməyə hazırlaşanda, bu vaxt məhz Çingiz İldırım donanma üzvlərinə silah paylayırdı. 

O, eyni zamanda, Bayılda yerləşən uzaqvuran güclü sahil artilleriyası və ağır səhra topunu sıradan çıxarırdı, ADR-in Nargin adasında yerləşmiş qoşun hissəsinin və artilleriyasının Bakı ilə əlaqə saxladığı telefon xəttini kəsirdi.

Bununla bitirdimi? Bitmirdi!

Çingiz İldırımın komandanlığı altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də döyüşə tam hazır vəziyyətdə idi. 

Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarılırdı və əvəzinə Qırmızı bayraqlar asıldı. 

Konkret olaraq Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir, silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah anbarlarında yerləşdirirdi. 

Bakıya hücum zamanı isə Çingiz İldırım çirkin əməllərini ən yüksək səviyyəyə qaldırmışdı. 

Belə ki, hücumdan əvvəl Çingiz İldırım Bakı yunkerlər məktəbinə daxil olub onları tərksilah elədi.

Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər. 

Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün siyasi məhbusları azad elədilər.

Bəli, bu idi Çingiz İldırım. 

Ancaq bütün bunlara baxmayaraq, iyrənc xidmətlərinin sonunda o da öz layiqli qiymətini aldı. 

Belə ki, 1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı Çingiz İldırımı həbs elədi. 

Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər. 

Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən istintaq və dindirmələrdən sonra, Çingiz İldırım ölüm cəzasına məhkum edildi. 

Ancaq ölüm hökmü dərhal icra olunmadı. 

O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində - Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi. 

Onu 1941-ci il aprel ayının 27-də güllələdilər. 

Aprel ayının 27-də güllənməyi də, yəqin ki, taleyin əsl ironiyası idi.

Orxan Saffari

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19