Bizə yazın

Baku

-°C

USD

-

Ömrümüzün və Azərbaycanın İlqar Musayeviç sindromu  

Cəmiyyət 28 Avqust 2026, 11:50

3611

“Çinar qələm olsa, Xəzər mürəkkəb

“İlqar” ha yazıla, yenə tükənməz, - İslam Türkayın şeiri olmalıdır.

Gəncədə doğulub, Gəncənin 1 saylı məktəbində oxuyub (rəsmi sıra sayı 1 olmasa da, nüfuzu sıra sayında 1-lə ifadə olunan), gəlib Azərbaycanın 1 saylı (qeyd-şərtsiz Azərbaycan ali məktəblərinin Məkkəsi olan) Universitetini bitirib, hazırda (istəsək də, istəməsək də, belə olmasa da belə, faktiki və rəsmi statusuna görə) ölkənin 1 nömrəli qəzetində qənirsiz 1 nömrəli bölgə müxbiri olan İlqar Musa oğlu Həsənov yeni yaşına qədəm qoyub – bu günün gündəm olayları içində ən sanballı, özü də gələcəkdə qeyd olunacaq keçmişin ən şərəfli bir tarixi olacaq bir statistik təntənədir!

“Elə Araz deyə gileylənirsən,

Çayın nə günahı, Araz neyləsin?

Bir çayla ikiyə bölünüb vətən,

Tanrıdır pənahı, Araz neyləsin?” şeirindəki o beytlə ona görə yazıya başladım ki... o beyt... tam da İlqar Musayeviçin əyninə, şaxı ülgüc kimi kəsən ŞƏXSİYYƏTİNƏ BƏY KOSTYUMU KİMİ, KİP OTURUR!

Niyə belə başladım ki, “İlqar” (mətndə “bu dərd” kimidir) ha yazıla, yenə tükənməz”, deyim:

Şükür Allaha, Azərbaycan hətta keçən əsrin əvvəlində Ukraynada “qolodomor” və keçən əsrin ortalarında, Xruşşovun hesabına yaşanan aclıq illərində belə yeyib-içən xalq olub, allah da başacan versin, deməyim o ki, gözəl bilirsiniz: o məclislər olur e, günün günortaçağı başlayır və ta sabahı səhər ertəyəcən davam edir, gedib iki gün leş yatırsan, duranda... yadında mütləq də nəsə qalır!

Bax, İlqar Musayeviçin ömrünün hər ili növbəti ad gününə qədər o “dünən günortadan başlayıb səhər ertəyəcən davam edən yeyib-içmək məclisi”nin iki gündən sonra belə YADDA QALAN o mütləq FAKTIDIR!

İlqar Musayeviç yaşadığı hər ilin izini-faktını qoyan adamdır bizlər üçün!

İlqar Musayeviçin hər ad günündə hər türlü təbriklər, minnətdarlıqlar, təşbehlər, epitetlər, metaforalar səslənir, yazılır, fəqət İlqar Musayeviçə sevgi və təşəkkür tükənmir. Nədənini bilirsiniz?

Bilmirsiniz, mən bilirəm, mən də sizə deyirəm, siz də öz adınızdan deyin, guya ki bilirdiniz: İlqar Musayeviç bu xalqın ədəbiyyatını, ictimai-siyasi, ədəbi-əxlaqi dünyasını, jurnalistika sindikatını və keçmiş və müasir tarixini çox gözəl bilir! İçinəcən-iliyinəcən – çünki hamısının və hər şeyin içindədir! Azərbaycanlılıq iliyindədir İlqar Musayeviçin! Keçmişinəcən – çünki oxuyub, dərk edib, öyrənib, təhlillər aparıb, müqayisələr üstündə bu xalqa layiq olan və həm də doğru variantını müəyyənlşdirib, həm də təbliğ edir!

İlqar Musayeviç istənilən rəsmi törəndə varsa, jurnalist dəstəsinin önündə pyedestala addımlamağı haqq edən imzadır, fəqət, yeganə haqqı olub da haqqını kullanmayan, SUBORDİNASİYA qaydalarını və protokol etiketlərini peşə etkası baxımından ən kübar səviyyədə sərgiləyən bir ARİSTOKRATdır!

Göstərin mənə Azərbaycanda bir JURNALİST ki, vəzifə, mandat və klan mənsubluğu olmadan, İlqar Musayeviç qədər zəngi, gəlişi, qapını döyməsi, xahiş etməsi, problemi çözməsi qıcıq yaratmasın, həm də üzünə və arxasınca xoş söz deyilsin!

