Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya - RƏY
Cəmiyyət 25 Avqust 2026, 12:24
4270
Tərəddüdsüz deyə bilərik ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bir sıra hökumətlərin dəhlizlərində həssas müzakirə predmetinə çevrilib. Sözügedən səfər bəzilərini nəinki, ciddi düşünməyə vadar edib, şahidlik etdikləri hadisələr hətta onların narahatçılığına səbəb olub. Şübhəsiz ki, sözügedən səfərin geosiyasi miqyası əsla iki konkret dövlət arasında münasibətlərin genişləndirilməsi ilə məhdudlaşmır. Rahatlıqla onu da ehtimal edə bilərik ki, dövlət başçısının Daşkənddə səsləndirdiyi fikir bir sıra ölkələrin rəsmi dairələrinin diqqət mərkəzindədir: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur”.
Əlbəttə, sözügedən səfər və orada baş verənlərdən narahat olanlar qeyd etdiyimiz fikrin geosiyasi şifrələrini açmağa çalışır. Onların mövcud istiqamətdəki çalışmaları hələ çox davam edəcək. Ən azından ona görə ki, sözügedən səfər Prezident İlham Əliyevin inşa etdiyi geosiyasi mənzərənin sadəcə bir parçasıdır. Geosiyasi oyunların qaydalarını dəyişdirən, qlobal platformalarda “ikili standartlar” siyasətini açıq şəkildə tənqid edən, illər ərzində “daşlaşmış” beynəlxalq stereotipləri puç edən və nəhayət, bütün təzyiqlərə rəğmən Azərbaycanın tarixi Qələbəsinə nail olmuş Ali Baş Komandanın heç bir addımının və səsləndirdiyi fikrin əsla təsadüfi olmadığını beynəlxalq ictimaiyyət artıq çox gözəl bilir. Elə buna görə də dövlət başçısının bu cür fikirləri diqqətdən kənarda qala bilməz.
Maraqlı təfərrüatlara varmadan sözügedən səfərin strateji məzmun baxımından dərinliyini təsəvvür etmək üçün sadəcə vergüllə bəzi əlamətdar epizodları qeyd edək: Türk Dövlətləri Təşkilatının qlobal aktor kimi konturlarının nümayişi; dövlətlərarası əməkdaşlığın regional gündəliyinin müəyyən olunması; əməkdaşlıq əlaqələrinin ideoloji və institusional koordinasiyası; “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalaması və bununla da yeni əməkdaşlıq formatının beynəlxalq münasibətlər sisteminə gətirilməsi; Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionların inteqrasiyası; Zəngəzur dəhlizinin Avrasiyanın yeni logistik brendinə çevrilməsi; nəhəng geosiyasi arealın strateji inteqrasiyası; mədəni və ideoloji identikliyin dəstəklənməsi və s. Bütün bu geosiyasi ssenariləri biz səfər çərçivəsində təşkil olunmuş konkret tədbirlərin mahiyyətində və dövlət başçısı tərəfindən səsləndirilmiş fikirlərin məzmununda görə bilərik.
Dünyanın siyasi tarixindən gözəl bilirik ki, hər-hansı konkret regionda bir dövlətin iqtisadi dominantlığı, habelə həmin dövlətdə regionun siyasi və iqtisadi inteqrasiyasını təmin etmək dərəcədə olan potensialın mövcudluğu yeni geosiyasi ərazilər uğrunda mübarizə aparan qüvvələri yumşaq desək narahat edir. Bəli, həqiqət naminə onu da etiraf etməliyik ki, istənilən beynəlxalq inteqrasiyanı mümkün edən əsas amil əməkdaşlıqda olan ölkələrin geosiyasi maraqlarıdır. Region dövlətlərin inteqrasiyasının lehinə və ya əleyhinə çıxış edən tərəflər qlobal münasibətlər sistemində hər zaman olub və olacaq. Geosiyasi münasibətlərin klassik strateji hədəflərinin məzmununu nəzərə alaraq, bəhs olunan ehtimal qaçılmazdır. Yeri gəlmişkən onu da rahatlıqla deyə bilərik ki, dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələrin səbəbi də məhz qeyd etdiyimiz geosiyasi hipotezdir.
Həmçinin oxuyun
Bəli, beynəlxalq münasibətlərdə hamını özünə dost etmək mümkün deyil, ancaq səninlə əməkdaşlıqda konkret dövlətləri maraqlı tərəfə çevirmək mümkündür. Qeyd olunanları nəzərə alaraq ehtimal edə bilərik ki, beynəlxalq münasibətlərin bu cür xüsusiyyətlərini hesaba alan Prezident İlham Əliyev Azərbaycan xalqının tarixi Qələbəsindən sonra regionda inşa olunan yeni geosiyasi arxitekturadan bəhrələnmək istəyənlərdən ibarət yeni geosiyasi güc klubunun yaradılması üzərində çalışır.
Bu mənada dövlət başçısının Azərbaycanı məhz “orta güc” ifadəsi ilə xarakterizə etməyə tərəfdar çıxmasının əsl səbəbi bizlərə daha aydın olur. Vacib prinsipial məsələ odur ki, yeni reallıqdan bəhrələnmək arzusunda olanların siyasi inteqrasiyası regionu təsir altına salmaq uğrunda tarixən mübarizə aparan tərəflərin təxribatlarının qarşısını ala bilir. Odur ki, biz bu günlərdə potensial rəqibləri belə tərəfdaşlara çevirən Prezidentin əsl qrossmeyster strategiyasına şahidlik edirik. Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti dövlət başçısının qeyd olunan istiqamətdəki siyasətini fəal şəkildə dəstəkləyir. İstisna təşkil edən nadir “siyasətmenlər” isə hələ də Azərbaycan və regionun inkişafından narahat olanların düşərgəsində özlərinə xain rol almaq ümidi ilə yaşayanlardır.
Politoloq Asif Adil
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...
26 Oktyabr 2026, 20:20
Keçmiş köçkünlər Laçında qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...
26 Oktyabr 2026, 20:01
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.
26 Oktyabr 2026, 19:49
Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib
WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....
26 Oktyabr 2026, 19:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....
26 Oktyabr 2026, 18:36
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...
26 Oktyabr 2026, 18:19