Bizə yazın

Baku

-°C

USD

-

Dadaş Bünyatzadə kimdir? -Orxan Saffari yazır

Cəmiyyət 23 Avqust 2026, 12:01

4284

Dadaş Bünyadzadə küçəsi şəhərin aktiv küçələrindən biridir. 

O cümlədən, elə Dadaş Bünyadzadənin özü də bolşevizmə aktiv xidmət edən, Cümhuriyyətin süquta uğramasına çalışan tarixi simalardandır. 

Başqa sözlə, o, Azərbaycanda kommunist təşkilatlanmasının üç əsas simasından biridir. 

Bəs görəsən, onun çirkin əməllərinə nələr daxildir?

Bünyadzadə 1920-ci il 11–12 fevralda Bakıda keçirilən Azərbaycan kommunist təşkilatlarının I qurultayında Bakı Komitəsi, Hümmət və Ədalətin birləşməsi nəticəsində yaradılan Azərbaycan Kommunist Partiyasının formalaşmasında fəal iştirak edib. 

Bundan başqa, AXC-yə qarşı silahlı mübarizənin hazırlanmasında da biləvasitə canla-başla iştirak edib.

Xain xidmətinə görə, qurultaydan sonra Bünyadzadə hərbi-inqilab qərargahının və onun əməliyyat qurumunun üzvü də seçilib. 

Bünyadzadə eyni zamanda fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik edirdi. 

Şübhəsiz, Bünyadzadənin çirkin əməlləri bir və ya iki deyil. 

O, həmçinin Cümhuriyyət hakimiyyətinə qarşı mitinqlərinin də təşkilatçılarından olub.

Konkret desək, 1920-ci il 15 martda Bakı Fəhlə klubunda keçirilən mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri Dadaş Bünyadzadə idi. 

Bu əməlinə görə, AXC hakimiyyəti onu həmin dövrdə silahlı üsyan hazırlayan qurumun üzvü kimi həbs etmiş və ölüm cəzasına məhkum etmişdi. 

Lakin aprelin 28-də bolşeviklərin hakimiyyəti ələ keçirməsi onun edam edilməsinin qarşısını aldı. 

Təsəvvür edin, Cümhuriyyətin məhkəməsi onu dövlətə qarşı silahlı üsyana hazırlıqda təqsirli bilir və bir neçə həftə sonra həmin siyasi xətt qalib gəlir. 

Bu, yəqin ki, taleyin yox, tarixin ironiyasıdır. 

Dadaş Bünyadzadə xəyanətkar xidmətlərinə görə, digər xəyanətkar yoldaşları kimi yüksəlməkdə davam edir, yüksəldikcə əməllərinin çirkinliyini artırırdı. 

Bu səbəbdir ki, bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirməsindən sonra yeni hakimiyyətin ən yüksək orqanlarından birinə də daxil oldu.

Yəni 28 aprel 1920-dən sonra yaradılan Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin (AMİK) üzvü oldu.

Başqa sözlə, onun rolu sadəcə “bolşevik tərəfdarı” olmaqla bitmirdi, Cümhuriyyətin yerinə qurulan sovet hakimiyyətinin idarəçilik mexanizminin də içində idi.

Gözlərinə qan daman Bünyadzadə, Cümhuriyyət hakimiyyətinin süqutundan dərhal sonra repressiv sovet idarəçiliyində iştirak etdi.

Bunun ən konkret nümunələrindən biri 1920-ci ilin mayında Tərtər üsyanının yatırılmasıdır. 

Mənbələrdə də Dadaş Bünyadzadənin Çingiz İldırımla birlikdə üsyanın yatırılması üçün bölgəyə göndərildiyi göstərilir. 

Daha mühüm fakt isə budur ki, 18 may 1920-ci il tarixli Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Dadaş Bünyadzadə Qarabağın fövqəladə komissarı təyin edilmişdi. 

Bu vəzifə artıq sovet hakimiyyətinin bölgədə möhkəmləndirilməsi və yeni siyasi sistemə müqavimətin qarşısının alınması ilə birbaşa bağlı idi.

Bəs Bünyadzadənin “Cümhuriyyətin süqutundakı rolu”nu necə ifadə etmək olar?

Ən dəqiq ifadə belədir:

Dadaş Bünyadzadə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu hazırlayan daxili bolşevik təşkilatlanmasının fəal iştirakçılarından biri olmuş, AXC-yə qarşı silahlı üsyanın hazırlanmasında rol almış, fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik etmiş, 1920-ci ilin martında AXC hakimiyyətinə qarşı mitinq təşkilatçılarından biri kimi həbs edilmiş, aprelin 28-də bolşevik hakimiyyətinin qurulmasından sonra isə yeni sovet hakimiyyətinin rəhbər orqanlarına daxil olmuşdur.

Dadaş Bünyadzadə həyatında baş verən ən layiqli hadisə isə onun da qiymətinin həyatda olarkən xidmət etdiyi rejim tərəfindən verilməyidir. Yəni həbs edilməsi və güllələnməsi. 

Belə ki, o, əvvəlcə Gürcüstan SSR Dövlət Təhlükəsizlik orqanları tərəfindən tutulub, daha sonra Bakıya göndərilərək Azərbaycan SSR NKVD-sinin sərəncamına verilib. 

Ona “Azərbaycanda antisovet, üsyançı, casus-terrorçu və burjua-millətçi təşkilatın mərkəzinin üzvü olmaq” kimi ittihamlar irəli sürüldü. 

Daha sonra isə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu ölüm cəzasına məhkum etdi və Moskvadakı Kommunarka poliqonunda güllələndi. 

Onun həyatının, daha dəqiq, ölümünün maraqlı tərəfi budur ki, 1920-ci ildə Sovet hakimiyyətinin Azərbaycanda qurulmasında iştirak edən və Cümhuriyyətə qarşı mübarizə aparan Bünyadzadə, 17 il sonra həmin sovet sisteminin repressiya maşını tərəfindən məhv edildi.

Baxmayaraq ki, 1955-ci ildə ölümündən sonra bəraət də aldı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19