Var? Tapsanız, xəbər edərsiniz!

Buna görə də İlqar Musayeviçdən ha yaz, yenə tükənməz: adam nüfuz alveri, etimaddan sui-istifadə eləmir, adam əgər adama – mənsəb sahibinə nəyisə deyirsə (xahiş adı altında belə!), yüz faizdir ki, məmuru iqtidar, vətəndaşı dövlət üçün qoruyur deməkdir!

İlqar Musayeviç o nadir şəxsiyyətlərdəndir ki, hər gün onu biri tanıyır, tanıyan kimi də, özünü ona dost sayır, dost sayan kimi də, ömrünü onunla dost qalmağa sərf edir – İlqar Musayeviçin bu keyfiyyətini yalnız İLDƏ 10 MİN YENİ SÖZLƏ zənginləşən ingilis dili ilə alternativ saymaq olar!

İlqar Musayeviç o nadir şəxsiyyət və ağsaqqallardandır ki, Sözü nə yazıda, nə məmur qapısında, nə düşmənlə davada sınır!

Əgər İlqar Musayeviçi eşitmədilərsə, bu o demək deyil ki, İlqar Musayeviçin Sözü yerə düşdü, Sözü sındı, həyatda İlqar Musayeviçin yaxşı dost, böyük kişi olmağının təsdiqinə şahid olanlar başa düşür ki... qapısına apardığın adam manatı öpüb möhür yerinə səcdə edən kopoludur, arvadından keçər, rüşvətdən keçməz!

Adam həm də bilir ki, İlqar Musayeviç adamı kresloqarışıq Hövsan kanalizasiya quyusuna ata bilər, Bakıda sel olanda bilinər ki, bunu İlqar Musayeviç edib, amma və lakin... Azərbaycanda ən oğraş məmur da, ən qansız rüşvətxor da bilir ki, İlqar Musayeviç KİŞİ ADAMdır, əvvəllər xahiş etdiyi adamla sonradan düşmənçilik etməz və onu o qapıya aparan adama da düşmənçilik etməyə qoymaz! Yoxsa ki, azmı şahid olmuşuq anası, bacısı, arvadı, qızı üçün sürücülük vəsiqəsini xahişlə alıb, məşuqəsi üçün ala bilməyəndə MERO-nu bir-birinə qatanları, yol polisini prokurorluğa şikayət edənləri? Ya da Başçıdan əvvəldən paket alanların “kormut”u kəsiləndən sonra faktları şantaj üçün başqa julik saytlara ötürənləri?

İlqar Musayeviç istisnasız OLARAQ, Azərbaycanın hər rayonunda azı-azı “on dost” bankına malikdir – o rayonlarda işləyib-işləməməsindən asılı olmayaraq!

Və... İlqar Musayeviç miqdarı milyarda çata biləcək bu sərvət mənbələrini Azərbaycan vətəndaşları üçün sərf edir – 40 ildən artıqdır: belə səxavət sahibi tarixdə yalnız və yalnız Hatəm Tai olub!

İlqar Musayeviç çox gəncdir, cavandır, 67 yaş erkən qocalıq – qocalığın ilkin stadiyası sayılır. Kim bilməsə də, görməsə də, İlqar Musayeviç mətbuatdan da, elə indi bögə müxbiri olduğu “Xalq” qəzetində də əməlli-başlı qocalar görüb e – Hacı Həsənov, Əhməd İsayev, Kazım Ələkbərov, Telman Heydərov və b. Hamıya hər şeyi öyrədən İlqar Musayeviçə 67 yaşında öz işlədiyi qəzetdən və qəzetin qocaman əməkdaşlarından 80-i adlamağı, 90-a minməyi öyrənməyi arzu edirəm!

Yaşa, İlqar Musayeviç! – insan çox yaşadıqca, onun ad günlərindən yazmaq asanlaşır, üstəlik də söhbət Sənin kimi Mərd, Böyük Kişilərdən gedirsə!

YAZININ ZARAFATI: qaza bas, qaza, elə bas ki, 99-da dirənsin. “Şərur”da – 68-də görüşənədək! 

Hörmətlə,

Möhtərəm və Möhtəşəm Aydın Can

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:1. Tam orta ümumtəhsil məktəbi - 2000 manat2. Lisey - 2200 manat3. Gimnaziya - 2200 manat4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500 manat5. İnternat tipli lisey - 3000 manat6. İnternat tipli gimnaziya - 3000 manatQeyd. Bu...

26 Oktyabr 2026, 17:55