Bəs tarix bizə nə göstərir? -Orxan Saffari yazır
Cəmiyyət 22 Avqust 2026, 11:15
3989
Azərbaycanın ilk Xalq yazıçısı olan Aleksandr Şirvanzadə, əslən erməni olsa da, 1858-cu ildə Şamaxıda doğulmuş, on beş yaşına qədər Şamaxıda yaşamış və daha sonra Bakıya gəlmişdir. Səkkiz il Bakıda yaşadıqdan sonra isə ömrünün qalan hissələrini Paris, Tbilisi, ABŞ-də başa vurub.
Maraqlıdır, bəs nə üçün Azərbaycanın ilk Xalq yazıçısı erməni oldu və buna təşəbbüs necə yarandı?
Daha dəqiq, bu, məqsədli idi, yoxsa doğrudan da ədəbi fəaliyyətə verilən qiymət?
Əvvəlcə, Şirvanzadənin ədəbi fəaliyyətinin 50 illik yubileyindəki nitqinə baxmaq lazımdır:
“Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim. Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb”.
Əslində, təkcə bu nitq, bolşevik sevgisi bir işarədir ki, onun Azərbaycanın ilk Xalq yazıçısı olmağının da siyasi məsələ olduğu aydın olsun.
Bəs tarix bizə nə göstərir?
Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb.
Maraqlı məqam budur ki, Azərbaycan SSR-in ali icraedici orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində 1930-cu ilin 14 martınadək Qəzənfər Musabəyov (Padla Qəzənfər), ondan sonra 1932-ci ilədək isə Dadaş Bünyadzadə olub.
Xroniki məntiq etibarı ilə, Aleksandr Şirvanzadəyə bu ad Qəzənfər Musabəyovun dövründə verilib.
Lakin bu, tam da dəqiq məsələ deyil.
Digər bir məsələ də var ki, Nəriman Nərimanov Moskvaya təyinat aldığı 1922-ci ildən etibarən, Mir Cəfər Bağırovun hakimiyyətə gəldiyi 1933-cü ilə qədər Azərbaycan SSR-ni qısamüddətə də olsa, qeyri-azərbaycanlılar idarə etmişdir.
1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifəsində Nikolay Gikalo, 1930-1933-cü illərdə isə milliyyətcə yəhudi olan Vladimir Polonski çalışıb.
Bu səbəbdən, Şirvanzadəyə Xalq yazıçısı adının hansı katibin zamanında verildiyini müəyyənləşdirmək çox çətin məsələdir.
Dəqiq olan isə hansı niyyətlə verilməyi idi.
Üstəlik, bu ad ona təkcə Azərbaycanda yox, Ermənistanda da verilmişdi.
Şirvanzadə özü gənclik illərində Sovetlərə qarşı çox da müsbət fikirdə olmayıb.
Belə ki, o, gənclik və yetkinlik illərində erməni sosial-demokrat Hnçak hərəkatı ilə əlaqədə olmuş, çar hakimiyyəti tərəfindən həbs edilmiş və həbsxanasına salınmışdı.
Həmçinin oxuyun
Daha sonra isə onun sovet hakimiyyətinə münasibəti açıq şəkildə müsbət oldu.
1930-cu illərin əvvəllərində, yubiley tədbirində etdiyi çıxışda Bakının Qızıl Ordu tərəfindən işğalını müsbət qiymətləndirdiyini və bolşeviklərin gəlişindən sonra Qafqazda “həyat və müntəzəm quruculuq işləri” başlanacağına inandığını bildirməyi də onun sovet rejimi ilə ideoloji qarşıdurmada olmadığını, əksinə, yeni quruluşu müsbət qəbul etdiyini göstərən əsas və vacib amildir.
Şirvanzadə digər tərəfdən, Bakı mühitinə yad deyildi və məsələn, “Xaos” əsəri Bakı neft sənayesinin yaratdığı sosial mühitdən bəhs edirdi.
Bundan başqa, onun “Namus” və digər əsərlərində Bakı və Şamaxı həyatı, yerli sosial münasibətlər, şəhər mühiti və Qafqaz cəmiyyəti əks olunurdu.
Heç şübhəsiz ki, bütün bu amillər də nəzərə alınıb.
Ümumiyyətlə, aydın məsələdir ki, Sovet hakimiyyəti müxtəlif respublikalarda milli mədəniyyətləri öz siyasi sisteminə inteqrasiya etməyə, müxtəlif xalqların tanınmış mədəniyyət xadimlərini sovet quruluşunun simvollarına çevirməyə çalışırdı.
Şirvanzadə də bunun üçün olduqca əlverişli fiqur idi. Erməni ədəbiyyatının da tanınmış nümayəndəsi idi, Azərbaycanla bağlılığı vardı və sovet hakimiyyətinə müsbət münasibət göstərirdi.
Bütün bunlardan əlavə, azərbaycanlı və digər bolşeviklər də rejimə yarınmaqdan ötrü dəridən-qabıqdan çıxır, milli məfkurənin dağılması istiqamətində addımlar atırdılar.
Bəs yaxşı, həmin illərdə əsilli-nəsilli azərbaycanlıya o adı vermək olmazdımı?
Siyasi qərar deyildisə, niyə verilmirdi?
Əlbəttə, olardı. Çünki 1930-cu ildə Azərbaycan ədəbiyyatında artıq çox ciddi simalar var idi.
Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli kimi Azərbaycan ədəbiyyatının böyük nümayəndələri sağ idi.
Buna baxmayaraq, “Azərbaycan SSR Xalq yazıçısı” adı ilk dəfə Şirvanzadəyə verildi.
Maraqlı məqamdır ki, Şirvanzadə bu gün Azərbaycanın ilk Xalq yazıçısı olaraq tanınmır, anılmır.
Şübhəszi, bu, ilk növbədə siyasi-qondarma qərara görədir.
Belə demək olarsa, Şirvanzadə Azərbaycan ədəbiyyatında daha çox ermənilərin də qəzəbinə tuş gəlmiş Bəxtiyar Vahabzadənin “Namus”u yoxdurmu Şirvanzadənin?” misraları ilə xatırlanır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19