Bizə yazın

Baku

-°C

USD

-

MƏHƏBBƏTİN "LAÇINIM"I VƏ LAÇIN MƏHƏBBƏTİM

Cəmiyyət 29 Avqust 2026, 13:38

3705

    Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:

                    Azaddır Laçın!

                    Yolunu açın...

    Türk Ağsaqqalları Birliyinin  təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız,  duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə    bizimləydi. Qəribə hisslər ağuşunda  hara üz tutdumsa, sanki  "Laçınım"  oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardi...

   Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı.

   ...İllər öncə Məhəbbət Kazımovun “Laçınım” mahnısı el şənliklərində, toy-düyündə, efirlərdə səslənər-səslənməz  dillər əzbəri oldu. Müğənninin möhür- ifasına çevrilən bu mahnının məndə doğurduğu düşüncə və təəssüratları  vaxtilə “Yanğını  sevdim  yandığım  zaman” adlı  bir yazımda qələmə almışam.

     “Nisgil odu” (2005) adlı kitabımada yer alan həmin mətni bənzərsiz Sənətkarın ruhuna salam olaraq təqdim edirəm: Əzəli-əbədi ülviliklər - Tanrı qüdrəti, torpaq qüvvəti, yurd məhəbbəti, söz heyrəti sırasına  şaqraq səsli müğənni Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım” mahnısı ilə  səsin ecazkar təsir gücü, hikməti də qatıldı. Səsin bu qədər ovsununa, sehrinə inanmazdım, bəlkə də. Bəlkə də, səsin nuruna boyana-boyana  bu  qədər  kövrəlməzdim, ancaq  kövrəltdi  məni  Məhəbbət  öz  səsiylə:

Seyr etdim səsinlə dağ  şəlaləsin,

Qoxudum dağların gül rayihəsin.

Dinlədim Laçının həsrət nəğməsin,

“Laçınım” mahnısı oxunan zaman.

    Dinlədikcə, qəsbkara rəğmən nifrətimizə bülöv çəkən bu səs vətən həsrətinin yanğısını  ovxarından keçirərək  pərdə-pərdə  haraya, çağırışa  dönür. Elə bu ovqatla da üz tutdum Məhəbbətin görüşünə. Söhbətimiz əsnasında  mənə bir məqam da aydın oldu ki, bu səsin sahibi bütöv varlığı ilə oxuduğu bu nəğməni yaşayır, misra-misra  yanıb külə dönür. Yağı tapdağında əsir qalmış dağlar sinəsinə dağ  çəkir. Axı  Laçın onun  dünyaya göz  açdığı  vətən  torpağıdır. 

Oxu, sən qardaşım, oxu , Məhəbbət,

Səsin işığında sökülür zülmət.

Bilirəm alırsan ümiddən qüvvət,

“Laçınım” mahnısı oxunan zaman.

    Gör neçə vaxtdır həsrətik işğal altında qalan yurd yerlərimizə. Aramızda olan uzaqlıq isə göz məsafəsi qədərdir. Yəni doğurdanmı bu qədər yaxınlıqla bu qədər uzaqlıq arasında  bu həsrətin sonu olmayacaq? Həsrət odunda qovrula-qovrula  göynəyəcəyik. Necə ki,  Məhəbbət Kazımov “Laçınım, Laçınım ...”-deyə  haray  çəkib göynəyir.

Ürəyim atlandı bu həzin səsdən, 

Gah zildən süzülür, gah da ki, pəsdən,

Qurtulmaq istəyir bülbül qəfəsdən,

“Laçınım” mahnısı oxunan zaman.

    Vətən həsrətini içində yaşadan müğənni səsiylə qartal olub Laçının göylərində uçanda, bulaq olub  torpağına süzüləndə, yağış olub düzlərinə çilənəndə mələklərin kirpiyi nəm çəkdi, Tanrı  səbrinin qapısı diksindi. Mənim  isə ruhumu ovudacaq  müsralar  yarpaqlandı:

Dağların zirvəsi qartal oylağı, 

Qıy vurur Məhəbbət, qartal sayağı,

Canlanır önümdə orman, yayalağı,

“Laçınım” mahnısı oxunan zaman.

    Vətən övladlarının nalə nidaları kimi süslənmişdir Laçının həsrət nəğməsi. Bu nəğmə təkcə Laçının yox, neçə-neçə yurd yerlərimizin həsrət nəğməsidir. Mayasında bir od, bir atəş var: 

Yaman qərbsəyib dağları bahar,

Didərgin olanı  düşüb  boran, qar,

Yandırır sinəmi sönən ocaqlar,

“Laçınım” mahnısı oxunan zaman. 

    Qulaqlarımda Məhəbbətin sehrli səsi, dilimdə  şehli sətirlərin sərinliyi, qəlbimdə ümid alovunda yanan  kədərimin  - yurdddaşlarının üzünə həsrət qaldığı  sinəsi dağlı dağlarımızın  azad, bütöv Azərbaycanımızın qoynuna qovuşacaq günün ümidi ilə ayrılıram müğənnidən:

Gəlib ehtizaza, riqqətə qəlbim, 

Kədərə bələndim, qəmə bələndim,

İntiqama səslər müqəddəs dərdim,

“Laçınım” mahnısı oxunan zaman.

    P.S.  Axirətin abad, ruhun şad olsun, unudulmaz sənətkarımız Məhəbbət Kazımov! Başqa "Laçınım" lar başqa ifa- avazlarda yəqin ki, oxunacaq, amma sənin "Laçınım"ın  özün kimi heç  vaxt unudulmayacaq. 

   Zirvə işığında, dağlar qoynunda Zəfərlə dalğalanan Bayrağımızın möhtəşəmlik ovqatında düşünürəm ki, Məhəbbətin "Laçınım"ı  Laçın məhəbbətim... 

                              ✍️Tapdıq ƏLİBƏYLİ

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Allahşükür Paşazadə Vatikanla mühüm sənəd imzalayıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və...

26 Oktyabr 2026, 20:20

Keçmiş köçkünlər Laçında qəbul edildi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Laçın rayonunda vətəndaşları qəbul edib.Citypost.az  xəbər verir ki, görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.Vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi də xüsusilə vurğulanıb. Həmçinin Böyük Qayıdış çərçivəsində köçürülmənin mərhələli şəkildə davam etdiyi və müvəqqəti məskunlaşma yerlərində daha...

26 Oktyabr 2026, 20:01

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası 11292,91 hektar, İlisu Milli Parkının sanitariya-mühafizə zonası 10108,00 hektar sahədə təsdiq edilib.

26 Oktyabr 2026, 19:49

Baş Prokurorluq WhatsApp istifadəçilərinə xəbərdarlıq edib

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsApp hesablarının başqa cihazda aktivləşdirilməsi üçün OTP kodlarının göndərildiyini bildirib.Qurum istifadəçilərə ikimərhələli doğrulamanı aktivləşdirməyi, OTP kodlarını heç kimlə paylaşmamağı və hesablarına qoşulmuş cihazları mütəmadi yoxlamağı tövsiyə edib.Bildirilib ki, təsdiqləmə kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil, lakin kodun paylaşılması hesabın təhlükəsizliyini riskə ata bilər....

26 Oktyabr 2026, 19:40

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.Citypost.az  xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu....

26 Oktyabr 2026, 18:36

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin...

26 Oktyabr 2026, 18:19