Bizə yazın

Baku

-°C

USD

-

ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!  

Cəmiyyət 24 Avqust 2026, 14:05

4005

Deputat Fazil Mustafanın başladığı "Şah İsmayıl Xətai diskussiyaları" çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq lazımdır. Məncə, "Xətaini nə ideallaşdırıb bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etmək olmaz" düşüncəsi polemikada iştirak edənlərin əksəriyyətinin gəldiyi qənaət oldu. 

  Bundan sonra diskussiyaların davam edib-etməyəcəyini bimiirəm. Amma  mənə görə, professor Cəmil Həsənli gənc tarixçi alim Samid Bağırovun “Şah İsmayılın həyatı” (2025) kitabına istinadən polemikaları sonluğa yaxınıaşdırdısa,  "Ədəbiyyat" qəzeti sonuncu (21 avqust) nömrəsinin materialları ilə bu yorucu diskussiyaların nöqtəsini qoydu.

   Qəzet bu mövzuya beş səhifə ayırıb və Şah İsmayıl, Səfəvilər, Azərbaycan dövlətçilik tarixinin mürəkkəb məsələləri barədə iki ciddi müəllifin sanballı yazısını  təqdim edib.

  Birincisi,   İlqar Fəhminin “Niyə Səfi? – Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər” silsilə məqaləsidir.  Kifayət qədər bilik, məntiq və dünyagörüş sahibi olan, həm də Şərq ədəbiyatını və Şah İsmayılın tarixdə və milli yaddaşımızdakı yerini yaxşı bilən İlqar Fəhmi bu yazıda qiymətli fikirlər səsləndirir.  O cümlədən “Şah İsmayıl və Səfəvi mifini dağıtmaqla biz yalnız itirəcəyik…” deyir. Əlbəttə, müəllif buradakı “mif”i tarixi uydurma kimi deyil, millətin keçmişini mənalandıran kollektiv yaddaş, tarixi simvol və milli özünüdərk hadisəsi kimi nəzərdən keçirir. 

  Qəzetdə bu mövzudakı ikinci oxunaqlı yazının müəllifi isə yazıları və araşdırmaları ilə  daim milli düşüncə tariximizə güzgü tutan tədqiqatçı-alim, baş redaktor Azər Turandır. Onun “Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq” araşdırma-essesi bu mövzuda çox dərin qatlara işıq salır və xeyli ciddi suallara cavab verir. 

Əslində bu esse təkcə Şah İsmayıl haqqında deyil, həm də dövlətçilik düşüncəsinə, milli tarix və mədəniyyət irsinə, Səfəvi varisliyinə tarixi-fəlsəfi retrospektivdən baxışdır. Eyni zamanda, Şah İsmayılı XVI əsrin mürəkkəb siyasi və dini reallıqlarından ayırıb XXI əsrin ideoloji və məzhəbi qəlibləri ilə mühakimə edən yanaşmalara tutarlı polemik cavabdır.

  Essenin “Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası?” bölümü xüsusilə düşündürücüdür. Azər Turan Osmanlı mənbələrinə və türk tarixçilərinin araşdırmalarına istinadən  Sultan Səlim dövründə Anadolu qızılbaşlarının təqib edilməsini, Müfti Həmzə və Kamal Paşazadənin qızılbaşlar əleyhinə fitvalarını xatırladır. Bununla da oxucuya mühüm bir sual ünvanlayır: tarixi hadisələri bütün tərəfləri və dövrün reallıqları nəzərə alınmadan qiymətləndirmək nə dərəcədə doğrudur?Əslində, Şah İsmayıl haqqında mübahisələrin əsas problemi də buradadır.

 Deməli, hər bir hadisə də, tarixi şəxsiyyət də məhz tarixin öz qatlarında, tarixin konkret təcrübəsinə əsasən və həm də başqaları ilə müqayisədə götürülməlidir. Bu mənada Ş.İ.Xətaini nə bütləşdirmək, nə də tarixi kontekstdən çıxarıb ittiham etməyə gərək yoxdur. Sadəcə, onu  anlamaq lazımdır. Çünki Şah İsmayıl Azərbaycan tarixində sadəcə bir hökmdar deyil. Onun şəxsiyyətində dövlətçilik, siyasi iradə, Azərbaycan türkcəsi, poeziya, mədəniyyət və tarixi yaddaş birləşir (Oqtay Əfəndiyev). Xətai həm dövlət qururdu, həm də söz yaradırdı. Tarixdə hökmdarlar çox olub, şairlər də çox olub. Amma öz siyasi iradəsi ilə böyük dövlət qurub, öz ana dilində yaratdığı poeziya ilə əsrlər sonra da xalqının yaddaşında yaşayan hökmdarlar çox azdır. Ona görə Şah İsmayıl ətrafında gedən mübahisə əslində təkcə XVI əsr haqqında mübahisə deyil. Bu, bizim öz tariximizə necə baxmağımız barədə mübahisədir.

Tarix isə nə kor-koranə mədh edilməli, nə də ideoloji sifarişlə sökülüb yenidən yazılmalıdır. Tarix öyrənilməli, mənbələrlə danışdırılmalı və öz dövrünün həqiqətləri içərisində dərk edilməlidir.

“Ədəbiyyat qəzeti”nin bu sayının dəyəri də məhz bundadır: bizi Şah İsmayıl haqqında sadəcə oxumağa deyil, Şah İsmayıl və Səfəvilər haqqında yenidən düşünməyə çağırır. Və həm də 

Azər Turanın qələmi ilə bizi buna inandırır, çünki o, mövzuya peşəkar tədqiqatçı rakursundan yanaşır, əsas problemi ustalıqla işıqlandırır, eyni zamanda açıq qalan sualları, mübahisə doğuran məqamları da gün işığına çıxarır. Gün işığı isə görmək, duymaq, durultmaq və aydınlatmaq deməkdir...

Qulu Məhərrəmli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19