Hamıya doğru, özünə yalan danışan NURANİ
Cəmiyyət 22 Avqust 2026, 21:03
10803
Hamıya doğru, özünə yalan danışan
NURANİ
“Bu gün səhərə yaxın vəfat etdi... Başımız sağ olsun”.
Həmçinin oxuyun
Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman müəllimin telefondakı kədərli sözləri və yorğun səsi Nuranini həyatda saxlamaq üçün əlindən gələn hər şeyi etmiş kollektivin-həkim, tibb bacısı, reanimotolq və müəssisənin başqa işçilərinin-hər kəsin hissini, artıq heydən düşmüş halını əks etdirirdi. Avqustun bu gününə keçə bilmədi Nurani… Həmişə hər kəsə doğrunu çatdıran Nuranimiz özünü aldatdı…Uzun müddət. Xəstəliyini gizlətdi. Əvvəl anası istəmişdi ki qızı, sevimli Tofiqəxanımı-xərçəngə tutulduğunu bilməsin. Sonra da Nurani özü inanmaq istəmişdi ki, sadəcə qostritdən əziyyət çəkir. Mədəsini aldatmışdı. Xərçəngə tutulduğunu ona sonadək demədilər. Nurani xərçəng olduğunu bilmədi. Gözlərinin bulağınadək saralmış, arıqlamış, üzündəki növbətçi təbəssümündən yalnız zərif qırışlar qalan Nuraninin uzun fasilədən sonra qida qəbul etməsi xəbərindən uşaq kimi sevinən Asiman müəllimlə hər dəfə ehtiyatla danışdığımı indi də ehmallıca xatırlayıram. Yaymırdıq. Danışmırdıq. Sanki gözə gələcəyindən qorxurduq. Elə bil möcüzəyə inanırdıq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın vəziyyəti sonadək nəzarətdə saxladığını bilirdik. Ümidsiz olsaq da, ümid yerinə inanırdıq. Hamılıqla çalışırdıq ki, kiçik işartılardan belə muğayat olaq, “bu gün bir neçə damcı qəbul etdi”-dən hədsiz bəxtəvər olurduq, amma susurduq, xəbərdən “xəbər” düzəldən psevdopeşəkarlara yem verməmək üçün susurduq. Çünki son zamanlar xəstəxana, müalicə, reanimasiya xəbərləri yayılmış bir çox məşhurlarımızın ömrünün axır çağlarını məhz elə bəzi “müxbirlər” burnundan gətirmiş, onları ömürlərinə də, ölümlərinə də peşiman etmişdilər…
Son dəfə Nurani ilə Bakının Əsas Parkında-Dənizkənarı Bulvarda görüşmüşdük. Əvvəllər ata-anası, sonra anası, axır vaxtlar isə tək addımladığı yerdə. Boynunu azacıq aşağı əyərək yeriyirdi…
Mən gördüm.
Salamlaşdım.
Vəziyyəti ilə maraqlandım. “Nurani” imzasının həyatımızda azaldığından məyus olduğumu dedim. Güldü. Dedi ki, “vse budet”
Zarafatla bunu da söylədi: “Məni Real-a çıxardanda danışaram. Amma CANLI-da. Zapisdə yox. Doqovorilis?”. Razılaşdıq…
Bu gün son mənzilə yola düşdü Nurani. Onun son səfərini Real TV-də canlı verdik. Özü istədiyi kimi. CANLI! Birbaşa… Azərbaycanın print mediasının məndən ötrü ən böyük simalarından biri, çap mətbuatımızın şəriksiz ən güclü qadın qələmi bizimlə deyil artıq. Mətbuatımız Nuranini yaşadacaqmı? Burası vacib deyil. Nurani mətbuatımızı yaşadacaq, imzası, yazıları ilə; vacib olanı budur. Əməkdar Jurnalist Nuraninin irsi qalacaq. Övladları yazıları olan Ana Nuranimiz! Torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirdi. Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü. Əsl müharibə iştirakçısı kimi. O “Minval”-a döyüşçü yazılar yazanda içində xərçənglə döyüşməyə vaxtı və həvəsi qalmırdı. Nurani hər yazısı ilə düşmənə qalib gəlir, həm də xərçəngə məğlub olurdu. O bu saat torpağın altındadır. Xərçənglə bir yerdə. O yaşamır. Xərçəng isə yəqin ki, hələ bir müddət Nuranidən qidalanaraq yaşayacaq. Nurani bunu artıq hiss etməsə də.
Mən xərçəngə nifrət edirəm!
Əlvida, Nuranimiz! Heç vaxt ölməyəcək, oxunduqca yaşayacaq Həmkarımız! Əziz Nuranimiz! Nur içində yat, bacım! Nurani içində qal, Azərbaycan!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19