“Çoban məsuliyyəti” - düşünməyə çağıran kitab
Cəmiyyət 21 Avqust 2026, 10:28
3856
Fazil Mustafanın “Çoban məsuliyyəti” kitabı dərc olunacaq.
Bu barədə o, özü məlumat verib.
Bildirilir ki, bu kitab yalnız son dövrlərdə baş verən ictimai-siyasi müzakirələrin yazılı yekunu deyil.
Bu kitab həm də Azərbaycan cəmiyyətinin tarixə, Cümhuriyyət ideyasına, milli dövlətçilik düşüncəsinə və xüsusilə “var” ilə “yox” arasında qurduğu münasibətə bir baxış cəhdidir.
Kitabda müəllif son zamanlar apardığı müzakirələrdən, yazdığı məqalə və esselərdən çıxış edərək bir sıra mühüm suallar qoyur:
Biz tariximizi nə qədər doğru anlayırıq? Cümhuriyyət dəyərlərindən danışarkən nə qədər səmimiyik?
Milli ideyaları elmi və praqmatik əsaslarla müdafiə edə bilirikmi?
Güney Azərbaycan məsələsinə emosional şüarlarla, yoxsa real sosial-siyasi prosesləri nəzərə alan düşüncə ilə yanaşmalıyıq?
“Çoban məsuliyyəti”nin əsas çağırışlarından biri də budur ki, millətin taleyi haqqında danışmaq kifayət deyil, bu barədə düşünmək, araşdırmaq və məsuliyyət daşımaq lazımdır.
Müəllifin Məhəmməd Əmin Rəsulzadədən seçdiyi epiqraf da kitabın ruhunu ifadə edir:
“Tarix heç kimi məsuliyyətsiz buraxmır”.
Həmçinin oxuyun
Bu baxımdan, kitab bir polemikanın davamı olmaqdan daha çox, polemikadan düşüncəyə keçid cəhdidir.
Müəllif oxucunu onunla razılaşmağa deyil, düşünməyə dəvət edir.
Hətta sonda çağırışını daha da genişləndirərək deyir ki, kəs öz kitabını yazsın, öz nəzəri mülahizələrini ortaya qoysun və millətin gələcəyi haqqında fərqli baxışların toqquşmasından yeni düşüncə imkanları yaransın.
Gununsesi.info bu barədə müəllifin yazısını təqdim edir:
“Jurlalistlə tez-tez sual göndərirlər: “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq istirahətiniz necə keçir?” Adətən yola vermək üçün cavablar verirəm. Ancaq indi rahat söyləyə bilərəm. Sin iki ayın gərgin müzakirə-mübahisələrinin istirahət adına yekunu yeni kitab oldu. Şükür ki, tamamlaya bildim. “Çoban məsuliyyəti” adlanan bu kitab son vaxtlar yazılmış, yayınlanmış, yayınlanmamış məqalələr və esseler toplusudur. Epiqraf olaraq Məhəmməd Əmin Rəsulzadənin:
“Tarix, əlbəttə hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.” bu möhtəşəm fikrini seçdim. Yəqin ki, yaxın vaxtlarda redaktə olunandan sonra çapa verəcəyəm. Adətən əksər publisistik üslubda yazılan kitabların təyinatında “geniş öxucu kütləsi üçün nəzərdə tutulur” ifadəsini işlətməyə üstünlük verilir. Mən isə “bu kitab anlayan oxucu üçündür” ifadəsinin daha dəqiq cilalanmış variant olduğunu düşündüm. Çünki son vaxtların müzakirəsi bizə ölkəmizdə olan Cumhuriyyət dəyərlərinə, tarix şüuruna, akademik ağıla və ağılsızlığa baxışda bir sıra reallıqları göstərmiş oldu. Nə qədər diletant- təbərrü diplomluların, nə qədər müzakirələrə hazırlıqsız jurnalistlərin, bloggerlərin, siyasətçilərin, müzakirədən yayınmaq üçün “Dədə Qurqud” müdrikliyi pozasını alan ziyalıların, qaragüruhun qorxusundan fikirlərini açıq söyləməkdən çəkinənlərin varlığından xəbər tutmuş olduq. Cümhuriyyətdən ağız dolusu yazanlar, Rəsulzadəni göyə qaldıranların böyük əksəriyyətinin səmimiyyətsizliyi də aşkar göründü. Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətlə bağlı məşhur deyimi var: “Yoxdan bir Cümhuriyyət yaratdıq!” Əslində bunlar da Rəsulzadənin qarşısına öz tezisləri ilə çıxaraq dedilər: “Sən söylədiyin “yox” bizim üçün dadı dəyişməz bir konfettir” Bütün bu müzakirələr, mübahisələr də “var”la “yox” arasında gedirdi. “Var”ı yaşayıb “yox”u sevənlərin sırasında “var-yox”u söylənlərin imperativlərinin daha güclü olduğunu gördük.
Ancaq bu müzakirələr davam etsə-etməsə belə böyük faydası olduğunu düşünürəm. Əlbəttə, bizə, yəni Azərbaycan Respublikası yetkin vətəndaşlarına bir faydası toxunacaq deyil. Hər nə qədər ictimai-siyasi elitamızda qaranlıq keçmişimiz olan “yox”u konfet kimi müstəqil milli dövlətimiz olan “var”ımızın üzərinə pərçimləmək istəyənlər olsa da, dövlət ağlımız deyir ki, biz XIX əsrin əvvəllərində bu “yox”dan qurtulmuşuq, 1918-ci ildən başlayaraq “var” olmuşuq və 2023-cü ildə Xankəndiyə bayraq taxmaqla Azərbaycanı BÜTÖVLƏŞDİRMİŞİK!!! Bu müzakirələrin xeyri İranın Azərbaycan əyalətində, onun hüdudlarından kənar bölgələrdə, mühacirətdə yaşayan soydaşlarımıza hökmən olacaqdır. Mən izləyirəm, onların auditoriyasında danışanlar, təhlil edənlər, nağıl söyləyənlər bolluca olsa da, praqmatik nəzəri mülahizələr, sosioloji kitablar ortaya qoyanlar barmaq sayı qədərdir. Onları bir az da bizim təbərrü-alimlər arxayınlaşdırmışlar. Onlar Güney Azərbaycanla bağlı bizim uydurduğumuz yalanları İranın real sosial və siyasi mühitinin, dilinin, xalqlarının, mədəniyyətinin və başlıca olaraq xurafat və cəhalətinin içində olduqlarına görə öz yollarını daha konkret praqmatizmlə düşünməli olacaqlar. Onlar anladılar ki, bizdə elmi əsər, publisistik türkçülük, bütöv azərbaycançılıq adına yazılanların böyük əksəriyyəti bəsit-ideoloji şüarlar üzərində elmi metodologiyadan uzaq makulatura yığınından başqası deyildir.
Yəni hər qarşıya çıxan prosesə XIX əsrin Fransasında yaradılan Paris kommunasının liderlərindən biri olan Tyerin məşhur deyimi ilə yanaşmağı tövsiyə edərdim: “Hər şeyi ciddi qəbul edin, faciəli yox!”
Sonda: Mən bu müzakirələrdən bir kitab ortaya qoydum. Buyurun, siz də kitabınızı yazın, düşüncələrinizi, nəzəri mülahizələrinizi təqdim edin, bir-birimizə cavab olaraq deyil, millətimizə fərqli baxışlar üzərində düşünməyə materiallar, qaynaqlar olsun deyə. Bununla biz hüdudlarımızdan kənarda “yox”dan “var” olma mücadiləsi verən soydaşlarımıza daha böyük fayda vermiş olarıq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19